Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-658/2021 04.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 670 (altı yüz yetmiş ) manat pulun və dövlət rüsumunun ödənilməsinə çəkilmiş 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğundan xüsusi qərar çıxarılmaqla bu barədə prokurora məlumat verilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonu Qaysa kəndində yaşayır, qəssablıq ilə məşğul olur. Balakən rayonu Qullar kənd sakini Cavabdeh 1 baş qısır inəyi olduğunu və onu kəsmək üçün satmaq istədiyini bildirmişdir. 21 mart 2021-ci il tarixdə cavabdehdən 1 baş qısır inəyi kəsmək məqsədi ilə 670 manat pula razılaşaraq almışdır. O, maşın göndərərək inəyi evə gətirmiş və evdə baxıb görmüşdür ki, inək halsız vəziyyətdədir. O, bu barədə Murtuzəlinin qardaşı Şəmsəddinə bildirmiş və onunla birlikdə inəyi geri aparmalarını xahiş etmişdir. Şəmsəddindən bir xəbər olmadığına görə cavabdehə zəng edərək onun satdığı malın xəstə olduğunu və belə malı kəsib satmaq məsuliyyət yaradacağını bildirmişdir. Cavabdeh isə ona bildirdi ki, o elə bilmişdir ki, guya o, inəyin xəstə olduğunu bilməmişdir. O, cavabdehə demişdir ki, xəstə inək kəsib satan deyil. Cavabdeh axşam zəng edərək bildirmişdir ki, səhər inəyi aparacaqlar. Lakin səhər cavabdeh inəyi aparmaqdan imtina etmişdir. 24 mart 2021-ci il tarixdə inək xəstəlikdən ölmüşdür.O,Murtuzəli ilə olan telefon danışıqlarını yazdıraraq diskə köçürmüşdür. Sonuncu dəfə cavabdehlə şəxsən görüşsə də, telefonla əlaqə saxlasa da, cavabdeh ona olan borcu ödəməkdən yayınır.Bundan sonra Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş və vədinə əməl etməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir.Cavabdehin hərəkəti ilə bağlı Balakən rayon polis şöbəsinə müraciət etsə də, tələbin mülki xarakterli olması səbəbindən bu iddia ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək 670 manat pulu ödəməkdən yayınır. Buna görə də Balakən Rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Mərhum yoldaşı xəstə olduğu üçün inək almışdı. Yoldaşı rəhmətə gedəndən sonra inəyi satmaq qərarına gəlmişdir. Qardaşı inəyi alması üçün onlara qəssab göndərmiş, inəyi aparması üçün gələn sürücü inəyin başını bağlamış və maşına mindirmişdir.Sürücü inəyi aparmışdır. Gecə saat 11-12 radələrində İddiaçı ona zəng edərək inəyin xəstə olduğunu bildirmiş və inəyi gəlib aparmağını tələb etmişdir. O, gecə olduğundan gələ bilməyəcəyini, səhər gələcəyini bildirmişdir.Ruslan ona təkidlə gəlib inəyi aparmasını söyləmişdir. Daha sonra Ruslan ona video göndərmiş və orda inəyinin yıxıldığını buynuzunun qırıldığını və qan axdığını görmüşdür. O da Ruslana inəyi onun həyətindən apardığı vəziyyətdə gətirərsə qəbul edəcəyini demişdir. Səhər o, polis şöbəsinə dəvət olunmuş və izahat vermişdir.Onun inəyi xəstə olmamış, inək buynuzu qırıldığından və çoxlu qan itirdiyindən ölmüşdür.Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qabaqçöl qəsəbəsində yaşayır və qəssablıqla məşğul olur. 21 mart 2021-ci il tarixdə inəyi kəsmək üçün onun evinə gətirmişlər. İnəyi maşından düşürdən zaman onun ayaqları tutmamış və yerə yıxılaraq buynuzu sınmışdır. Bundan sonra inək başını yerə vurmağa başlamışdır. Həmən zaman o, Ruslana zəng vurmuşdur ki, inək xəstədir. Ruslan baytar həkim gətirmiş, həkim gəlib inəyin vəziyyətini gördükdə kəsimə yararlı olmadığını bildirmişdir. İnək 2-3 gün onun həyətində qaldıqdan sonra ölmüşdür.O,həmçinin göstərdi ki, Cavabdeh yaşadığı Balakən rayonu Qullar kəndi ilə onun yaşadığı Balakən rayonu Qabaqçöl qəsəbəsinin arasındakı məsafə 15-20 km olar. İnək onun həyətinə gətirilərkən qoşquda ayaq üstə olmuşdur.İnək qoşqudan düşürülərkən yıxılmış, ondan sonra ayağa qalxmamışdır. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qabaqçöl qəsəbəsində Baytar həkim işləyir. 21 mart 2021-ci il tarixdə onu İddiaçı inəyə baxmaq üçün çağırmışdır. O, gedəndə inəyi uzanmış vəziyyətdə ağzından köpük axdığını və gözlərinin böyüdüyünü görmüşdür. İddiaçı ondan bu vəziyyətdə inəyi kəsməyin mümkün olmasını soruşmuş, oda inəyin kəsimə yararlı olduğuna söz verə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı X1 təqdim etdiyi diskə baxış keçirilmişdir. Diskdə olan videodan görünür ki,bir baş inək uzanıqlı vəziyyətdədir, hərdən başını yerə vurur, ətrafında isə çox miqdarda qan vardır. Diskdə olan audio yazı qanunvericiliyin tələbinə zidd olaraq gizli yazıldığından Azərbaycan Respublikası MPM-in 95.2-ci maddəsinə uyğun olaraq sübut kimi qəbul edilməmişdir. Məhkəmə tərəflərin və iddiaçının nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 21 mart 2021-ci il tarixdə Cavabdeh Musa oğlundan bir baş inəyi 670 manata razılaşaraq almışdır. İddiaçı göstərişi ilə inək qoşquda Balakən rayonu Qullar kəndindən Balakən rayonu Qabaqçöl qəsəbəsinə qəssab Şahid2 həyətinə aparılmışdır. İnək qoşqudan düşürülərkən yıxılmış və buynuzu sınmışdır. Həmin hissədən çoxlu miqdarda qan axmış, bir neçə gündən sonra isə inək ölmüşdür. İddiaçı inəyin xəstə olduğundan öldüyünü,nəticədə ona maddi ziyan dəydiyini iddia edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 609-cu maddəsinə əsasən : 609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında -manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 609.3. Yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. İddiaçı Cavabdeh ona satdığı inəyin xəstə olmasını göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş orta ixtisas təhsilli baytar həkim Şahid1 ifadəsi isə hər hansı müayinənin, tibbi tədqiqatın nəticələrinə əsaslanmadığından məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmir. Məhkəmə həmçinin qeyd edilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibinin olması barədə iddiaçının ərizəsini əsassız hesab edir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-658/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-658/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver