Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-617/2021 04.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 67.53 (altmış yeddi manat 53 qəpik) manat əsas, 81.53 (səksən bir manat 53 qəpik) manat faiz, 1375.17 (bir min üç yüz yetmiş beş manat 17 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.31 (on manat 31 qəpik) manat faiz borcu, cəmi 1534.54 (bir min beş yüz otuz dörd manat 54 qəpik) manat borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 22 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 1000 (bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 iyul 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə.,və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.07 mart 2017-ci il tarixli əlavə sazişə əsasən, Borcalanın kreditor qarşısındakı 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent) USD təşkil edən kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD=1.45 beş manat 06 qəpik) 215.06 (iki yüz on beş manat 06 qəpik) AZN təşkil edir. Restrukturizasıya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent) USD əsas borc, 117.44 (bir yüz on yeddi ABŞ dolları 44 sent) USD faiz borcu və 13.47 (on üç ABŞ dolları 47 sent) USD cərimə borcu təşkil edir. Əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) faiz ödənilir və kreditin müddəti 07.04.2018-ci il tarixədək uzadılır. 07 mart 2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır.Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********666 saylı 15.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 01.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 1534.54 (bir min beş yüz otuz dörd manat 54 qəpik) manat təşkil edir. Bundan 67.53 (altmış yeddi manat 53 qəpik) manat əsas, 81.53 (səksən bir manat 53 qəpik) manat faiz, 1375.17 (bir min üç yüz yetmiş beş manat 17 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.31 (on manat 31 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iddia tələbinin təmin edilməsi və bütün məhkəmə baxışı iclaslarını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Qasımov Asim Süleyman oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı LPO "xxxx" ASC ona qarşı "kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair" iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş hazırda məhkəmənin icraatındadır. İddiaçı LPO "xxxx" ASC hazırki işdə haqlı olsa belə, kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qeyd olunanları nəzərə alaraq iddiaçı LPO "xxxx" ASC ona qarşı "kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair" iddiasının iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçirməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC ilə Cavabdeh1 arasında 22 iyul 2015-ci il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 12 ay müddətinə , illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 1000 (bir min) ABŞ dolları məbləğində kredit almışdır. Kredit müqaviləsinin 4.1.5-cı bəndinə əsasən kreditorun müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti,hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etməyə hüququ vardır İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyul 2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 iyul 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 mart 2017-ci il tarixli ********* saylı, 22.07.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 1 nömrəli Əlavə Sazişdən görünür ki,Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilmişdir: -Borcalanın Kreditor qarşısındakı 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent) USD təşkil edən kredit öhdəliyinin qalığının əsas borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD= 1.45 AZN) 215.06 (iki yüz on beş manat 06 qəpik) AZN təşkil edir. -Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent) USD əsas borc, 117.44 (bir yüz on yeddi ABŞ dolları 44 sent) USD faiz borcu və 13.47(on üç ABŞ dolları 47 sent) USD cərimə borcu təşkil edir. -Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra 12(on iki) aydan sonra ümumi gecikmə günlərinin sayı 30 (Otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə gecikmə günlərinin sayı 30(otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. -Borcalan krediti 12 ay müddətindən,tez bağlayarsa annuitet üzrə 12 ay ərzində olan faizləri ödəməlidir. - Restrukturizasiya edilmiş kreditin müddəti 07.04.2018-cu il tarixədək uzadılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 mart 2017-ci il tarixli ********* saylı, 22.07.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə 1 nömrəli Əlavə Sazişdən görünür ki; 1.1 Borcalanın Kreditor qarşısındakı 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent) USD təşkil edən kredit öhdəliyinin qalığının əsas borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD= 1.45 AZN) 215.06 (iki yüz on beş manat 06 qəpik) AZN təşkil edir. 1.1.1. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent)USD əsas borc, 117.44 (bir yüz on yeddi ABŞ dolları 44 sent) E1SD faiz borcu və 13.47(on üç ABŞ dolları 47 sent) USD cərimə borcu təşkil edir. 1.2.Restrukturizasiya edilmiş kredit müddəti 07.04.2018-ci il tarixədəkdir. İşdə olan 16 mart 2021-ci il tarixli **********880 nömrəli arayışdan görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2017-ci il tarixli KM005T03170031S01 saylı kredit müqaviləsi üzrə 01 fevral 2021-ci il tarixinə yaranmış tələb-müqavilə üzrə əsas borc-67,53 manat; müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər-81.53 manat; müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə-1375.17 manat; AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi-5%,gecikdirilimiş vaxt üçün hesablanmış faiz məbləği 10.31 manat; müqavilənin tələbləri əsasında yaranmış ümumi borc-1534.54 manat təşkil edir. Məhkəmə,iş üzrə toplanmış sübutları əlaqəli şəkildə tədqiq edib aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir ki, iddia müddəti tətbiq olunmaqla iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı arasında bağlanmış 22 iyul 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 1000 (bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 iyul 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.Zamin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 07 mart 2017-ci il tarixli əlavə sazişə əsasən, Borcalanın kreditor qarşısındakı 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent) USD təşkil edən kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD=1.45 beş manat 06 qəpik) 215.06 (iki yüz on beş manat 06 qəpik) AZN təşkil edir. Restrukturizasıya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 148.32 (bir yüz qırx səkkiz ABŞ dolları 32 sent) USD əsas borc, 117.44 (bir yüz on yeddi ABŞ dolları 44 sent) USD faiz borcu və 13.47 (on üç ABŞ dolları 47 sent) USD cərimə borcu təşkil edir. Əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) faiz ödənilməsi müəyyən edilmiş və kreditin müddəti 07.04.2018-ci il tarixədək uzadılmışdır. 07 mart 2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu öhdəliklərin icra müddəti başa çatdıqdan üç il on doqquz gün sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 500.1-500.2-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Mülki Məcəllənin 501-ci maddəsinə görə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbini irəli sürməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, “LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən onun iddiası təmin edilə bilməz. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3. maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki,icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə işin göstərilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir, ona görə də iddia müddəti tətbiq olunmaqla iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası iddia müddəti tətbiq olunmaqla təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-617/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-617/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver