Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-476/2020 12.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək birgə nikahdan olan xx xxxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2009-cu il tarixdə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2010-cu il tarixdə Milana adlı uşaqları anadan olmuşdur. Onlar bir müddət səmimi ailə münasibətlərində olsa da sonradan cavabdehin ailəsinə biganə yanaşması səbəbindən münasibətləri pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(019)-589/2014 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 70 manat məbləğində aliment müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(019)-1950/2016 nömrəli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq 117 (bir yüz on yeddi) manat məbləğində müəyyən edilmişdir. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o maddi cəhətdən çətinlik çəkir. Göründüyü kimi tələbatların qiyməti günügündən artmaqdadır. Cavabdeh hazırda gündəlik qazancı yaxşıdır. Cavabdeh xeyli pul qazanmasına baxmayaraq qazancından bir uşaq üsün ona ayda cəmi 117 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşağı pal-paltarlarının, sağlamlığının, təhsilinin və maddi tələbatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşaq böyüdükcə tələbatları artır. Lakin buna baxmayaraq cavabdeh uşağın saxlanması üçün az miqdarda aliment ödəyir. Uşaqlara qayğı göstərmək, onların maddi ehtiyaclarını qarşılamaq hər bir valideynin borcudur. Həmin vaxt aliment məbləği müəyyən edlilərkən tərəflərin vəziyyəti nəzərə alınmışdır. 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi yaşayış minimumu ölkə üzrə hər il artır. Lakin Cavabdeh özü könüllü olaraq aliment məbləğini artırmır. Ona görə də alimentin miqdarının artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12335747 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Çitiyeva Milana xx.xx.2010cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası Çitiyeva Aksana yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş doğum haqqında çıxarışdan görünür ki, X2 xx xxxxxx 2010-cu il tarixdə anadan olmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(019)- 1950/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-589/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdlirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2009-cu ildə rəsmi nikah bağlamaqla Cavabdeh ilə evlənmiş, onların birgə nikahlarından xx xxxxxx 2010-cu il tarixdə X2 adında bir uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-589/2014 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları- X1 anası İddiaçı yanında saxlanması, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 70 (manat) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(019)-1950/2016 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 117 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(019)- 1950/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2010-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(019)-1950/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2010-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-476/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-476/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver