Məhkəmə qərarları › İş №2(019)-544/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-544/2020

24.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-544/2020 24.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 970 manat infilyasiya faizi və digər xərclərə çəkdiyi 1500 manat, cəmi 2470 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Hüşən oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh, ondan aldığı 3000 (üç min) manat pulun 6 illik inflyasiya faizi 970 (doqquz yüz yetmiş) manat, hasar üçün çəkdiyi 1000 (bir min) manat və qonşunun zəbt etdiyi 3 sot torpağın qaytarılması üçün çəkdiyi məhkəmə, ekspertiza və digər xərclərin -500 (beş yüz) manatın-cəmi 2470 ( iki min dörd yüz yetmiş) manat pulun ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək hasarın çəkilməsi ilə əlaqədar 700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2-ci qrup əlil, ankoloji xəstədir. xx xxxx 2014-cü il tarixdə Cavabdeh və onun ailə üzvlərinə məxsus 17.5 sot pay torpaq sahəsini almaq məqsədi ilə razılığa gələrək, Balakən rayonu, Katex kəndində onunla Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə torpağı alan tərəf o-İddiaçı, torpağı satan tərəf Cavabdeh və payçılar Hüşənova Sona, Hüşənova Münəvvər, Hüşənova Gülnur imzaları ilə 3000 AZN vəsaitin və 1 baş inəyin ( rəngi sarımtıl, çəkisi 250-280 kq, yaşı 4 və 1 aydan bala verəsi ) tam ödəndiyi üçün torpağın ona-İddiaçı verilməsini təsdiqləyirlər.Balakən Rayon Məhkəməsinin x xxx 2020-ci il tarixli 2(019)-220/2020 saylı qətnaməsinə əsasən iddiası qismən təmin olunmuş, cavabdehdən-Cavabdeh 3000 (üç min) manatın və 1200 (bir min iki yüz) manat dəyərində bir inəyin alınaraq ona verilməsinə qərar verilmişdir. Onun nəgd verdiyi 3000 manat pulun bu 6 il ərzində infılyasiya faizləri 970 (doqquz yüz yetmiş) manat edir. Əlavə olaraq o, torpağı alan zaman, torpaq sahəsi baxımsız, kol-kos içərisində və qonşu sərhədləri ilə hasar dağınıq vəziyyətdə olmuşdur. Bağın bugünki vəziyyətə gətirilməsi üçün, hasarının düzəldilməsi üçün 1000 (bir min) manat, həmçinin məhkəmə ekspertiza və digər xərclər üçün 500 (beş yüz) manat pul xərcləmişdir. Həmçinin torpağın bir hissəsi-3 sotu qonşu X7 tərəfindən tutulmuşdur. Cavabdeh onu aldadaraq əmisi-mərhum X4 məxsus 3 sot torpaq sahəsini və Hüşənov Manafa məxsus fındıq ağaclarını öz mülkiyyəti kimi təqdim etmiş və onu aldadaraq pulunu almışdır. Daha sonra alınmış torpaq sahəsini notarial qayda sənədləşməsini tələb etsə də cavabdeh bu tələbdən boyun qaçırmışdır. Ona görə o, göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçının iddia tələbi ilə razı deyildir, yalnız iddiaçıya hasarın çəkilməsi ilə bağlı 700 manat pul ödəməyə etiraz etmir. İddiaçının digər tələbləri əsassızdır. Onlar iddiaçının verdiyi puldan istifadə etmişlərsə, iddiaçı da onların torpağından istifadə etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-220/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat pulun və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inəyin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə və digər cavabdehlər X9, X5 və X6 münasibətdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bаlаkən rаyоnu Katex kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə məxsus 17,5 sot torpaq sahəsində olan 29 ağac fındıq bağı 3000 manat məbləğində pula və 1200 manat dəyərində bir baş inəyə İddiaçı satılmışdır.Torpaq sahəsini cavabdeh geri qaytarmış və Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-220/2020 nömrəli qətnaməsinə əsasən həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat pulun və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inəyin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə və digər cavabdehlər X9, X3 və X6 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdehə iddiasının torpaq sahəsinə görə verdiyi 3000 manat pulun altı illik infilyasiya faizi-970 manat tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kümü qanunverici etibarsız əqdlər üzrə tərəflərin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmasını müəyyən etmişdir. İş materiallarından isə görünür ki, İddiaçı torpaq sahəsinə görə Cavabdeh 3000 (üç min) manat pul və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək vermişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-220/2020 nömrəli qətnaməsinə əsasən isə Cavabdeh 3000 (üç min) manat pulun və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inəyin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Belə olan halda iddiaçı İddiaçı infilyasiyaya görə 970 manat pul tələb etməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda sözügedən müddətdə iddiaçı da cavabdehin torpaq sahəsindən istifadə edərək gəlir əldə etmişdir. Bu əsasa görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Torpaq sahəsinin kənarına hasar çəkilişinə görə-700 manat pul tələbini əsaslı hesab edən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçı tərəfindən çəkilən xərcin cavabdeh tərəfindən ona ödənilməməsi onun əsassız varlanmalarına səbəb olar . Belə ki, Mülki Məcəllənin 1091.1-1092.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. 500 manat ekspertiza və digər xərclərə görə tələbi də məhkəmə əsassız hesab edir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəllənin 21-ci mаddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı 500 manat ekspertiza və digər xərclərlə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh çəkilmiş hasara görə 700 manat və 30 manat məbləğində dövlət rüsumunun 8,40 manatı alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh çəkilmiş hasara görə 700 (yeddi yüz) manat və 30 manat məbləğində dövlət rüsumunun 8,40 manatı alınıb İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar