Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-63/2023 16.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Firuddin oğlunun iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus 01889 nömrəli ödəmə terminalından oğurluq edilməsi ilə əlaqədar olaraq, İddiaçı - "xxxx" MMCyə vurulmuş 4477 manat məbləğində ziyanın ödənilməmiş qalan 3444 (üç min dörd yüz qırx dörd) manatının və 54,44 (əlli dörd manat 44 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 yanvar 2021-ci il tarixində, saat 05 radələrində Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən "‘Araz Meqa” marketinə qanunsuz daxil olaraq, həmin obyektdə quraşdırılmış "xxxx" MMC-yə (VÖEN: **********) məxsus 01889 saylı “MilliÖn” ödəmə terminalında olan nağd pulu oğurlamaq məqsədi ilə onun inkassasiya qapısının 50 (əlli) manat dəyərində daxili kilidini, 516 (beş yüz on altı) manat dəyərində əskinasqəbuledicini (cashin və cashbox) zədələyərək sındırmış və 300(üç yüz) manat dəyərində pul kassetini içərisində olan 3411 (üç min dörd yüz on bir) manat nağd pul ilə birlikdə oğurlamışdır. Həmin terminalın təmiri üçün "xxxx" MMC tərəfindən 200 (iki yüz) manat məbləğində vəsait sərf olunmuşdur. Nəticədə bu terminal üzrə iddiaçıya 3411 (üç min dörd yüz on bir) manat maddi və 1066 (bir min altımış altı) manat texniki (50 manat daxili klid, 516 manat əskinazqəbuledici (cashin və cachbox), 300 manat pul kasseti və 200 manat təmir xərci), ümumilikdə 4477 (dörd min dörd yüz yetmiş yeddi) manat məbləğində ziyan vurulmuşdur. Dəymiş bu ziyan ilə əlaqədar xx.xx.2021 -ci il tarixində "xxxx" MMC-də Akt tərtib olunmuş və ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün müvafiq sənədlər xx.xx.2021-ci il tarixli, KO-08/0026/2021 saylı məktubla Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2021 -ci il tarixli, 109-1403-1221 saylı məktubu ilə ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən zərərçəkmiş qismində tanınması və nümayəndəsinin Balakən RPŞ-nə göndərilməsi bildirilmişdir. Balakən RPŞ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli, KO-08/0085/2021 saylı məktubda nümayəndə qismində "xxxx" MMC-nin Qəbələ Regional Xidmət Mərkəzinin rəhbəri Nümayəndə Firuddin oğlunun tanınması bildirilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli (iş 1(019)-29/2021) hökmü ilə Cavabdeh 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilmişdir. "xxxx" MMC tərəfindən 10 fevral 2021 -ci il tarixində mülki iddia verilməsinə baxmayaraq, Balakən Rayon Məhkəməsində bu mülki iddia baxılmamış saxlanmış və vurulmuş ziyanın ödənilməsi ilə bağlı "xxxx" MMC-yə mülki icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Balakən Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmündə iddaçının mülki tələbi ilə iş materialları arasında ziddiyyətlər olduğu göstərilmişdir. Belə ki, ittiham aktında Cavabdeh tərəfindən "xxxx" MMC-yə 3611 manat ziyan vurulması göstərildiyi halda, həmin ittiham aktına əlavə olunmuş arayışda bu ziyanın məbləği 3344 manat göstərilmişdir. Bu istintaq zamanı yol verilən yanlışlıqdır. Belə ki, "xxxx" MMC-nin Balakən RPŞ-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli KO-08/0026/2021 saylı məktubunda terminaldan nağd pul ilə birlikdə oğurlanmış əskinasqəbuledicinin kassetinin dəqiq qiyməti 300 (üç yüz) manat göstərilsə də, Balakən RPŞ ittiham aktında bu kassetin qiyməti 100 (bir yüz) manat az, 200 (iki yüz) manat göstərildiyi üçün iddiaçıya vurulmuş maddi ziyan 3611 manat (200 manat (kasset) + 3411 (nağd pul) hesablanmışdır. Pulqabının (kassetin) Cavabdeh tərəfindən istintaq orqanına təhvil verilməsi ilə əlaqədar olaraq, həmin kassetin qiyməti vurulmuş maddi ziyanın məbləğindən çıxıldıqdan sonra ittiham aktına əlavə edilmiş arayışda vurulmuş ziyanın ümumi məbləği 3344 manat (3611 manat ziyan-267 manat kassetin qiyməti) göstərilmişdir. Məlumat üçün bildirir ki, plastik materialdan hazırlanmış və zədələnməş bu kassetin hazırda təmir olunması mümkün deyildir. Bu səbəbdən də iddiaçı həmin kassetin tam qiymətini-300 manatı tələb edilir. Balakən Rayon Polis Şöbəsi Cavabdeh qaytardığı 1033 (bir min otuz üç) manat məbləğində nağd pulu xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Qəbələ Regional Xidmət Mərkəzinə təhvil vermişdir. Bu ödəniş nəzərə alınmaqla, Cavabdeh tərəfindən İddiaçıya vurulmuş ziyanın qalıq məbləği hazırda faktiki olaraq 3444 (üç min dörd yüz qırx dörd) manat təşkil edir, o cümlədən 2378 manat nağd pul və 1066 manat texniki xərclər (zədələnmiş daxili klid - 50 manat, əskinazqəbuledici-516 manat, pul kasseti-300 manat və təmir xərci-200 manat). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 29.03,2022-ci il tarixli, 17/6-4872 nömrəli məktubunda Cavabdeh hazırda Salyan rayonu, Yenikənd kənd ərazisində yerləşən 5saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi bildirilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Firuddin oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə və onun məhkəməyə gətirilməsi barədə müvafiq qərarın verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gətirilməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC şirkətinin icraçı direktoru Teymur Cəfərovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baiakən Rayon Polis Şöbəsinin rəisi Anar Məmmədova ünvanlandığı məktubda göstərilir ki, 10 yanvar 2021-ci il tarixində gecə vaxtı Cavabdeh oğurluq etmək üçün Balakən şəhəri, R.Səmədov küçəsi "X5" mağazasının yerləşdiyi binaya qanunsuz daxil olaraq, orada quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyəti olan 01889 saylı ödəmə terminalı aparatının inkasassiya qapısını, 50 manat məbləğində inkasassiya qapısının daxili kilidini, 516 manat dəyərində əskinasqəbuledici cihazını zədələyərək sındırmış və eyni zamanda aparatın daxilində olan 300 manat dəyərində pul kasetini daxilində olan 3411 manat nəğd pulla birlikdə oğurlamışdır. Ödəmə aparatının təmiri üçün 200 manat vəsait istifadə olunmuşdur. Təqsirləndirilən ödəmə aparatının pul kasetini və nəğd pulu oğurlayaraq şirkətə 3711 manat və aparatın hissələrini sındıraraq 766 manat texniki ziyan vurmuşdur. Cavabdeh "xxxx" MMC şirkətə 4477 manat maddi ziyan vurmuşdur. Mülki iddia ərizəsini təqdim edərək, cinayət təqibi zamanı mülki iddianın tam təmin edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC şirkətinin icraçı direktoru Teymr Cəfərovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon X2 Bölməsinin baş müstəntiqi Natiq Hacıyevə ünvanlandığı məktubda göstərilir ki, "xxxx" MMC şirkətinin 01889 saylı ödəmə terminalı “CAQA” TP-20.8.2 07 avqust 2015-ci ildə Rusiya Federasiyasında istehsal olunub və həmin il Azərbaycan Respublikasına ixrac edilərək istismara verilmişdir. Ödəmə aparatının Mei ADVANCE 5CL8327R 1500 əskinaslıq əskinasqəbuledicinin kasetinin qiyməti 300 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (019)-29/2021 nömrəli hökmündən görünür ki, "xxxx" MMC-yə məxsus 1033 manat pulun zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Firudin oğluna qaytarılması və Komtec LTD» MMC-yə məxsus «Milli Ön» ödəmə terminalından oğurladığı 3411 manat pulun qalıq olduğundan iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Komtec LTD» MMC-nin pul vəsaiti kimi qiymətləndirilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu cəzaya Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrilə təqsirli bilənərək, qəti olaraq təyin olunmuş 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbləri qaydasında azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablandığı 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 9/7224 saylı rəyindən görünür ki, mərkəzdə olan məlumatlardan və "xxxx" tərəfindən təqdim edilmiş xx.xx.2021- ci il tarixli ziyan aktından istifadə edilməklə “MilliÖn” ödəmə terminalına dəymiş ziyanın ümumi məbləği təxminən 1066,0 manat müəyyən olunur: - Pul kaseti - 300,0 manat; - İnkassasiya aparatının daxili kilidi - 50,0 manat əskinasqəbuledici (cashin və cashbox) - 516.0 ödəmə terminalı aparatının təmiri və bərpası-200,0 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29 noyabr 2022-ci il tarixli, 9/7224 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" tərəfindən hazırki iddianın qaldırılması üçün 54,44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 10 yanvar 2021-ci il tarixində, saat 05 radələrində Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən "‘Araz Meqa” marketinə qanunsuz daxil olaraq, həmin obyektdə quraşdırılmış "xxxx" MMC-yə (VÖEN: **********) məxsus 01889 saylı “MilliÖn” ödəmə terminalında olan nağd pulu oğurlamaq məqsədi ilə onun inkassasiya qapısının 50 (əlli) manat dəyərində daxili kilidini, 516 (beş yüz on altı) manat dəyərində əskinasqəbuledicini (cashin və cashbox) zədələyərək sındırmış və 300(üç yüz) manat dəyərində pul kassetini içərisində olan 3411 (üç min dörd yüz on bir) manat nağd pul ilə birlikdə oğurlamışdır. Həmin terminalın təmiri üçün "xxxx" MMC tərəfindən 200 (iki yüz) manat məbləğində vəsait sərf olunmuşdur. Nəticədə bu terminal üzrə İddiaçıya 3411 (üç min dörd yüz on bir) manat maddi və 1066 (bir min altımış altı) manat texniki (50 manat daxili klid, 516 manat əskinazqəbuledici (cashin və cachbox), 300 manat pul kasseti və 200 manat təmir xərci), ümumilikdə 4477 (dörd min dörd yüz yetmiş yeddi) manat məbləğində ziyan vurulmuşdur. Balakən Rayon Polis Şöbəsi Cavabdeh qaytardığı 1033 (bir min otuz üç) manat məbləğində nağd pulu xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Qəbələ Regional Xidmət Mərkəzinə təhvil verilmişdir. Bu 1033 manat ödəniş nəzərə alınmaqla, Cavabdeh tərəfindən İddiaçıya vurulmuş ziyanın qalıq məbləği hazırda faktiki olaraq 3444 (üç min dörd yüz qırx dörd) manat təşkil edir, o cümlədən 2378 manat nağd pul və 1066 manat texniki xərclər (zədələnmiş daxili kilid - 50 manat, əskinasqəbuledici 516 manat, pul kasseti-300 manat və təmir xərci-200 manat). Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (019)-29/2021 nömrəli hökmündən görünür ki, X1 tərəfindən 1033 manat pulun iddiaçıya qaytarılması və 3411 manat ziyanın qalıq qalması qeyd edilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu cəzaya Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrilə təqsirli bilənərək, qəti olaraq təyin olunmuş 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbləri qaydasında azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablandığı 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən vurulmuş həmin 3444 manat maddi ziyan iddiaçı "xxxx" MMC-yə qaytarılmamışdır. İddiaçı "xxxx" MMC hazırki iddianın qaldırılması üçün 54,44 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizələrinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzi olaraq 3444 (üç min dörd yüz qırx dörd) pul tələbi vı 54,44 (əlli dörd manat 44 qəpik) manat məbləğində dövlət rüsumu tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus 01889 nömrəli ödəmə terminalından oğurluq edilməsi ilə əlaqədar olaraq, iddiaçı - "xxxx" MMC-yə vurulmuş 4477 manat məbləğində ziyanın ödənilməmiş qalan 3444 (üç min dörd yüz qırx dörd) manatı və 54,44 (əlli dörd manat 44 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin iddia təmin edildiyi üçün iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun; Cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus 01889 nömrəli ödəmə terminalından oğurluq edilməsi ilə əlaqədar olaraq, iddiaçı - "xxxx" MMC-yə vurulmuş 4477 manat məbləğində ziyanın ödənilməmiş qalan 3444 (üç min dörd yüz qırx dörd) manatı və 54,44 (əlli dörd manat 44 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin; iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-63/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-63/2023
16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver