Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-594/2021 24.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq cavabdeh X1 əsas borca görə 463.47 manat, faiz borcuna görə 5, 17 manat, cəmi 468.64 manat kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu xərcinin iddiaçı “İddiaçı" ASCnin xeyrinə tutulması və 19.09.2019-cu il tarixli, 49-19-23-098358 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı" ASC ilə cavabdeh X2 arasında 30.10.2014-cü il tarixli, QT-626 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə qaytarılmaq şərti ilə 1100 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "İddiaçı" ASC arasında 19.09.2019-cu il tarixli, 49-19-23-098358 saylı kredit müqaviləsi bağlanmış, sonuncuya 463.47 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş,üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində “İddiaçı" ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək göstərdi ki, iddiaçı “İddiaçı" ASC ilə 30.10.2014-cü il tarixli, QT-626 saylı kredit müqaviləsi bağlanmış və 24 ay müddətinə qaytarılmaq şərti ilə 1100 manat məbləğində kredit götürmüşdür. Onun iki ay ödənməmiş kredit borcu qalmışdır. Lakin ona faizlər hesablayaraq borcunun 463.47 manat təşkil etdiyi bildirilmişdir. Sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən onun borcu restruktruzasiya olunmuş, onunla "İddiaçı" ASC arasında 19.09.2019-cu il tarixli, 49-19-23-098358 saylı kredit müqaviləsi bağlanmışdır. O, həmin vaxt da öz etirazını bildirmiş, lakin ona bildirmişlər ki, onun qalıq borcu 463.47 manat təşkil edir. Ona görə də o krediti ödəməmişdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 30.10.2014-cü il tarixli QT-626 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə, 463.47 məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü maddəsinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 mart 2021-ci il tarixli MİN/21 nömrəli arayışdan görünür ki, 19 sentyabr 2019-cu il tarixli №49-19-23-098358 saylı kredit müqaviləsi üzrə 04 mart 2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə əsas borcu 463.47 manat, faiz borcu 5.17 manat olmaqla cəmi borcu 468.64 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı " İddiaçı" ASC ilə cavabdeh X2 arasında 30.10.2014-cü il tarixli, QT-626 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə qaytarılmaq şərti ilə 1100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcunu vaxtında ödəməmiş, onun həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "İddiaçı" ASC arasında 19.09.2019-cu il tarixli, 49-19-23-098358 saylı kredit müqaviləsi bağlanmış, sonuncuya 463.47 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla kredit verilmişdir. Cavabdeh kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmiş və kreditor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdeh 04 mart 2021-ci il tarixə İddiaçı ASC-nə əsas borcu 463.47 manat, faiz borcu 5.17 manat olmaqla cəmi borcu 468.64 manat təşkil edir. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, lakin borclu yenə də kredit borcunu ödəməmişdir.Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.09.2019-cu il tarixli ,49-19-23-098358 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 463.47 manat əsas borc, 5.17 manat faiz borcu olmaqla cəmi 468.64 manat kredit borcu və 20 manat dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.09.2019-cu il tarixli ,49-19-23- 098358 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 463.47 manat əsas borc, 5.17 manat faiz borcu olmaqla, cəmi 468.64 manat kredit borcu və 20 manat dövlət rüsumu xərci alınıb iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-594/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-594/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver