Məhkəmə qərarları › İş №2(019)-560/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-560/2021

19.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-560/2021 19.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 Ziyəddinovnanın iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə1 Ziyəddinovnanın vasitəsilə Cavabdeh1 və X22 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(019)-1501/2016 saylı qətnaməsinə əsasən etibarsız sayılmış 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi nəticəsində iddiaçının məhrum olduğu 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikilinin (fərdi yaşayış evinin) dəyəri olan 50.000 (əlli min) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 Ziyəddinovna ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X22 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı hissədə Balakən Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(019)-1501/2016 saylı qətnaməsinə əsasən etibarsız sayılmış 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi nəticəsində iddiaçının məhrum olduğu 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikilinin (fərdi yaşayış evinin) dəyəri olan 50.000 (əlli min) manat pulun tutulmasına dair iddia tələbinin həcmini tam azaldaraq və həmçinin Cavabdeh1 hazırki iddia tələbinin həcmini 20000 manat hissədə azaldaraq, yalnız Cavabdeh1 Məhəməd qızından Balakən Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(019)-1501/2016 saylı qətnaməsinə əsasən etibarsız sayılmış 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi nəticəsində iddiaçının məhrum olduğu 0,15 ha həyətyanı torpaq sahəsinin dəyəri olan 30000 manat pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Balakən Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, X7, Balakən rayon Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ərazi idarəsinə qarşı iddia qaldıraraq, X2 adına verilmiş reyestr nömrəsi **********35 saylı çıxarışın ləğv edilməsi, Balakən rayon Dövlət Notariat Kontorunun torpaq sahəsinin İddiaçı X4 bağışlanmasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayon Dövlət Notariat Kontorunun 2V- 111 saylı, 05.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və bunun əsasında Cavabdeh1 və X3 adına 17 may 2016-cı il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2(019)-1501/2016 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia təmin edilmiş, ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X4 bağışlanmasma dair Balakən rayon Dövlət Notariat Kontorunda 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X2 adına 18 dekabr 2012-ci ildə verilmiş RX seriyalı ******* №-li **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Balakən rayon Dövlət Notariat Kontorunun 2V-111 saylı, 05.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və bunun əsasında Cavabdeh1 və X3 adına verilmiş 17 may 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli, **********87-10301 reyestr nömrəli daşmmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. X8 ilə "xxxx" QSC arasında bağlanmış 18 yanvar 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsi ilə götürdüyü kreditin təminatı olaraq həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" QSC-də ipoteka ilə yüklü edilmişdir. "xxxx" QSC tərəfindən də öz növbəsində, qeyd olunan əmlak üzərindəki ipoteka yüklülüyü 19 yanvar 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX serivalı 100815 nömrəli hüquqların dövlət qeydiyyatı haqqıında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. 18 yanvar 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsi və RX serivalı 100815 nömrəli hüquqların dövlət qeydiyyatı haqqıında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış qüvvədə olduğu üçün iddiaçı həmin əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilməmiş və nəticədə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z. Tahirov)13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2(019)- 1501/2016 saylı qətnaməsindən də göründüyü kimi, iddiaçının hazırda mülkiyyətində olan ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən məhrum olunmasının əsil təqsirkarları Cavabdeh2 və Cavabdeh1 olmuşdur. Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 50.000 (əlli min) manat ziyan dəymişdir. Qeyd olunan ziyanın 30.000 (otuz min) manat hissəsi 0,15 ha torpaq sahəsinin dəyəri, 20.000 (iyirmi min) manat hissəsi isə həmin torpaq sahəsində yerləşən tikilinin (fərdi yaşayış evinin) dəyəridir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, yalnız Cavabdeh1 Məhəməd qızından 0,15 ha torpaq sahəsinin 30000 manat dəyərinin tələb olunduğunu bildirərək, azaldılmış hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Balakən rayon Dövlət Notariat Kontorunun notarisu tərəfindən təsdiq olunmuş 29 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı adından etibarnamə üzrə nümayəndəsi ünvan 1ində qeydiyyatda olan Cavabdeh1 Məhəməd qızı tərəfindən İddiaçı ünvan 1i ünvanında yerləşən mülkiyyətində olan AR ƏMDK yanındakı DƏDRX Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* №-li Çıxarışla reyestr kitabının 189 nömrəli vərəqində qeydiyyata alınmış qeydiyyat tarixi 31.08.2007-ci olan 0,1886 ha torpaq sahəsinin 0,15 ha hissəsi X4 hədiyyə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 10.08.2016-cı il tarixli, 2(019)-1501/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı mülkiyyətində ünvan 1ində yerləşən 0,1886 ha həyətyanı tlorpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinin olması, həmçinin həmin torpaq sahəsinin yanında onun, Nümayəndə1 Ziyavəddin qızının və X9 ümumi birgə mülkiyyətində olan 0,0854 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, Cavabdeh1 onun qardaşı Həsənin arvadı, Ziyavəddinin isə Həsənin oğlu olması, qardaşı Həsən xəstə olduğundan İddiaçı özünə məxsus torpaq sahəsinin və evin alqı-satqısı, ona düşən pulun alınmasına dair qardaşı arvadı Cavabdeh1 etibarnamə verməsi, həmin etibarnamə, həmçinin X1 və X9 verdikləri etibarnamələr əsasında Cavabdeh1 0,0854 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2012-ci ildə X6 16000 manata satması, alqısatqının 26 fevral 2014-cü ildə Balakən rayon Notariat Kontorunda təsdiq edilməsi, Cavabdeh1 eyni zamanda İddiaçıvun ona verdiyi etibarnamədən istifadə edərək, sonuncunun mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1886 ha həyətyanı torpaq sahəsinin 0,15 hektarını əri Həsənə bağışlaması, bağışlama müqaviləsinin 29 sentyabr 2012-ci ildə reyestrdə 4Ə-467 nömrə ilə qeydə alınması, həmin bağışlama müqaviləsi əsasında 0,15 hektar həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin 18 dekabr 2012-ci ildə tam mülkiyyət hüququ ilə Həsən Uluxanovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, Həsən Uluxanovun 28 oktyabr 2015-ci ildə vəfat etməsi, ondan qalan miras əmlaka görə birinci növbəli vərəsələr olan X10 və X5 05 may 2016-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlak olan ünvan 1ində yerləşən ümumi sahəsi 109.4 kv/m olan fərdi yaşayış evi və 0,15 hektar torpaq sahəsində vərəsələrin paylarının bərabər müəyyən edilməsi, sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 109.4 kv/m olan fərdi yaşayış evi və 0,15 hektar torpaq sahəsinin hər birinə 1/2 hissə olmaqla 17 may 2016-cı ildə Cavabdeh1 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, iddiaçının Cavabdeh1 yalnız kənd təsərrüfatı təyinatlı torpağı satmağa icazə verdiyi, ümumiyyətlə ona bağışlama səlahiyyətini vermədiyini göstərməsi və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilib, onlara hüquqi qiymət verilərək, ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X4 bağışlanmasına dair Balakən rayon Dövlət Notariat Kontorunda 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X2 adına 18 dekabr 2012-ci ildə verilmiş RX seriyalı ******* nömrəli **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın, Balakən rayonu Dövlət Notariat Kontorunun 2V-111 saylı 05.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və bunun əsasında Cavabdeh1 və X3 adına verilmiş 17.05.2016-cı il tarixli RX seriyalı ******* nömrəli **********887-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(019)-47/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi və "xxxx" QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülüyə dair qeydiyyatın və həmin qeydiyyata dair çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 13 oktyabr 2021-ci il tarixli №93 nömrəli rəyində göstərilir ki, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 50000 (əlli min) manatdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 13 oktyabr 2021-ci il tarixli №93/1 nömrəli rəyində göstərilir ki, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsinin bazar qiyməti 30000 (otuz min) manatdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 13 oktyabr 2021-ci il tarixli №62 nömrəli hesab fakturasında göstərilir ki, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mulki-Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Dövlət Notariat Kontorunun notarisu tərəfindən təsdiq olunmuş 29 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsi ilə Rusiya Federasiyasının vətəndaşı İddiaçı adından etibarnamə üzrə nümayəndəsi ünvan 1ində qeydiyyatda olan Cavabdeh1 Məhəməd qızı tərəfindən İddiaçı ünvan 1i ünvanında yerləşən mülkiyyətində olan AR ƏMDK yanındakı DƏDRX Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* №-li Çıxarışla reyestr kitabının 189 nömrəli vərəqində qeydiyyata alınmış qeydiyyat tarixi 31.08.2007-ci olan 0,1886 ha torpaq sahəsinin 0,15 ha hissəsi X4 hədiyyə edilmiş, Balakən Rayon Məhkəməsinin 10.08.2016-cı il tarixli, 2(019)-1501/2016 nömrəli qətnaməsilə İddiaçı mülkiyyətində ünvan 1ində yerləşən 0,1886 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinin olması, həmçinin həmin torpaq sahəsinin yanında onun, Nümayəndə1 Ziyavəddin qızının və X9 ümumi birgə mülkiyyətində olan 0,0854 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, Cavabdeh1 onun qardaşı Həsənin arvadı, Ziyavəddinin isə Həsənin oğlu olması, qardaşı Həsən xəstə olduğundan İddiaçı özünə məxsus torpaq sahəsinin və evin alqı-satqısı, ona düşən pulun alınmasına dair qardaşı arvadı Cavabdeh1 etibarnamə verməsi, həmin etibarnamə, həmçinin X1 və X9 verdikləri etibarnamələr əsasında Cavabdeh1 0,0854 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2012-ci ildə X6 16000 manata satması, alqı-satqının 26 fevral 2014-cü ildə Balakən rayon Notariat Kontorunda təsdiq edilməsi, Cavabdeh1 eyni zamanda İddiaçı ona verdiyi etibarnamədən istifadə edərək, sonuncunun mülkiyyətində olan ünvan 1ində yerləşən 0,1886 ha həyətyanı torpaq sahəsinin 0,15 hektarını əri Həsənə bağışlaması, bağışlama müqaviləsinin 29 sentyabr 2012-ci ildə reyestrdə 4Ə-467 nömrə ilə qeydə alınması, həmin bağışlama müqaviləsi əsasında 0,15 hektar həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin 18 dekabr 2012-ci ildə tam mülkiyyət hüququ ilə Həsən Uluxanovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, Həsən Uluxanovun 28 oktyabr 2015-ci ildə vəfat etməsi, ondan qalan miras əmlaka görə birinci növbəli vərəsələr olan X10 və X5 05 may 2016-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlak olan ünvan 1ində yerləşən ümumi sahəsi 109.4 kv/m olan fərdi yaşayış evi və 0,15 hektar torpaq sahəsində vərəsələrin paylarının bərabər müəyyən edilməsi, sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 109.4 kv/m olan fərdi yaşayış evi və 0,15 hektar torpaq sahəsinin hər birinə 1/2 hissə olmaqla 17 may 2016-cı ildə Cavabdeh1 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, iddiaçının Cavabdeh1 yalnız kənd təsərrüfatı təyintalı torpağı satmağa icazə verdiyi, ümumiyyətlə ona bağışlama səlahiyyətini vermədiyini göstərməsi və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilib, onlara hüquqi qiymət verilərək, ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X4 bağışlanmasına dair Balakən rayon Dövlət Notariat Kontorunda 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X2 adına 18 dekabr 2012-ci ildə verilmiş RX seriyalı ******* nömrəli **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın, Balakən rayonu Dövlət Notariat Kontorunun 2V-111 saylı 05.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və bunun əsasında Cavabdeh1 və X3 adına verilmiş 17.05.2016-cı il tarixli RX seriyalı ******* nömrəli **********887-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. X8 ilə "xxxx" QSC arasında bağlanmış 18 yanvar 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsilə götürdüyü kreditin təminatı olaraq həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" QSC-də ipoteka ilə yüklü edilmiş, "xxxx" QSC tərəfindən də öz növbəsində, qeyd olunan əmlak üzərindəki ipoteka yüklülüyü 19 yanvar 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX serivalı 100815 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. 18 yanvar 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsi və RX serivalı 100815 nömrəli hüquqların dövlət qeydiyyatı haqqıında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış qüvvədə olduğu üçün iddiaçı həmin əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilməmiş və nəticədə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. "xxxx" MMC-nin 13 oktyabr 2021-ci il tarixli №93/1 nömrəli rəyi ilə ünvan 1ində yerləşən sözügedən 0,15 ha torpaq sahəsinin bazar qiyməti 30000 (otuz min) manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstiitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir; dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki iddia ilə bağlı məhkəmə onu da qeyd edir ki, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi ilə bağlı presedentlərində mülkiyyət hüququna müdaxilənin şərtləri öz əksini tapmışdır. Belə ki, bu müdaxilə qanunda nəzərdə tutulmalı, qanuni məqsədlər daşımalı, istifadə edilən vasitələr həmin məqsədlərə mütənasib olmalı və bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X18 zavodları Yunanıstana qarşı, X12rşı, Slivçenko Litvaya qarşı və s.) presedentlərində mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərin mövcudluğu ilə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən Mülki Məcəllənin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Mülki Məcəllənin 14.2.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, İddiaçı 0,15 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına müdaxilə (həmin mülkiyyətindən faktiki məhrum olunması) qanunda nəzərdə tutulmamış, qanuni məqsəd daşımamış, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarından məhrum olunması nəticəsində İddiaçı səmərəli və ağlabatan kompensasiya ödənilməmiş və nəticədə İddiaçı ağır maddi məhrumiyyətlərə məruz qalmışdır. İşin müəyyən olunmuş hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı həmin 0,15 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarından məhrum olunması nəticəsində İddiaçı həmin torpağın bazar qiymətini təşkil edən 30000 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı da 0,15 ha torpaq sahəsinə mülkiyyət hüquqlarından məhrum olunduğuna görə həmin torpaq sahəsinin dəyərini təşkil edlən 30000 manat maddi ziyanı Cavabdeh1 tələb edir. Həmin 30000 manat ziyan tələbi də əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsin əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(019)-1501/2016 saylı qətnaməsinə əsasən etibarsız sayılmış 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi nəticəsində iddiaçının məhrum olduğu 0,15 ha həyətyanı torpaq sahəsinin dəyəri olan 30000 (otuz min) manat pul Cavabdeh1 tutularaq, İddiaçı ödənilməlidir. Həmçinin iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iş üzrə 150 manat mütəxəssis xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun; Balakən Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(019)- 1501/2016 saylı qətnaməsinə əsasən etibarsız sayılmış 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi nəticəsində iddiaçının məhrum olduğu 0,15 ha həyətyanı torpaq sahəsinin dəyəri olan 30000 (otuz min) manat pul Cavabdeh1 tutularaq, İddiaçı ödənilsin;hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin; Cavabdeh1 iş üzrə 150 manat mütəxəssis xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar