Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-600/2020 24.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1028 manat əsas, 140.03 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.70 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınıb, iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 27 ay müddətinə illik 22% ödəmək şərtilə 1028 manat məbləğində kredit verilmişdir. «xxxx» KB ASC ilə Cavabdeh arasında bir neçə kredit müqaviləsi olmuşdur. Müştərinin xx.xx.2018-ci il tarixli, 3018sSUM/18 saylı və xx.xx.2018-ci il tarixli, 2549Ssum/18 saylı kreditinin ödənilməsində maddi çətinliyi yaranmış, banka müraciət edərək, ona yeni kredit verilməsini və bu kredit hesabına gecikmədə olduğu kreditin bağlanmasını xahiş etmişdir. Müştərinin xahişinə uyğun olaraq ona xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı müqavilə üzrə yeni kredit verilmiş və verilmiş yeni kredit hesabına müştərinin gecikmədə olan krediti bağlanmışdır. Yəni bankın pulu hesabına cavabdehin digər krediti bağlanılmış və bu əməliyyat bir hesabda olan pulun digər hesaba köçürülməsi ilə baş vermişdir. Qeyd edilən prosedur, yəni əvvəlki kreditin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Bundan başqa müqavilənin 1.3-cü bəndindən də göründüyü kimi, xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı kredit müqaviləsi xx.xx.2018-ci il tarixli, 3018sSUM/18 saylı və xx.xx.2018-ci il tarixli, 2549Ssum/18 saylı kredit müqavilələrinin bağlanılması (xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 1028 manat əsas, 140.03 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.70 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınıb iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxx» X2 Səhmdar Cəmiyyətindən istehlak məqsədləri üçün 27 ay müddətinə 1028 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən «xxxx» X2 Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, UB-BANK/PİKMD/904840 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx xxxx 2020-ci il tarixinə «xxxx» X2 Səhmdar Cəmiyyətinə 1028 manat əsas, 140.03 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170,70 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədən kənar qaydada məktub göndərilməklə Cavabdeh borcunun ödənilməsi tələb edilmiş, lakin həmin borc ödənilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4183 saylı rəyindən görünür ki, Cavabdeh«xxxx» X2 Səhmdar Cəmiyyətinə olan borcu xx xxxx 2020-ci il tarixə əsas borc üzrə 1028.00 manat və faiz borcu üzrə 139.47 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/4183 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin iddiaçı banka əsas borc və faiz borcu barədə xx xxxx 2020-ci il tarixli, UB-BANK/PİKMD/904840 nömrəli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4183 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, tədqiqat metodlarına əsaslanmaqla daha obyektiv olduğundan bu xüsusda məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4183 saylı rəyi əsas götürülməli və cavabdehin iddiaçya olan əsas borcu 1028 manat və faiz borcu 139,47 manat qəbul olunmalıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, «xxxx» X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 27 ay müddətinə illik 22% ödəmək şərtilə 1028 manat məbləğində kredit verilmişdir. «xxxx» KB ASC ilə Cavabdeh arasında bir neçə kredit müqaviləsi olmuşdur. Müştərinin xx.xx.2018-ci il tarixli 3018sSUM/18 saylı və xx.xx.2018-ci il tarixli 2549Ssum/18 saylı kreditinin ödənilməsində maddi çətinliyi yaranmış, banka müraciət edərək ona yeni kredit verilməsini və bu kredit hesabına gecikmədə olduğu kreditin bağlanmasını xahiş etmişdir. Müştərinin xahişinə uyğun olaraq ona xx.xx.2019-cu il tarixli 2345nkSUM/19 saylı müqavilə üzrə yeni kredit verilmiş və verilmiş yeni kredit hesabına müştərinin gecikmədə olan krediti bağlanmışdır. Yəni bankın pulu hesabına cavabdehin digər krediti bağlanılmış və bu əməliyyat bir hesabda olan pulun digər hesaba köçürülməsi ilə baş vermişdir. Qeyd edilən prosedur, yəni əvvəlki kreditin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Bundan başqa müqavilənin 1.3-cü bəndindən də göründüyü kimi xx.xx.2019-cu il tarixli, 2345nkSUM/19 saylı kredit müqaviləsi xx.xx.2018-ci il tarixli, 3018sSUM/18 saylı və xx.xx.2018-ci il tarixli, 2549Ssum/18 saylı kredit müqavilələrinin bağlanılması (xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. Borcalan dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmiş, cavabdehin iddiaçıya 1028 manat əsas borc və 139,47 manat faiz borcu yaranmış və ona 2.67 manat cərimə növündə dəbbə pulu hesablanmışdır. Həmçinin hazırki iddianın qaldırılması üçün iddiaçı 30 (otuz) manat dövlət rusumu ödəmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdeh tərəf həqiqətən də xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 1028 manat əsas borc və 2.67 manat cərimə tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 140.03 manat faiz tələbindən 139.47 manat faiz tələbi əsaslıdır və təmin olunmalıdır, iddia bu 139.47 manat faiz tələbindən yuxarı faiz tələbi hissəsində isə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə 1028 manat əsas, 139.47 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.14 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 29.99 manat məbləğində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza məhkəmənin təşəbbüsü ilə keçirildiyi üçün iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,00 manatdan 72.50 manat Cavabdeh və 72.50 manat iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətindənalınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə 1028 manat əsas, 139.47 manat faiz və 2.67 manat cərimə olmaqla, cəmi 1170.14 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 29.99 manat dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin edilməsin; iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,00 manatdan 72.50 manat Cavabdeh və 72.50 manat iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-600/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-600/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver