Məhkəmə qərarları › İş №2(019)-505/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-505/2021

26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-505/2021 26.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Oruc qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli 2(019)-448/2015 nömrəli qətnaməsini dəyişdirərək, Balakən rayonunun İtitala kəndində yaşayan Cavabdeh 26 avqust 2011-ci il tarixdə doğulmuş oğlu X7 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını isə 20 iyul 2010-cu ildə Balakən rayon İtitala kənd inzibati ərazi dairəsində rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə yaşadıqları dövrdə X13 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə ailə münasibətləri yaxşı olmuş, lakin bir müddət sonra cavabdehlə aralarında ailə münasibətləri zəminində mübahisələr yaranmışdır. Xasiyyətləri uyğun gəlmədyinə görə onlar ayrılmışlar. Cavabdehdən ayrılarkən oğlu Alini özü ilə atası evinə aparmışdır və oğlu hal-hazırda onun himayəsində yaşayır. Cavabdehlə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və himayəsində olan oğlu Alinin yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 60 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir.Eyni zamanda Balakən Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli 2(019)-448/2015 nömrəli qətaməsi ilə Balakən Rayon Məhkəməsininin 22 fevral 2013-cü il tarixli 2(019)-82/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 06 aprel 2015-ci il tarixdən hesablanmsaqla hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdeh də onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır, eyni zamanda uşağa baxmaq onun vəzifəsidir. Ancaq Cavabdeh verdiyi alimentlə uşağı baxmaq onun üçün çox çətindir. Belə ki, o, heç yerdə işləmir, ailə vəziyyəti ağır olmaqla uşaqla birlikdə atasının himayəində yaşayır. Cavabdeh fərdi işlərdə işməkələ ayda kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, oğlunun baxılmasına heç bir köməklik göstərmir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin məğləği isə uşağın aylıq ehtiyaclarını ödəmir. Belə ki, uşaq böyür və uşaq böyüdüksə onun tələbatı artır. Ona məktəb ləvazimatı, əyin-baş almaq çətinliklər törədir. Cavabdehin ödədiyi 75 manat aliment uşağın hər hansı bir tələbatını ödəmir. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, 2010-cu ildə qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmiş, nikahlarını isə 20 iyul 2010-cu ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından 26 avqust 2011-ci ildə X13 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra iddiaçı ilə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamış, xasiyyətləri uyğun gəlməmişdir. Buna görə də iddiaçı ilə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və oğlu Alinin yetkinlik yaşına çatana kimi saxlaması üçün 60 manat alimentin alınıb, iddiaçya verilməsi qət edilmişdir. Bundan sonra Balakən Rayon Məhkəməsininin 05 may 2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 75 manat müəyyən edilmişdir. O, hazırda başqa bir qadınla ailə həyatı qurmuşdur, həmin nikahdan iki azyaşlı uşaqları vardır. Özü İtitala kənd orta məktəbində gözətçi işləməklə 260 manat əmək haqqı alır. Həmçinin pay torpağı, həyətyanı torpaq sahəsi, şəxsi təsərrüfatı və təsərrüfatında mal-qarası vardır. Aldığı əmək haqqı ailəsinin aylıq tələbatlarını ödəmir. İddiaçının tələb etdiyi 200 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. O, hər ay 90 manat aliment ödəyə bilər. Ona görə də iddianın qismən təmin olunmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 yanvar 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 208450 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və Əliyeva Fatma Oruc qızı arasındla olan nikah ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 sentyabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 683071 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X13 26.08.2011-ci ildə anadan olmuş, həmin şəhadətnamədə «atası» qrafasında Cavabdeh oğlu, «anası» qrafasında isə X16 qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Əliyev Ceyhun Əlivas oğlu ilə Əliyeva Fatma Oruc qızı arasında bağlanmış 20 iyul 2010-cu il tarixdə Balakən rayonu İtitala kənd icra nümayəndəliyində 11 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları-26 avqust 2011-ci il tarixdə anadan olmuş X7 anası X4 yananda qalması, iddiaçı Cavabdeh 22 fevral 2013-cü il tarixdən başlayaraq 26 avqust 2011-ci il tarixdə anadan olmuş Əliyev Ali Ceyhun oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 60 manat sabit pul məbləğində alimentin tutulub, cavabdeh X16 qızına verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli 2(019)-448/2015 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 26 avqust 2011-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli 2(019)-82/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 06 aprel 2015-ci il tarixdən hesablanmaqla hər ay 75 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb, İddiaçı Oruc qızının xeyrinə tutulmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 091681 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında 21.01.2016-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 mart 2016-cı il tarixdə veridlmiş AZ-İİİ seriyalı, 698828 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Əliyeva Səbinə Ceyhun qızı 09.03.2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh Əlivas oğlu, anası X6 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 aprel 2017-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 899275 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 18.03.2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X6 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq ejdilmiş 5 saylı ƏMHM tərəfindən 14.04.2021-ci il tarixdə verilmiş 590 nömrəli arayışdan görünür ki, Cavabdeh oğlu İtitala kənd orta məktəbində gözətçi vəzifəsində işləyir, onun əmək haqqı 260 manat təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh oğlundan tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 140 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2015-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 108 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment məbləği artırılan 05 may 2015-cı il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 108 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2015-cı ildə uşaqlar üçün yaşayış minimumunun 108 manat, 2021-ci ildə 175 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan Ali Əliyevin saxlanması üçün Balakən Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli 2(019)- 448/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 75 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Belə ki, aliment təyin olunduqdan sonra uşağın yaşayış tələbatı artmışdır. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, Cavabdeh Əlivas oğlunun yeni ailə qurması və himayəsində başqa iki azyaşlı uşağın olması, həmçinin cavabdehin ayda 260 manat əmək haqqı alması və onun pay torpaq sahəsinin, həyətyanı torpaq sahəsinin və şəxsi təsərrüfatının olması halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynlərin hər ikisinin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatndan və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur və uşağın mənafeyinə uyğun deyildir. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda yuxarıda göstərilənlər, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin hər ay 200 manat müəyyən olunması tələbinin qismən-hər ay 140 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia uşağın saxlanması üçün hər ay 140 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasıonun yüksək yaxşı qazanc əldə etməsi və bununla da alimentin miqdarının aylıq 200 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhz 200 manat alimentin artırılması tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 200 manat miqdarında müəyyən edilməsi heç şübhəsiz ki, işin halları, yeni ailə qurması və yeni nikah münasibətlərindən doğulmuş daha iki azyaşlı uşağının onun himayəsində olması zəminində cavabdehin əmlak vəziyyətinə qətiyyən uyğun olmayacaq, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması konteksində onların mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmuş olacaqdır. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının ayda bir uşaq üçün 140 manat dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 05 may 2015-cı il tarixli 2(019)-448/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 26 avqust 2011-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 21 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X12” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 05 may 2015-cı il tarixli 2(019)-448/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 26 avqust 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 21 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar