Məhkəmə qərarları › İş №2(019)-642/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-642/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-642/2020 24.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi ilə, İddiaçı X1 (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1163,53 (bir min bir yüz altmış üç manat 53 qəpik) manat, faiz borcuna görə 90,87 (doxsan manat 87 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1254,4 (bir min iki yüz əlli dörd 4 qəpik) manat məbləğində pulun və 30 manat məbləğindıə ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)- 642/2020 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hazırki iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 11-dən gec olmayaraq hər ay 207,52 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kredit borcuna görə 1163,53 (bir min bir yüz altmış üç manat 53 qəpik) manat, faiz borcuna görə 90,87 (doxsan manat 87 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1254,4 (bir min iki yüz əlli dörd manat 4 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1163,53 (bir min bir yüz altmış üç manat 53 qəpik) manat, faiz borcuna görə 90,87 (doxsan manat 87 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1254,4 (bir min iki yüz əlli dörd manat 4 qəpik) manat pul tutulmalıdır. Qeyd olunanları nəzərə alıb, Cavabdeh kredit müqaviləsi üzrə kredit borcuna görə 1163,53 (bir min bir yüz altmış üç manat 53 qəpik) manat, faiz borcuna görə 90,87 (doxsan manat 87 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1254,4 (bir min iki yüz əlli dörd manat 4 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə teleqram göndərərək, hazırki mülki işə iştirakları olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il tarixli NZNPU-3007 saylı Kredit Müqaviləsindən, xx xxxxxxxx 2018-ci il tarixli X2 və ödəniş sənədlərindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdehna istehlak məqsədilə 24 ay müddətinə illik 22% ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 06/0222 saylı bildirişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh banka olan kredit borcunun ödənilməsi təklif edilmiş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, RB-02/PK-3972 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli , NZNPU-3007 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 1163,53 manat əsas, 90,87 manat faiz borcu olmaqla, cəmi 1254,4 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X3 hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan-cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçı banka olan borcunu tam qaytarmamışdır. İddiaçı ASC tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə borcunun məbləği kredit borcuna görə 1163,53 (bir min bir yüz altmış üç manat 53 qəpik) manat, faiz borcuna görə 90,87 (doxsan manat 87 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1254,4 (bir min iki yüz əlli dörd manat 4 qəpik) manat borcu yaranmışdır. İddiaçı bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1163,53 (bir min bir yüz altmış üç manat 53 qəpik) manat, faiz borcuna görə 90,87 (doxsan manat 87 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1254,4 (bir min iki yüz əlli dörd manat 4 qəpik) manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, NZNPU-3007 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1163,53 (bir min bir yüz altmış üç manat 53 qəpik) manat, faiz borcuna görə 90,87 (doxsan manat 87 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1254,4 (bir min iki yüz əlli dörd manat 4 qəpik) manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar