Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-597/2021 12.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh oğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borcu 1203.48 ABŞ dolları, faiz borcu 950.75 ABŞ dolları, cəmi 2154.23 ABŞ dollarının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 05.10.2015-ci il tarixdə № 51-15-11-042568 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 27 % olmaqla 36 ay müddətinədək 3908 ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh tərəfindən 05.10.2015-ci il tarixdə № 51-15- 11-042568 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Belə ki, 05.10.2015-ci il tarixdə № 51-15-11-042568 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən borcalan müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.15 % miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 54 % miqdarında cərimə faiz ödəyir.05.10.2015-ci il tarixdə № 51-15-11-042568 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı Əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir.14.04.2021-ci il tarixli maliyyə arayışına əsasən,Cavabdeh 15.04.2021-ci il tarixinə MuğanBank” ASC -yə əsas borcu 1203.48 ABŞ dolları, faiz borcu 950.75 ABŞ dolları, cəmi 2154.23 ABŞ dolları təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İdarə heyətinin sədri E..Həsənov məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ASC ilə kredit müqaviləsini dollarla bağlamış, lakin pul ona manatla verilmişdir.İddia ərizəsinə əlavə edilmiş İddiaçı ASC-nin Zaqatala filialının müdiri X2 05 oktyabr 2015-ci il tarixli ərizəsində ona şəxsi məqsədlər üçün 36 (otuz altı) ay müddətinə, 3908 (üç min doqquz yüz səkkiz) ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. Ərizəni verib 05 oktyabr 2015-ci il tarixdə illik 27% olmaqla 36 ay müddətinə ödəmək şərti ilə 3908 dollar götürmək üçün İddiaçı ASC ilə 51-15-11-042568 nömrəli kredit müqaviləsi bağlamışlar. Müqavilə imzalanmış və təsdiq edilmişdir. Kredit müqaviləsi üzrə ayrılmış 3908 ABŞ dollar ona verilincə əvvəl iddiaçı olan Bank, ona banka 200 AZN xidmət haqqı, 204 AZN sığorta haqqı, 195.40 ABŞ dolları adı ona məlum olmayan bir əməliyyat və 39.08 ABŞ dolları miqdarında nəğd pulun çıxarılması üçün komissiya (xidmət haqqı) cəmi 404 AZN və 234.48 ABŞ dolları bankın kassasına ödətmişlər. Kredit müqaviləsi imzalanıb ona dollarla pulun verilməsi mərhələsindən başlayaraq iddiaçı olan İddiaçı ASC tərəfindən Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 5.2.1 və 5.2.2-ci bəndləri üzrə şərtləri pozulmuşdur.Borcverən tərəfindən ssuda hesabına köçürülmüş 3908 ABŞ dollarının verilməsi üçün kassaya müraciət etmiş, kassir olan kişi ona ayrılmış 3908 dolları manat ilə vermişdir. O, kassirə kredit müqaviləsini dollar verilməsi üçün bağladığını bildirmiş, kassir ona demişdir ki müdir qoymur dollar ilə kredit verməyə. Belə olan halda kassanın qarşısında səs küy yaratmış,mübahisə baş vermişdir.Qışqır-bağır səslərinə sənədlərini tərtib edən Ruslan gəlmiş, ona demişdir ki, manatla pulu götür, sonra razılığa gələrik. Onun manatla pulu götürməyi kassaya yerləşdirilmiş kameraya da düşmüşdür. 3908 dolların əvəzinə ona 4103 manat verilmişdir. O,sənədlərini tərtib edən Ruslana bildirmişdir ki, cədvəldə qeyd edilmiş 159.54 dollarla ödənişini edəcəkdir. Dolların kursu qalxdığı halda da o, 105 manat kurs ilə kreditini ödəyəcəkdir. Pensiya kartını da onlara vermiş və bildirmişdir ki, pensiyadan deyilən məbləğdə pulunu tutsunlar. 2015-ci ilin oktyabr və noyabr aylarında 160 ABŞ dolları ilə kreditini ödəməyə başlamışdır.2015-ci ilin dekabr ayının əvvəllərində dolların kursu qalxmışdır. Zaqatala filialından ona zəng edib demişlər ki, “dolların kursu qalxıb, dekabr ayında krediti ödəmə” və soruşmuşlar ki, Qarabağda hansı torpaqların azad edilməsində vuruşmusan.Cavab vermişdir ki, Aranzəmin, Pircamalı, Naxçıvanik, Ağbulaq və Xankəndi yoluna qədər ərazinin düşməndən azad edilməsində vuruşmuşdur. Ona demişlər ki, “2016-cı ilin yanvarından kreditini 100 dollar hesabı ilə milli pulla 170 manatdan ödəyərsən. Pensiya kartını da gəl götür. Qarabağ müharibəsi veteranısan sənə güzəşt etməliyik”. Pensiya kartını götürmüşdür. İddiaçı ASCin Zaqatala filialının rəhbərliyi ilə 2016-cı ilin yanvarından-2018-ci ilin oktyabr ayınadək milli valyuta ilə (manatla) kreditin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. 2016-cı ilin 01 yanvar tarixindən kredit borcunu milli manatla ödəmişdir. Etiraza əlavə edilən ödəniş qəbzləri və cədvəllər də bunu təsdiq edir. Razılaşma əsasında 2016-cı ilin yanvar ayından manat ilə kreditin qaytarılmasını tam olaraq həyata keçirmişdir. Razılaşma olmasa idi bank buna etiraz edər və ona rəsmi qaydada xəbərdarlıq edərdi ki, krediti dollarla ödə. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş kreditin qaytarılması ilə bağlı 15 aprel 2021-ci il tarixli arayış da qeyd edilənlər rəsmi ödəniş cədvəllərinə əsasən tərtib edilməyib, bankın əməkdaşlarının öz mülahizələrinə uyğun olaraq hazırlanmış cədvəldir. Həmin cədvəldə kredit borcuna görə 2493.18 dollar faiz tutulması mümkün deyil. Həmin cədvəldəki faiz dərəcələrini qəbul etmək belə mümkün deyil. Qeyd edlənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 05.10.2015-ci il tarixli 51-15-11-042568 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 27 % ödəmək şərti ilə, 3908 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2021-ci il tarixli 9/4367 nömrəli ekspert rəyindən görünür ki; rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.10.2015-ci il tarixli, 51-15-11-042568 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; Müqavilə bitən müddətə yəni 05.10.2018-ci il tarixinə əsas borc üzrə — 2526,08 ABŞ dolları; faiz borcu üzrə — 4068,75 ABŞ dolları; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.10.2015-ci il tarixli, 51-15-11-042568 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; 15.04.2021-ci il tarixinə olan əsas və faiz borcu; Əsas borc üzrə-----1203,58 ABŞ dolları; Faiz borcü üzrə---4715,07 ABŞ dolları; 4068,75+646,32 Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçıASC-nin Zaqatala filialı ilə Cavabdeh arasında bağlanmış 05.10.2015-ci il tarixli 51-15-11-042568 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 27 % ödəmək şərti ilə, 3908 ABŞ dolları məbləğində kredit verilmişdir.İddiaçı, İddiaçıASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmiş, lakin Cavabdeh 05.10.2015-ci il tarixdə № 51-15- 11-042568 saylı Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilməmişdir. Cavabdeh 15.04.2021-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 1203.48 ABŞ dolları, faiz borcu 950.75 ABŞ dolları olmaqla cəmi borcu 2154.23 ABŞ dolları məbləği təşkil edir. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, lakin borclu yenə də kredit borcunu ödəməmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi faiz borcuna aid hissədə isə təmin edilməməlidr. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi 05.10.2015-ci il tarixdə bağlanmışdır. Həmin müqaviləyə əsasən,Cavabdeh şəxsi məqsədləri üçün illik 27 % olmaqla 36 ay müddətinədək 3908 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsinə baxmayaraq İddiaçıASC əsassız olaraq Cavabdeh faiz hesablamışıdr. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının 5-ci bəndində Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Fərmanın 8.9-cu bəndində müəyyən edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi faiz borcuna aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərdən iddia tələbinin təmin edilən hissəsinə uyğun tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas kredit borcuna görə 1203.48 ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 16,80 manatı alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumu xərcinin 13,20 manatı iddiaçının özünə aid edilməlidir. 100 manat ekspertiza xərcinin 56 manatı Cavabdeh , 44 manatı isə İddiaçı-ASC-dən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas kredit borcuna görə 1203.48 ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 16,80 manatı alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu xərcinin 13,20 manatı iddiaçının özünə aid edilsin. 100 manat ekspertiza xərcinin 56 manatı Cavabdeh , 44 manatı İddiaçı-dan tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-597/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-597/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver