Məhkəmə qərarları › İş №2(019)-498/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-498/2020

14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-498/2020 14.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(019)-854/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan xx xxxxxx 2015-ci ildə anadan olmuş oğlu X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, o, xx xxxx 2015-ci il tarixdə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X3 adında bir uşaqları olmuşdur. xx xxxx 2019-cu il tarixdən etibarən Cavabdeh ayrı yaşayır. Uşaq özünün himayəsindədir. Daha sonra məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli 2(019)- 854/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2015-ci ildə anadan olmuş X1 üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən təyin olunmuş 110 manat alimentin miqdarı azdır və qanunvericiliyin bu günkü tələblərinə uyğun deyildir. Ona görə qeyd edilənləri nəzərə alıb 170 manat alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2015-ci il tarixdə qeyri-rəsmi nikahla İddiaçı ilə ailə qurmuş, nikahlarını isə rəsmiləşdirilməmişlər. Faktiki nikahlarından xx xxxxxx 2015-ci il tarixdə Uğur adında bir uşaqları olmuşdur. Uşaq anasının himayəsindədir. Aralarında baş vermiş narazılıqla bağlı iddiaçıdan ayrılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 110 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Hər ay 110 manat alimenti iddiaçıya ödəyir. Hazırda iddiaçının tələb etdiyi 170 manat alimentin miqdarı isə çoxdur. O, ikinci ailə həyat qurmuş və sentyabr ayında övladı dünyaya gələcəkdir. Özü heç yerdə işləmir. İddiaçıya ödədiyi alimenti atasının pensiyasından ödəyir. İddiaçının özü isə mağazada işləyib hər ay 150 manat əmək haqqı alır. Göstərdiklərini nəzərə alıb qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 656634 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X2 atası hesab olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(019)- 854/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilmiş, xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Mehdi qızına ödənilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2015-ci ildə rəsmi nikahla Cavabdeh ilə evlənmiş, onların birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X3 adında bir uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(019)-854/2019 nömrəli qətnaməsi ilə xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda iddiaçının xx xxxxxxx 2019-cu ildə 110 manat məbləğində aliment tələb etməsini, həmin vaxtdan qısa müddət keçməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(019)-854/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hşissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(019)-854/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar