Məhkəmə qərarları › İş №2(019)-472/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-472/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-472/2021 14.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahlarından olan övladı-xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məhkəmə tərəfindən müəyyən edilmiş miqdarını artıraraq hər ay 175 manat məbləğində olmaqla Cavabdeh tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay 160 manat aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2017-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Aralarında olan rəsmi nikahdan xx xxxxxx 2017-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Aralarında olan rəsmi nikah məhkəmənin 2021-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Məhkəmədə qaldırdığı iddia tələbi qismən təmin edilərək Balakən Rayon Məhkəməsinin 2(019)-945/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün qarşı tərəfdən 130 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh yeganə övladının saxlanmasına, qidalanmasına, geyiminə bir sözlə maddi tələbatına heç bir köməklik göstərmir. Məhkəmə tərəfindən cavabdehdən tutulan alimentin miqdarı çox aşağı olduğundan hazırki dövrdə uşağın xərclərini ödəməyə kifayət etmir. Özü heç bir yerdə işləmir, övladına baxmaqla məşğuldur. Hazırda valideynlərinə məxsus evdə yaşamaqla uşağına qulluq göstərir. Cavabdeh isə Bakı şəhərində yaşamaqla əmək fəaliyyəti ilə məşğul olur və kifayət qədər gəlir əldə edir. Hesab edir ki, maddi cəhətdən dolanışığının olmamasını, xərclərin çoxalmasını nəzərə alaraq alimentin məhkəmə tərəfindən əvvəl təyin edilmiş məbləği kifayət etmədiyindən alimentin məhkəmə tərəfindən müəyyən olunmuş məbləği artırılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 197293 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx xxxx 2017-ci ildə 79 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Şahverdiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(019)-219/2021 nömrəli qətnaməsinin surətindən görünür ki,Cavabdeh ilə Şahverdiyeva (Musayeva) Pərvin Ömər qızı arasında bağlanmış və xx xxxx 2017-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 79 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)- 945/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən ərizənin verildiyi xx xxxxxxx 2020ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2017-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X3 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(019)-219/2021nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh Şahverdiyeva (Musayeva) Pərvin Ömər qızı arasında bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 anasının yanında saxlanması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-945/2020 nömrəli qətnaməsinə əsasən ərizənin verildiyi xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-945/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-945/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar