Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-620/2021 08.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, “İddiaçı» ASC-nin Cavabdeh1 və Nastakalova Aygün Süleyman qızına qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: “İddiaçı» ASC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə müraciət etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qadada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa,məhkəmə kiçik iddialar dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Süleyman qızından tutulması tələb edilən 1408.45 AZN əsas kredit borcu və 6.86 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 1415.31 AZN məbləğində borc tələbini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Tərəflər dinlənilmədən və iş üzrə mötəbər sübutlar olmadan ərizəyə əlavə edilmiş sənədlər əsasında Cavabdeh1 və Cavabdeh2 Süleyman qızının “İddiaçı» ASC-yə 1408.45 AZN əsas kredit borcu və 6.86 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 1415.31 AZN məbləğində borcunun olması barədə dəqiq nəticəyə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən hesab edirəm ki, “İddiaçı» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilməli və “İddiaçı» ASC-yə həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266, 284-1, 284-2, 284-3 və 284-4-cü maddələrini rəhbər tutub, qərara a l d ı m: “İddiaçı» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; “İddiaçı» ASC-yə həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-620/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-620/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver