Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-52/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6781.58 manat məbləğində kredit borcu, 2005.48 manat məbləğində faiz borcu və 3579.96 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12367 (on iki min üç yüz altmış yeddi) manat 02 (iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin Balakən rayonu, Hənifə kəndində xüsusi mülkiyyətində olan 0.0993 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.30 m2 ,yaşayış sahəsi 71.40 m2 .yardımçı sahəsi 49.90 m2 .tikintialtı sahəsinin cəmi 195.20 m2 , Liter B Təsərrüfat tikilisi - tikintialtı sahəsi 119.7 m2 , Liter C Tövlə - tikintialtı sahəsi 71 m2 ,Liter İ Ayaqyolu - tikintialtı sahəsi 4.50 m2 , Liter İİ darvazadan ibarət 1 mərtəbəli, 3 otaqlı Cavabdeh1 məxsus fərdi yaşayış evinə və həmin ünvanda ümumi birgə hüququ üzrə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 məxsus torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 12367 (on iki min üç yüz altmış yeddi) manat 02 (iki) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ümumi müştərək qaydada tutulması; Balakən rayonu Hənifə kəndində xüsusi mülkiyyətində olan 0.0993 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.30 m2 ,yaşayış sahəsi 71.40 m2 ,yardımçı sahəsi 49.90 m2 ,tikintialtı sahəsinin cəmi 195.20 m2 , Liter B Təsərrüfat tikilisi - tikintialtı sahəsi 119.7 m2 , Liter C Tövlə - tikintialtı sahəsi 71 m2 ,Liter İ Ayaqyolu - tikintialtı sahəsi 4.50 m2 , Liter İİ darvazadan ibarət 1 mərtəbəli, 3 otaqlı Cavabdeh1 məxsus fərdi yaşayış evinə və həmin ünvanda ümumi birgə hüququ üzrə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 məxsus torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 həmin evə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram və ərizə göndərib, cavabdehin banka olan borcunun sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənildiyini, buna görə də bu işin davam etdirilməsinə zərurət qalmadığını bildirərək, hazırki iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, həmçinin cavabdehlərdən işin mahiyyəti üzrə həll olunmasını tələb etdikləri barədə məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı "İddiaçı" QSC-yə qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-52/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-52/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver