Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-533/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı X1 xeyrinə 019R********** saylı kredit razılışması üzrə 3220.53 manat məbləğində kredit borcu, 1060.23 manat məbləğində faiz borcu və 1209.03 manat cərimə borcu olmaqla, cəmi 5489 (beş min dörd yüz səksən doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğində borcun, 019R********** saylı kredit razılaşması üzrə 2746.78 ABŞ dolları məbləğində kredit borcu, 2457.2 ABŞ dolları məbləğində faiz borcu və 1030.74 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6234 ( altı min iki yüz otuz dörd) ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində borcun və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı X1 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh1 Rəcəb qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixi 19L000000269 saylı kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 «xxxxxxxxxxx» QSC- ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2017-ci il tarixli 019R**********SB saylı, xx.xx.2018-ci il tarixli 019R**********SC saylı, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1779.47 manat ödəmiş və onun 3220.53 manatməbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 376 gün üçün hesablanmış faiz borcu 1060.23 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 376 gün üçün hesablanmış cərimə 1209.03 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2017-ci il tarixli 019R**********SC saylı, xx.xx.2018-ci il tarixli 019R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2253.22 ABŞ Dolları ödəmiş, onun 2746.78 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 376 gün üçün hesablanmış faiz borcu 2457.2 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 376 gün üçün hesablanmış cərimə 1030.74 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-ci il tarixdə bağlanmış 19L000000269 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli bağladığı 019R********** nömrəli kredit razılaşmasından görünür ki, Razıalşmanın 1.1-ci bəndinə əsasən bank məbləği 5000 AZN olan krediti aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 18 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən əsasən kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişlərdən görünür ki, tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2017-ci il tarixli 019R**********SB saylı, xx.xx.2018-ci il tarixli 019R**********SC saylı, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxx 2015-ci il tarixli 019R********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Rəcəb qızı 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.875% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişlərdən görünür ki, tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********3S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2017-ci il tarixli 019R**********SB saylı, xx.xx.2018-ci il tarixli 019R**********SD saylı, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2015-ci il tarixli 019S**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2015-ci il tarixli 019S**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2012-ci il tarixli 19S000000682 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2014-cü il tarixli 19S000004869 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasınjda tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 12604 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 019R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 3220.53 manat əsas, 1060.23 manat faiz, 1209.03 manat cərimə borcu olmaqla cəmi 5489.79 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 12603 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 019R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 2746.78 ABŞ dolları əsas, 2457.2 ABŞ dolları faiz, 1030.74 ABŞ dolları cərimə borcu olmaqla cəmi 6234.72 ABŞ dolları borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixi 19L000000269 saylı kredit xətti müqaviləsinə əsasən,120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Həmin müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 «xxxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R********** SA saylı, xx.xx.2017-ci il tarixli 019R**********SB saylı, xx.xx.2018-ci il tarixli 019R**********SC saylı, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1779.47 manat ödəmiş və onun 3220.53 manatməbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 376 gün üçün hesablanmış faiz borcu 1060.23 manat təşkil edir.Ona xx.xx.2020-ci il tarixə 376 gün üçün 1209.03 manat cərimə hesablanmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2017-ci il tarixli 019R**********SC saylı, xx.xx.2018-ci il tarixli 019R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2253.22 ABŞ Dolları ödəmiş, onun 2746.78 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 376 gün üçün hesablanmış faiz borcu 2457.2 ABŞ Dolları təşkil edir. Ona xx.xx.2020-ci il tarixə 376 gün üçün 1030.74 ABŞ Dolları cərimə hesablanmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər və Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC pretenziya qaydasına riayət edərək Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin borclular yenə də kredit borcunu ödəməmişlər. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca və faiz borcuna aid hissədə tam ödənməlidir. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 3220.53 manat əsas kredit borcu, 1060.23 manat faiz borcu olduğu halda, 1209.03 manat məbləğində, xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə isə 2746.78 ABŞ dolları əsas kredit borcu, 2457.2 ABŞ dolları faiz borcu olduğu halda 1030.74 ABŞ dolları penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 120 manat, xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə isə 100 ABŞ dolları həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 3220.53 manat əsas kredit borcu, 1060.23 manat faiz borcu, 120 manat məbləğində cərimə olmaqla cəmi -4400.76 manat, xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 2746.78 ABŞ dolları əsas kredit borcu, 2457.2 ABŞ dolları faiz borcu,100 ABŞ dolları cərimə olmaqla cəmi-5303.98 ABŞ dolları borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 3220.53 manat əsas kredit borcu, 1060.23 manat faiz borcu, 120 manat məbləğində cərimə olmaqla cəmi -4400.76 manat, xx.xx.2015-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə 2746.78 ABŞ dolları əsas kredit borcu, 2457.2 ABŞ dolları faiz borcu,100 ABŞ dolları cərimə olmaqla cəmi-5303.98 ABŞ dolları borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-533/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-533/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver