Məhkəmə qərarları › İş №2(019)-473/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-473/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-473/2020 16.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MFNPU-5730 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 705,08 (yeddi yüz beş manat 08 qəpik) manat, faiz borcuna görə 29,22 (iyirmi doqquz manat 22 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 734,30 (yeddi yüz otuz dörd manat 30 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, NFNPU-5730 saylı kredit müqaviləsinə əsasən illik 17% (on yeddi) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 800 (səkkiz yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli, MFNPU-5730 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, MFNPU-5730 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 18-dən gec olmayaraq hər ay 72,97 (yetmiş iki manat 97 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MFNPU-5730 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 705,08 (yeddi yüz beş manat 08 qəpik) manat, faiz borcuna görə 29,22 (iyirmi doqquz manat 22 qəpik) manat, cəmi 734.30 (yeddi yüz otuz dörd manat 30 qəpik) təşkil edir. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MFNPU-5730 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 705,08 (yeddi yüz beş manat 08 qəpik) manat, faiz borcuna görə 29,22 (iyirmi doqquz manat 22 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 734,30 (yeddi yüz otuz dörd manat 30 qəpik) manat pul tutulmalıdır. Qeyd olunanları nəzərə alıb Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MFNPU- 5730 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 705,08 (yeddi yüz beş manat 08 qəpik) manat, faiz borcuna görə 29,22 (iyirmi doqquz manat 22 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 734,30 (yeddi yüz otuz dörd manat 30 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi Natəvan Məmmədova məhkəməyə teleqrama göndərərək xx.xx.2020-ci ildə keçiriləcək mülki işə iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli MFNPU- 5730 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 12 ay müddətinə illik 17% ödəmək şərti ilə, 800 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli RB-02/PK-2490 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, MFNPU-5730 saylı kredit müqaviləsi üzrə xx xxx 2020-ci il tarixə 708,08 manat əsas, 29,22 manat faiz borcu olmaqla, cəmi 734.30 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 12 ay müddətinə illik 17% ödəmək şərti ilə, 800 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli, MFNPU-5730 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Nəticədə borclunun kredit müqaviləsi üzrə İddiaçı ASC-ə 705,08 manat əsas kredit borcu, 29.22 manat faiz borcu olmaqla, cəmi 734.30 manat məbləğində kredit borcu yaranmışdır. Buna görə də İddiaçı ASC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən AzərbaycanRespublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görəiştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnudigər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı(borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə vəmiqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kreditmüqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdətutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinəgörə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinəgörə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallarüçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyinicrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyənzərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edəbilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 705.08 manat əsas kredit borcu, 29.22 manat faiz borcu olmaqla, cəmi 734.30 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 705.08 manat əsas kredit borcu, 29.22 manat faiz borcu olmaqla, cəmi 734.30 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçıASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar