Məhkəmə qərarları › İş №2(019)-557/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-557/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-557/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi,İddiaçı X4 nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsfəndiyar oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 Nəsibhacı oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı X4 xeyrinə 19R000004490 saylı kredit razılışması və ona edilmiş əlavə sazişlər üzrə 710.98 manat kredit borcu, 452.89 manat faiz borcu, 564.7 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1728.57 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı X4 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 19L000003594 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 19R000004490 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4600 (dörd min altı yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 19R000004490S saylı, xx.xx.2016-cı il tarixli 19R000004490SA saylı, xx.xx.2017-ci il tarixli 19R000004490SB saylı, xx.xx.2017-ci il tarixli 19R000004490SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3889.02 manat ödəmiş, onun 710.98 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 788 gün üçün hesablanmış faiz borcu 452.89 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 788 gün üçün hesablanmış cərimə 564.7 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.Dəfələrlə borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı QSC-dən xx.xx.2014-cü ildə 24 ay müddətində aylıq faiz dərəcəsi 2.3333 faiz olmaqla hissə-hissə qaytarmaq şərti ilə 4600 manat məbləğində kredit almışdır. O, əvvəllər krediti hissə-hissə ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə banka olan kredit borcunu ödəyə bilməmişdir. Onun hər ay ödədiyi 20 manat faizə hesablanmışdır. Bank tərəfindən faiz və cərimə məbləğləri silinməlidir. O, banka olan əsas borcunu ödəyəcəkdir. Nəzərə alıb qanuni qətnamə çıxarılmamsını xahiş etdi. Cavabdeh X1 izahatında göstərdi ki, Cavabdeh1 bankdan kredit alarkən ona zamin olmuşdur. Maddi imkanı olmadığına görə krediti ödəyə bilməmişlər. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000003594 saylı kredit xətti müqaviləsinə əsasən, X2 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2014-cü il tarixli bağladığı 19R000004490 nömrəli kredit razılaşmasından görünür ki, Razılaşmanın 1.1-ci bəndinə əsasən bank məbləği 4600 manat olan krediti aylıq faiz dərəcəsi 2.3333 % olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən əsasən kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişlərdən görünür ki, tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 19R000004490S saylı, xx.xx.2016-cı il tarixli 19R000004490SA saylı, xx.xx.2017-ci il tarixli 19R000004490SB saylı, xx.xx.2017-ci il tarixli 19R000004490SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2014-cü il tarixli 19S000006359 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 12878 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 19R000004490 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə -710.98 manat əsas, 452.89 manat faiz borcu, 564.7 manat cərimə borcu olmaqla-cəmi 1728.57 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 19L000003594 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 19R000004490 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4600 (dörd min altı yüz) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 19R000004490S saylı, xx.xx.2016-cı il tarixli 19R000004490SA saylı, xx.xx.2017-ci il tarixli 19R000004490SB saylı, xx.xx.2017-ci il tarixli 19R000004490SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Onun 710.98 manat məbləğində kredit borcu, 452.89 manat faiz borcu qalmış, ona 564,70 manat cərimə hesablanmışdır.Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Cavabdeh2 İsfəndiyar oğlu zaminlik müqvilələsinə əsasən iddiaçı qarşısında öz üzərinə məsuliyyət götürmüş və Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İddiaçı QSC pretenziya qaydasına riayət edərək Cavabdeh1 və Cavabdeh2 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin borclular yenə də kredit borcunu ödəməmişlər.Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müracəit etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi 710.98 manat əsas və 452.89 manat faiz borcuna aid hissədə tam ödənməlidir. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, 710.98 manat əsas kredit borcu, 452.89 manat faiz borcu olduğu halda, 564.7 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 60 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 710,98 manat məbləğində kredit borcu, 452,89 manat məbləğində faiz borcu və 60 manat məbləğində cərimə olmaqla, cəmi 1223,87 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,30 manatı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 710,98 manat məbləğində kredit borcu, 452,89 manat məbləğində faiz borcu və 60 manat məbləğində cərimə olmaqla, cəmi 1223,87 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,30 manatı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar