Məhkəmə qərarları › İş №2(019)-484/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-484/2020

15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-484/2020 15.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21000 (iyirmi bir min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Əliyeva X3 Şəhla Xanlar qızına qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-484/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 152.1.5-ci maddəsinə əsasən Cavabdeh İddiaçı qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Cavabdeh özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci ildə ona olan etibarından sui-istifadə edərək, güya satıb pulunu sonradan ödəmək şərti ilə aldadıb ondan həmin gün qeyd olunan yerdə nisyə bir ədəd qiyməti 800 manat olan 583 əyarlı, 14 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 720 manat olan 583 əyarlı, 6,9 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 300 manat olan 583 əyarlı, 2,5 qram çəkidə qızıl kulonu, bir ədəd qiyməti 2150 manat olan 583 əyarlı, 57 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 900 manat olan 583 əyarlı, 21,3 qram çəkidə qadın qızıl qolbağı, bir cüt qiyməti 700 manat olan 750 əyarlı, 11,9 qram çəkidə qadın qızıl sırğanı və bir ədəd qiyməti 430 manat olan 750 əyarlı, 7,8 qram çəkidə qadın qızıl üzüyü - ümumilikdə vahid niyyətlə 6000 manat məbləğində özgənin əmlakını alıb ələ keçirərək, verdiyi yalan vədlərə əməl etmədən aparıb, həmin qızıl-zinət əşyalarını ünvan 1 məhəllə ünvanında yerləşən lombarda girov qoymaqla oradan 1800 manat nağd pul götürüb, öz şəxsi təlabatlarına xərcləmiş, daha sonra həmin qızıl-zinət əşyalarını lombarddan geri götürüb, istintaqa məlum olmayan şəxsə 1700 manata sataraq, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hökmü ilə Cavabdeh Müsabir qızının dələduzluq edərək, 2015-ci ildəki qiymətlərlə onun 6000 manatlıq qızıl-zinət əşyalarını ələ keçirdiyi sübut edilmişdir. Lakin təəssüf ki, məhkəmə hökm çıxararkən inflyasiyanı və devalvasiyanı, onun tərəfindən əlavə faiz və xərclər çəkilməklə onun 20500 manat faktiki zərər çəkdiyini nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək, onun iddiası əsasında qaldırılmış mülki işin məhkəmə baxışında iştirak edə bilmədiyini, Bakı şəhərində yaşadığından və hazırda mövcud hərbi rejimlə əlaqədar komendant saatının olması onun məhkəmədə iştirakına çətinlik yaratdığını göstərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materiallarını bilavasitə araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-37/2017 saylı hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci ildə ünvan 2 saylı ünvanında yerləşən «Moskva» Ticarət Mərkəzinin qızıl şöbəsində satıcı işləyən, əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu İddiaçı ona olan etibarından suiistifadə edərək, guya satıb pulunu sonradan ödəmək şərti ilə aldadıb, ondan həmin gün qeyd olunan yerdə nisyə bir ədəd qiyməti 800 manat olan 583 əyarlı, 14 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 720 manat olan 583 əyarlı, 6,9 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 300 manat olan 583 əyarlı, 2,5 qram çəkidə qızıl kulonu, bir ədəd qiyməti 2150 manat olan 583 əyarlı, 57 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 900 manat olan 583 əyarlı, 21,3 qram çəkidə qadın qızıl qolbağı, bir cüt qiyməti 700 manat olan 750 əyarlı, 11,9 qram çəkidə qadın qızıl sırğanı və bir ədəd qiyməti 430 manat olan 750 əyarlı, 7,8 qram çəkidə qadın qızıl üzüyü-ümumilikdə vahid niyyətlə 6000 manat məbləğində özgənin əmlakını alıb ələ keçirərək, verdiyi yalan vədlərə əməl etmədən aparıb həmin qızıl-zinət əşyalarını ünvan 1 məhəllə ünvanında yerləşən lombarda girov qoymaqla oradan 1800 manat nağd pul götürüb, öz şəxsi tələbətlarına xərcləməsi, daha sonra həmin qızıl-zinət əşyalarını lombarddan geri götürüb, istintaqa məlum olmayan şəxsə 1700 manata sataraq, zərərçəkmiş İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh ibtidai istintaq zamanı xx xxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək 01 (bir) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsi və cəzasının Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. İş materiallarındanə həmçinin görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdehözgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci ildə ünvan 2 saylı ünvanında yerləşən «Moskva» Ticarət Mərkəzinin qızıl şöbəsində satıcı işləyən, əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu İddiaçı ona olan etibarından suiistifadə edərək, guya satıb pulunu sonradan ödəmək şərti ilə aldadıb, ondan həmin gün qeyd olunan yerdə nisyə bir ədəd qiyməti 800 manat olan 583 əyarlı, 14 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 720 manat olan 583 əyarlı, 6,9 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 300 manat olan 583 əyarlı, 2,5 qram çəkidə qızıl kulonu, bir ədəd qiyməti 2150 manat olan 583 əyarlı, 57 qram çəkidə qadın qızıl sepi, bir ədəd qiyməti 900 manat olan 583 əyarlı, 21,3 qram çəkidə qadın qızıl qolbağı, bir cüt qiyməti 700 manat olan 750 əyarlı, 11,9 qram çəkidə qadın qızıl sırğanı və bir ədəd qiyməti 430 manat olan 750 əyarlı, 7,8 qram çəkidə qadın qızıl üzüyü-ümumilikdə vahid niyyətlə 6000 manat məbləğində özgənin əmlakını alıb ələ keçirərək, verdiyi yalan vədlərə əmələ etmədən aparıb həmin qızıl-zinət əşyalarını ünvan 1 məhəllə ünvanında yerləşən lombarda girov qoymaqla oradan 1800 manat nağd pul götürüb, öz şəxsi tələbətlarına xərcləmiş, daha sonra həmin qızıl-zinət əşyalarını lombarddan geri götürüb, istintaqa məlum olmayan şəxsə 1700 manata sataraq, zərərçəkmiş İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, buna görə də Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh ibtidai istintaq zamanı xx xxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək 01 (bir) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə və cəzasının Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. Cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş dələduzluq nəticəsində İddiaçı 6000 manat məbləğində maddi ziyan vurulmuş, həmin 6000 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış və cavabdeh iddiaçının hesabına həmin 6000 manat məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin 6000 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü preyudisial əhəmiyyət daşımaqla sübut olunmaqdan azaddır:1) hadisənin olub-olmaması (yəni cinayətin törədilib-törədilməməsi faktı); 2) bu hadisənin konkret şəxs tərəfindən edilməsi faktı (yəni cinayətin subyekti barədə məsələ). Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Cavabdeh etibarından sui-istifadə etməklə İddiaçı 6000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirərək, iddiaçıya münasibətdə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və İddiaçı 6000 manat məbləğində maddi ziyan vurmuşdur. Yəni burada İddiaçı qarşı dələduzluq hadisəsinin olması və bu dələduzluq hadisəsinin Cavabdeh tərəfindən iddiaçıya 6000 manat maddi ziyan vurmaqla törədilməsi faktları mövcuddur, ona görə də MPM-nin 82.4-cü maddəsinə əsasən bu faktlar preyudisal əhəmiyyət daşımaqla onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verimək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlataban müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borcu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia iddiaçının cavabdehə qarşı yönəldtdiyi 21000 manat pul tələbinin 6000 manat pul tələbi hissəsində əsaslıdlır və təmin olunmalıdır. İddia 6000 manat pul tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Belə ki, iddiaçı 6000 manat pul tələbindən artıq tələb hissəsini hökm çıxarılarkən inflyasiyanın və devalvasiyanın nəzərə alınmaması, onun tərəfindən əlavə faiz və xərclər çəkilməklə 20500 manat faktiki zərər çəkməsi halları ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. İddiaçının 6000 manatdan artıq pul tələbi mülki-hüquq pozuntusundan (deliktdən) əmələ gələn hüquqi əsaslara söykənir. BMT Baş Məclisinin xx xxxxxx 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə müvafiq olaraq zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçıya tələb olunan məbləğdə zərər vurulması, bu zərərin cavabdehin hansısa qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində yaranması, tələb olunan zərərlə cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və cavabdehin bu zərərin vurulmasında təqsiri müəyyən edilmiş olsun. Məhkəmə zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənə zərərin vurulmasını, bu zərərin hansı şəraitdə və cavabdehin hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin bu zərəri hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. İddiaçı hökm çıxarılarkən hansı inflyasiyanın və devalvasiyanın nəzərə alınmaması, hansı inflyasiya və devalvasiyanın onun tələb etdiyi ziyan məbləği ilə hansı bağlılıqda olması, onun tərəfindən hansı əlavə faiz və xərclərin çəkilməsi və nəticədə həqiqətən də iddiaçının 20500 manat faktiki zərər çəkməsi, Cavabdeh ona məhz 6000 manat məbləğdən artıq məbləğdə (21000-6000=15000 manat) maddi zərər vurması, tələb edilən 6000 manat puldan artıq məbləğdə (15000 manat) maddi zərərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və bu məbləğdə zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən və eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin 21000 manat tələbin 6000 manatdan artıq tələb hissəsində iddia tələbinin əsaslandırdığı halları sübut edə bilməmişdir. İddiaçının 6000 manat puldan artıq tələb hissəsinin əsassızlığı həm də onunla sübut olunur ki, iddiaçı iddia ərizəsində hökm çıxarılarkən inflyasiyanın və devalvasiyanın nəzərə alınmaması, onun tərəfindən əlavə faiz və xərclər çəkilməklə 20500 manat faktiki zərər çəkməsini göstərir və faktiki olaraq bu zaman 6000 manat ziyanı nəzərə alınmır. Lakin o, təmin olunması nəticəsinə gəlinmiş 6000 manatdan əlavə faktiki ziyan çəkməsini göstərdiyi 20500 manatın hamısını deyil, yalnız onun 15000 manatını tələb edir (21000-6000=15000 manat). Qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 21000 manat pul tələbi 6000 manatdan artıq tələb hissəsində heç bir faktoloji və hüquqi əsasa malik deyildir və ona görə də 6000 manatdan artıq tələb hissəsində təmin olunmamalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 6000 manat pul tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 8,57 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun; Cavabdeh 6000 manat pul tutularaq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 8,57 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar