Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-482/2021 21.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əşrəfəli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin və iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı idda ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh ilə uzun müddətdir ki, tanışdır. Cavabdeh Bakı şəhərində plastik qapı-pəncərə ustası işləmişdir. Pula ehtiyacı olduğu üçün bir gün ona müraciət etmişdir. Uzun müddət tanıdığı üçün o, pulu vermək qərarına gəlmişdir. Pulun məbləği çox olduğu üçün o, cavabdehə pulu notarial qaydada verəcəyini demiş, cavabdeh də razılaşmışdır. Bunun üçün onların arasında xx xxxxxxxx 2019-cu il tarixdə notarial formada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 4000 (dörd min) manat məbləğində pulu borc olaraq vermişdir. Aralarında bağlanmış müqaviləyə əsasən Cavabdeh borc məbləğini xx.xx.2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdü. Lakin hələ də borcunu qaytarmamışdır. Cavabdehlə aparılmış danışıqlar nəticə vermədiyi üçün hazırki İddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Özü Bakı şəhərində plastik qapı- pəncərə ustası işləmişdir. Pula ehtiyacı olduğu üçün 2019-cu ildə İddiaçı borc pul istəmişdir. Abşeron rayon 1 nömrəli notariat kontorunda bağladıqları xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ona 4000 manat borc vermişdir. Müqaviləyə əsasən o, həmin borcu xx xxxxxx 2019-cu il tarixə kimi İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. O, həmin puldan 1500 manatı bir dəfə, 500 manatı isə ikinci dəfə İddiaçı qaytarmışdır. Lakin bunu təsdiq edən heç bir sübutu yoxdur. O, borcu hissə-hissə qaytara bilər. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Abşeron rayonu 1 nömrəli notariat ofisində təsdiq edilmiş və reyestrdə 3M-1345 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2019cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, müqaviləyə əsasən “borc verən” İddiaçı “borc alan” Cavabdeh 4000 manat (dörd min) manat məbləğində pulu notariusun bankda açılan depoztit hesabı vasitəsi ilə borc vermiş, “borc alan” krediti xx.xx.2019-cu il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı 4000 manat pulu “xxxx”ASC-in Abşeron filialına təhvil vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2021-ci il tarixli 57898 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə eManat ödəniş terminalı vasitəsi ilə Zaqatala rayon Vəkil Bürosuna vəkil xərci olaraq 350 manat pul ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı 4000 (dörd min) manat borc pul almış, bu barədə xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayon 1 nömrəli notariat ofisində tərəflər arasında kredit müqaviləsi bağlanmış və müqavilə reyestrdə 3M-1345 nömrə ilə qeydə alınmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh borc aldığı 4000 manat pulu xx.xx.2019cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıya ödəməli olduğu 4000 manatı hazıra kimi ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçı Vəliyev X1 rayon Vəkil Bürosunun vəkili Nümayəndə onun nümayəndəsi və vəkili qismində iştirakı üçün 14.03. 2021-ci il tarixdə Zaqatala rayon Vəkil Bürosuna 350 manat pul ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı birinci dəfə 1500 manat, ikinci dəfə 500 manat ödəməsi barədə Cavabdeh etirazını qəbul etməyərək məhkəmə qeyd edir ki, cavabdeh göstərdiyi bu xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.Ona görə də cavabdehin bu dəlili məhkəmə tərəfindən qəbul edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 529.3-cu maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat borc pul, 350 (üç yüz əlli) manat vəkilə ödənilmiş xərc və 30 manat ödənilmiş dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat borc pul, 350 (üç yüz əlli) manat vəkilə ödənilmiş xərc və 30 manat ödənilmiş dövlət rüsumu xərci, cəmi 4380 (dörd min üç yüz səksən) manat alınıb İddiaçı xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-482/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-482/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver