Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-520/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 3000 (üç min) manat pulun və dövlət rüsumunun ödənilməsinə çəkilmiş 30 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayon Qazma kəndində yaşamış, 2020-ci ilin mart ayından Balakən şəhəri Səfıyyə Dibirova küçəsi 6-da ev alıb orada yaşayır. Cavabdeh həmkəndlisidir. Onunla 2019-cu ilin axırlarında Balakən rayon bazarında rastlaşmış, onunla söhbət əsnasında torpaq sahəsi almaq istədiyini və axtardığını bildirmişdir. Həmin zaman Rəsul ona özünün də torpaq alqısatqısı ilə məşğul olduğunu və Balakən rayonunda müxtəlif ərazilərdə satlıq torpaq sahələri olduğunu bildirmişdir. O, onun mobil nömrəsini götürmüş, həmin məsələ ilə bağlı bir neçə gün sonra Rəsula zəng vuraraq torpaq sahəsini almaq istədiyini demişdir. O, həm Qazbinə, həm də Tülü kəndində torpaq sahələrinin olduğunu, torpaq sahələrinin hər ikisinin də satışda olduğunu bildirərək torpağın sənədləşdirilməsi üçün pula ehtiyacı olduğunu demişdir. Ona etibar etdiyi üçün ona gəlib evdən pulu götürməsini demişdir. Bir neçə gün sonra Qazma kəndində əvvəllər yaşadığı evinə idarə etdiyi qara rəngli VAZ- 21015 markalı maşın gəlmiş, rəfiqəsi Şahid qızı və bacısı X1 yanlarında 1500 manat pul sayıb Cavabdeh vermişdir. 10 gün sonra yenidən onun adına sənəd almaq üçün pula ehtiyacı olduğunu bildirərərək yenidən Qazma kəndində əvvəllər yaşadığı evinə, idarə etdiyi qara rəngli VAZ-21015 markalı maşınla gəlmiş və rəfiqəsi Şahid qızı və bacısı X1 yanlarında 1500 manat pul sayıb ona vermişdir. Cavabdeh 1 həftə sonra Notariat Konoruna gedəcəklərini bildirmiş və dediyi vaxtda Balakən rayon Notariat Kontoruna getmək üçün Cavabdeh zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamışdır. 10 gün sonra dostunun vasitəsi ilə onunla əlaqə saxlamış, həmin vaxt Cavabdeh ona “sənədləşmə işləri düzəlməyib, sənin pulunu geri qaytaracam” demişdir. O, 3 aya qədər pulunu qaytaracağını gözləmiş, vermədiyinə görə Balakən RPŞ- nə müraciət etmişdir. Cavabdeh orada izahat verərək 3 ay müddətinə pulunu qaytaracağına söz vermişdir. Lakin hazıradək nə pulunu qaytarmayıb nədə ki, torpaq sahəsi təşkil etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid qızı göstərdi ki, İddiaçı tanıyır, Nuranə onun rəfiqəsidir. İddiaçı özünə torpaq sahəsi almaq məqsədi ilə Cavabdeh onun yanında iki dəfəyə-cəmi 3000 manat pul vermişdir. X4 nə torpaq almış, nədəki onun pulunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə pulunu qaytarmasını demiş, lakin bunun heç bir nəticəsi olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş İddiaçı Balakən rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsi əsasında toplanmış materialdan görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə iltizam yazaraq İddiaçı 3000 manat borclu olduğunu, pulu 2020-ci ilin aprel ayının 30-na kimi qaytarcağına söz verdiyini göstərmişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 2019-cu ildə İddiaçı 3000 manat pul almış, lakin pulu qaytarmamışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3000 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 3030 (üç min otuz) manat alınıb İddiaçı ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-520/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-520/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver