Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-535/2020 27.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Əsədlullah oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutulub, nəvəsi-xx xxxxx 2008-ci il təvəllüdlü Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2006-cı ildə cavabdehin oğlu X8 ilə rəsmi nikaha daxi olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxxx 2008-ci il təvəllüdlü Cavabdeh Ruslan oğlu adında bir övladı olmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-36/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsi ilə onun X4 qarşı nikahın pozulması tələbinə dair iddia tələbi təmin edilmiş, aralarında olan rəsmi nikahın pozulması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-448/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə onun cavabdehin oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-328/2011 saylı, xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış və cavabdehin oğlundan xx xxxxx 2008-ci il təvəllüdlü Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutulub, ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1236/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə onun cavabdehin oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-448/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış və cavabdehin oğlundan xx xxxxx 2008-ci il təvəllüdlü Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub, ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-721/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehin oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-1236/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış və cavabdehin oğlundan xx xxxxx 2008ci il təvəllüdlü Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulub, ona verilməsi qət edilmişdir. Cavabdehin oğlu ona aliment ödəmir. Sonuncu dəfə o, xx.xx.2018-ci ildə ona aliment ödəmişdir. İki ildir ki, aliment ödəmir. Onda olan məlumata görə X7 yaşayır. Ona görə də qətnaməni icra etmir. Dəfələrlə icra şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin bir baba kimi öz nəvəsini saxlamaq vəzifəsi vardır. Çünki cavabdehin oğlu aliment ödəmir. Belə olan halda cavabdehdən aliment tutulması mümkündür. Övladının maddi yardıma ehtiyacı vardır. Övlad öz atasından maddi yardım ala bilmir. Bütün bunlar nəzərə alınmalı və cavabdehdən hər ay 170 manat aliment tutulub, xx xxxxx 2008-ci il təvəllüdlü Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməlidir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikahla oğlu X8 ilə evlənmiş, birgə nikahlarından xx xxxxx 2008-ci il tarixdə Cavabdeh Ruslan oğlu adında bir uşaqları olmuşdur. Tərəflərin arasında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Sonuncu dəfə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən oğlu X2 160 manat sabit pul məbləğində alimentin xx xxxxx 2008-ci ildə anadan olmuş nəvəsi Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Oğlu Ruslan hazırda Rusiya Federasiyasında yaşayır. O, İİ qrup əlildir və ona İİ qrup əlilliyə görə xx.xx.2021-ci ilədək 233,20 manat pensiya təyin olunmuşdur. O, qeyri-rəsmi nikahda bir qadınla ər-arvad münasibətlərində yaşayır. Pensiyadan başqa digər qazancı və gəliri yoxdur. 233,20 manat pensiyası onun dolanışığına və dərmanlarına çatmır. Ondan nəvəsinə aliment təyin olunması onun üçün ağır maddi məhrumiyyətlər yaradacaqdır. Həm də qanuna görə uşağı valideynləri; atası və anası saxlamalıdır. Onun oğlu Ruslandan nəvəsi Fikrətin saxlanması üçün iddiaçının xeyrinə məhkəmə qətnaməsi ilə artıq aliment tutulmuşdur. Belə olan halda ondan da təkrar alimentin tutulması tamamilə qanunsuz və əsasssızdır. İddiaçının ona qarşı aliment tələbinə dair iddiasını əsassız hesab edir. Ona görə də qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan Balakən rayon Püştətala kənd icra nümayəndəliyi tərəfindən xx xxxxx 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 055775 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Ruslan oğlu xx.xx.2008-ci ildə doğulmuş, atası X8, anası isə X5 yazılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli, 2(019)- 36/2011 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh X8 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixdə Balakən rayon VVADQ şöbəsində 158 sayla qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli, 2(019)-326/2011 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, X2 xx xxxxx 2008-ci il tarixdə doğulmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2011-ci il tarixdən hesablanmaqla hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-448/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli, 2(019)-326/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh X2 alınıb, İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2017-cı il tarixli, 2(019)-1236/2017 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-448/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh X2 xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-721/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(019)-1236/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət X15 Balakən rayon şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 2014 nömrəli arayışdan görünür ki, Cavabdeh İİ qrup əlil olmaqla, ona xx.xx.2021-ci ilədək 233.20 manat pensiya təyin olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2006-cı ildə Cavabdeh oğlu- X8 ilə nikaha girmiş, onların birgə nikahından xx xxxxx 2008-ci il tarixdə Cavabdeh Ruslan oğlu adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli, 2(019)-36/2011 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli, 2(019)-326/2011 nömrəli qətnaməsi ilə X2 xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2011-ci il tarixdən hesablanmaqla hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-448/2016 nömrəli qətnaməsilə xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli, 2(019)-326/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh X2 alınıb, İddiaçı xeyrinə tutulması qət edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2017-cı il tarixli, 2(019)-1236/2017 nömrəli qətnaməsilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-448/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh X2 xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-721/2019 nömrəli qətnaməsilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(019)-1236/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn (lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasını və inkişafını təmin etməyə borcludur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Yuxarıda sadalanan qanun normalarından görünür ki, uşaqları saxlamaq onları dünyaya gətirmiş valideynlərin borcudur. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsində göstərildiyi kimi, əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn (lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Qanun normasının mənasından görünür ki, nəvələrin aliment tələb etmək hüququnun əsasını yardıma ehtiyaclarının olması təşkil edir. Bura onların valideynlərindən yardım ala bilməmələri halları daxildir. Nəvələr öz valideynlərindən aliment aldıqda, lakin həmin vəsait onların ehtiyaclarını ödəmədikdə, onların öz baba və nənələrindən aliment tələb etmək hüquqları yoxdur. Belə ki, baba və nənənin öz nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəlidir və birinci növbəli borcluların (hazırki halda valideynlərin) öhdəliklərindən sonra tətbiq edilə bilər. Ailə Məcəlləsinin 89-cu maddəsinə görə baba və nənə öz nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun. Onların belə vəsaitinin olubolmamasını işin konkret hallarından asılı olaraq məhkəmə müəyyənləşdirir. Ailə Məcəlləsinin 89-cu maddəsində baba və nənələrin öz nəvələrini saxlamaq vəzifələri solidar (birgə) məzmunda müəyyən edilmişdir. Hesab edilir ki, tələbin hansı baba və yaxud nənəyə yönəldilməsindən asılı olmayaraq, məhkəmə ata və ya ana tərəfindən başqa baba və nənələri işə cəlb etməklə iddiaçı nəvənin xeyrinə hansı baba və yaxud nənədən aliment tutulmasının mümkünlüyünü, ya da hər birindən hansı miqdarda aliment tutulmasını müzakirə etməlidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin yuxarıda göstərilən müvafiq qətnamələri ilə xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin oğlu X2 alimentin tutulub, İddiaçı ödənilməsi qərara alınmış, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(019)-721/2019 nömrəli qətnaməsilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(019)-1236/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. Yəni uşağın saxlanması üçün alimentin ödənilməsi öhdəliyi uşağın atası Ruslan Süleymanovun üzərinə qoyulmuş və bu aliment məbləği 2019-cu il üçün uşaqlara görə yaşayış minimumu həddində-160 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə xx xxxxx 2008-ci il tarixdə anadan olmuş Cavabdeh Ruslan oğlunun öz atasından-Ruslan Süleymanovdan maddi yardım alması qət edilmişdir. Digər tərəfdən, işdəki sübutlardan görünür ki, uşağın babası olan Cavabdeh İİ qrup əlil olmaqla ayda cəmi 233,20 manat pensiya alır. İşdəki sübutlarla Cavabdeh başqa qazanca (gəlirə) malik olması müəyyən edilməmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, pensiyaçılar üçün isə 157 manat müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh digər qazancının (gəlirinin) müəyyən olunmadığı şəraitdə ayda aldığı 233,20 manat pensiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 iyun tarixli, 182 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında minimum istehlak səbətinin dəyərindən çox azdır. Göstərilənlərin işığında məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh öz nəvəsi Cavabdeh Ruslan oğluna aliment vermək üçün zəruri vəsaitə malik deyildir. Ona görə də ondan nəvəsini saxlamaq üçün alimentin tutulması Ailə Məcəlləsinin 89-cu maddəsinin tələblərinə uyğun olmamaqla əsassızdır. Bundan başqa, Ailə Məcəlləsinin 89-cu maddəsində nəvəni saxlamaq üçün alimentin konkret olaraq ancaq uşağın atasının atasından, yəni ata babasından tutulması halı təsbit edilməmişdir. Qanuna görə uşaq valideynlərindən maddi yardım ala bilmədiyi təqdirdə zəruri vəsaitə malik olan uşağın anasının atasından, yəni ana babasından da aliment tələb edilə bilər. Məhkəmə qeyd edir ki, aliment tələbi barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X16 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı, iş üzrə Cavabdeh zəruri vəsaitə malik olması və nəvəsi Cavabdeh Ruslan oğluna aliment ödəməli olmasını, bununla da cavabdehin nəvəsinə aliment ödəməsi üçün iş üzrə bütün faktoloji və hüquqi əsasların olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlər də iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-535/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-535/2020
27.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver