Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-600/2021 26.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı və Cavabdeh Xalik oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək yetkinlik yaşına çatmayan 15.09.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılması, Cavabdeh hər ay 150 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki,Balakən Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli 2(019)-407/2013 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin həmin qətnamə ilə cavabdehdən birgə nikahlarından doğulmuş 15.09.2012-ci il təvəllüdlü X1 üçün 50 manat məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Aliment çox az təyin edilmiş, o, müəyyən səbəblərdən alimentin azlığı ilə bağlı apellyasiya şikayəti verə bilməmişdir. Hal-hazırda X5 9 yaşı var. Balakən Rayon Məhkəməsinin çıxardığı qətnamədə qeyd olunmuş məbləğ uşağın heç bir tələbatını ödəmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə məsrəfləri artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minumumu da dəyişdirilmiş və 2021-ci il üçün 175 manat müəyyən edilmişdir. Cavabdeh heç qətnamədə qeyd olunan alimenti də vaxtlı vaxtında ödəmir, onun 550 manat borcu yaranmışdır. Lakin buna baxmayaraq cavabdeh evlənmişdir və 2 uşağı vardır. Uşağın bütün ehtiyacları tamamilə onun üzərinə düşür. Uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı heç bir qayğı və diqqət göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə nıüraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2011-ci ilin sentyabr ayında rəsmi nikah bağlamadan iddiaçı İddiaçı ilə evlənmiş, nikahlarını isə 18 noyabr 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 sentyabr 2012-ci ildə X8 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyir.Onun həmin məbləğdən artıq aliment ödəmək imkanı yoxdur.Belə ki, o,başqa qadınla evlənmiş,həmin nikahından iki azyaşlı uşağı vardır. Arvadı üçüncü uşağa hamilədir. Həmçinin anası xəstədir, əməliyyat olunmalıdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 984680 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X6 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 248706 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında olan nikah ləğv edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli 2(019)- 407/2013 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 iddiasının qismən təmin edilməsi, Cavabdeh 01 iyul 2013-cü il tarixdən başlayaraq 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 iyun 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 289710 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 aprel 2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 qızı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 532992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13 noyabr 2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 qızı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 705 nömrəli tibbi arayışdan görünür ki, X3 4 həftəlik hamilədir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı X6 Cavabdeh ilə 29 sentyabr 2011-ci il tarixdə rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını 18 noyabr 2011-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 288 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 sentyabr 2012-ci ildə X8 adında bir uşaqları olmuşdur. Tərəflərin arasında olan nikah pozulmuş və Balakən Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli 2(019)- 407/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh 01 iyul 2013-cü il tarixdən başlayaraq 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi , iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Cavabdeh oğlunun digər nikahından da iki azyaşlı uşağı vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilməməsini, cavabdehin öhdəsində digər nikahından da iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli 2(019)-407/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli 2(019)-407/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-600/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-600/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver