Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-611/2020 04.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(019)-976/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdeh X3 xx xxxx 2010- cu il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat-cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən şəhəri Fizuli küçəsi, dalan 3, ev 16-da yaşayır. xx xxxxxx 2009-cu rəsmi nikahla Balakən şəhər sakini Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından xx xxxx 2010-cu ildə X6 və xx xxxxxx 2011-ci ildə isə X8 adında iki uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar cavabdehdən ayrılmış və aralarında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda o, uşaqlarla birlikdə atası evində yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(019)- 976/2016 nömrəli qətnaməsi ilə həmin məhkəmənin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş və xx xxxx 2016-cı il tarixli qətnaməyə əsasən himayəsində olan xx xxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 (manat) sabit pul məbləğində alimentin alınıb mənə verilməsi qət edilmişdir. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdeh də onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır və uşaqlara baxmaq onun da vəzifəsidir. Ancaq Cavabdeh uşaqlara ödədiyi alimentlə uşaqlara baxmaq onun üçün çox çətindir. Məhkəmə qətnaməsi ilə təyin olunan alimentin məbləği isə uşaqların aylıq ehtiyaclarını ödəmir. Uşaqlar məktəbdə oxumaqla onları tələbatları da çoxalımış və o, aldığı əmək haqqı ilə uşaqların tələbatlarını ödəyə bilmir. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(019)-976/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdeh X3 xx xxxx 2010- cu il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat-cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək anasının ölümü ilə bağlı xx.xx.2020-ci il tarixə saat 12:00-a keçiriləcək məhkəmə iclasına gələ bilməyəcəyini, iddianı müdafiə etdiyini göstərərək, məhkəmə iclasını iştirakı olmadan keçirib, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iki uşağa hər ay 235 manat pul ödəyir. Pulu hər ay mütəmadi ödəyir. O, heç bir yerdə işləmir, ürək xəstəsidir, mütəmadi Gürcüstan Respublikasında hər il müalicə alır, ağır işə yaramır. Alimenti də atasının pensiyasından ödəyir. Atası da 3 il ərzində 2 dəfə ağır ürək cərrahiyə əməliyyatı keçirmişdir, eyni zamanda ayaq damarlarında qan işləmədiyi üçün ürək əməliyyatından sonra ayaq cərrahiyyə əməliyyatı keçirmişdir. 2-ci qrup əlildir, onun da işləmək qabiliyyəti yoxdur. Atasının cərrahiyyə əməliyyatı üçün dövlətdən 12 min manat və qohumlardan müəyyən məbləğ pul götürmüşlər. Həmin məbləği ödəmək üçün anası və iki bacısı işləmək üçün Bakıya getmişdir. Hal-hazırda onlar Bakıda işləməklə borcları ödəyirlər və xeyli ödəniləsi borcları vardır. Atasına və ona müalicə üçün hər ay 150 manat dava-dərmana pul lazımdır. Hazırda onun himayəsində həyat yoldaşı və 2 uşaq vardır. Yoldaşı 3-cü uşağa hamilədir. Yoldaşı yemçilik müəsisəsində işləməklə sosial tutulduqdan sonra 230 manat maaş alır. Həmin əmək haqqı ilə o, yoldaşı və 2 uşaq güclə dolanırlar. Onun əmək haqqısı yavan çörəyə belə çatmır. Xəstə atasının bütöv pensiyasını cavabdehə ödəyir. Özləri isə quru çörəklə dolanırlar. Arada bu yoldaşının anası və digər qohumları onlara əl tutur. Ondan aliment tələb edən İddiaçı atasından qalma "Ford" markalı marşurutda işləyən maşın vardır ki, hər ayda maşından 600 manat arenda pulu alır. Marşurut anasının adındadır. Bundan əlavə sosial yardım alır. Özu işləyir, əmək haqqı alır. Anası pensiya alır. Ailədə 4 nəfər olmaqla ailəyə 1300 manatdan çox aylıq pul gəlir. Onların evində isə hazırda 235 manat atasının pensiyasını uşaqlara ödəyir. Yoldaşının 230 manat əmək haqqısı ilə xəstə atası, özü, yoldaşı və iki uşaq yaşayırlar .Bakıdakı anası və bacısı günə muzd işləməklə kreditləri, özlərinin Bakıda kirə haqqını və yeməklərini güclə ödəyirlər. Onun- imkanı olsa uşaqlarına məhkəmə olmadan da əlavə pul ödəyərdi. Hazırda atasına məxsus evdə yaşayır. İddiaçı az müddətdə evinə 4 min manat dəyərində 'atapleniya ", 3500 manat dəyərində yol qapısı və evində digər bahalı təmir işləri gördürmüşdür, imkanı var edir. Hazırda ondan dəfələrlə yaxşı vəziyyətdə yaşayır İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(019)-506/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 184 saylı qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(019)-276/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh Adi oğlundan xx xxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxx 2010-cu ildə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir . İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)-894/2017 nömrəli qərarın surətindən görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1103/2016 nömrəli iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilmiş, xx xxxx 2010-cu ildə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutulub İddiaçı verilməli olan alimentin məbləği hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 454639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791363 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 noyabr 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı Murtiuzəli qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 5 saylı ƏMHM-i tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 249 nömrəli arayışdan görünür ki, İddiaçı Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində müəllimə işləyir və onun əmək haqqı 120 (bir yüz iyirmi) manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2014-cü-ci il tarixdə verilmiş AZ-İ seriyalı 931311 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx xxxx 2014-cü il tarixdə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 716994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2016-cı ildə anadan olmuş, atası Mahmudov amir Adil oğlu, anası X5 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi dairəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 1895 nömrəli arayışdan görünür ki, X10 heç bir idarə, təşkilat və müəssisədə işləmir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı qızı xx xxxxxx 2009-cu ildə rəsmi nikah bağlamaqla Cavabdeh ilə evlənmiş, onların birgə nikahlarından xx xxxx 2010-cu ildə X6 və xx xxxxxx 2011-ci ildə X7 adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(019)-506/2013 nömrəli qətnaməsi ilə tərəflərin arasında olan nikahın pozulması qət edilmişdir. Sonra Balakən Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(019)-276/2013 nömrəli qətnaməsinə əsasən xx xxxx 2010-cu ildə X6 və xx xxxxxx 2011-ci ildə X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 93 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)- 894/2017 nömrəli qərarı ilə alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat müəyyən edilmişdlir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Republikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluqonun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini, cavabdehin digər nikahdan da iki uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)- 894/2017 nömrəli qərarı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2010-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)-894/2017 nömrəli qərarı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2010-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-611/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-611/2020
04.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver