Məhkəmə qərarları › İş №2(019)-48/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-48/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-48/2022 25.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019- cu il tarixli 019R********** saylı kredit razılaşmasının ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 019R********** saylı kredit razılaşması üzrə 1623.74 manat məbləğində kredit borcu, 21.29 manat məbləğində faiz borcu və 714.97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2360 (iki min üç yüz altmış) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərib, iddiaçı tərəf olaraq İddiaçı QSC-nin daxili qərarı əsasında zaminə qarşı iddia qaldırmaq məcburiyyətində qaldıqlarına görə sənədlərin əslinə ehtiyac yarandığını bildirərək iddia ərizəsinin və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin geri qaytarılmasına və bu əsasla ərizənin baxılmaış saxlanmasına etirazının olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsinə hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı,iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar