Məhkəmə qərarları › İş №2(019)-663/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-663/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-663/2020 02.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 iştirakları ilə İddiaçı cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı 15700 manat ziyan tələbinə dair ilk və cavabdeh X5 İddiaçı qarşı maddi zərər tələbinə dair qarşılıqlı iddialar üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X7, X9 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Balakən rayonu Mahamalar kənd sakini X10, Cavabdeh2 və Cavabdeh3 JN-10xx xxx 40108018 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş 0.20 ha pay torpaq sahəsinin onlara geri qaytarılmasına görə ona dəymiş ziyan olan torpağın alınması ilə bağlı çəkdiyi xərc - 5000 manatın, torpaq sahəsinin yaxşılaşdırılması və əkilmiş fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 3200 manatın, torpaq sahəsinin geri qaytarılması ilə bağlı əldən çıxmış fayda olan 5000 manatın, məhkəmə proseslərində iştirakı ilə bağlı çəkdiyi xərc olaraq 2500 manatın, cəmi 15700 manat və dövlət rüsumu olaraq ödədiyi 30 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X10 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının əvvəlki iddialarının təkrarı olduğu və bu iddiaya məhkəmələr tərəfindən qiymət verilib rədd edildiyi üçün əsassız hesab edilib rədd edilməsi, cavabdeh İddiaçı əsassız iddialarla müxtəlif məhkəmə instansiyalarında yol pulu, hər yuxarı instansiya məhkəmələri üçün müdafiə xərcləri, yemək pulu və mehmanxana xərcləri ilə birlikdə ona vurduğu 3000 manat maddi ziyan və hər məhkəmə instansiyalarında keçirdiyi mənəvi iztirablarla bağlı 3000 manat, bağın iki illik məhsuluna görə əldə çıxmış fayda kimi 4000 manat, cəmi 10.000 (on min) manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən rayonu Mahamalar kəndində yaşayır. xx xxxxxxxx 1999-cü il tarixdə o, həmkəndlisi olan X2 0.20 ha pay torpaq sahəsini 500 ABŞ dollarına almışdır. Bu barədə həmin tarixdə, yəni xx xxxxxxxx 1999-ci il tarixdə X6 və onun həyat yoldaşı X4 0.20 ha torpaq sahəsinin alınmasına dair sadə yazılı formada alqı-satqı aktı tərtib etdirmişdir. Aktı cavabdeh Nailə Xurtunova, o və 6 nəfər kənd sakini imzalamışlar. Akt Mahamalar kənd İcra Nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Aktı etibarnamə əsasında əri İbrahim Xurtunovun əvəzinə də şəxsən Nailə Xurtunova imzalamışdır. Aktın sonunda 500 ABŞ dollar məbləğində pulun onun Nailə Xurtunovaya verməyi və onun pulu alması barədə qeyd olunub və hər ikisi imzalamışlar. O, torpaq sahəsini İbrahim Xurtunov və Nailə Xurtunovadan aldığı vaxt İbrahim Xurtunov müəyyən səbəblərdən Balakən rayonuna gələ bilməmişdir. Buna görə də alqı-satqının Notariat Kontorunda rəsmiləşdirilməsi qeyri mümkün olmuşdur. Sonralar da dəfələrlə iddiaçı Nailə Xurtunova və əri İbrahim Xurtunovdan 0.20 ha torpaq sahəsinin alqı-satqısını Notariat Kontorunda rəsmiləşdirməyi təklif etsə də onlar müxtəlif bəhanələr etməklə Notariusa gəlməmiş və müqavilənin bağlanılmasına heç bir ehtiyac olmadığını, gələcəkdə satdıqları torpaqla bağlı aralarında heç bir mübahisə olmayacağını bildirmişdirlər. 21 ilə yaxın müddətdir ki, həmin torpaq sahəsindən o və ailə üzvləri birlikdə istifadə edir, torpağın vergisini hər il o ödəmişdir. Bu barədə ödəniş qəbzlərini də Məhkəməyə təqdim edir. xx.xx.2018-ci il tarixdə İbrahim Xurtunov qəflətən vəfat etmişdir. Onun ölümündən 1 ay keçdikdən sonra cavabdeh Nailə Xurtunova ondan qeyd olunmuş torpaq sahəsini geri tələb etmişdir. Torpaq sahəsindən çıxmadığından sözü gedən torpaq sahəsindən çıxarılmağı ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. 2 ildən artıq davam edən Məhkəmə mübahisələrinin nəticəsi olaraq onun qeyd olunmuş 0.20 ha torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Buna görə də o bu torpaq sahəsinin ondan alınaraq geri Nailə Xurtunovaya qaytarılması səbəbindən dəymiş ziyan olan pulu ondan tələb edir. Artıq 21 ilə yaxındır ki, torpaq sahəsi onun istifadəsindədir. Hər il torpağın vergisini ödəyir. Bundan başqa torpağın keyfiyyətini yaxşılaşdırmaq üçün ona aqrotexniki qulluq göstərir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə bitişikdir. Həmin torpaq sahəsini öz mülkiyyəti hesab etmişdir.0.20 ha torpaq sahəsini 1999-cu ildə Nailə Xurtunovadan alaraq ona 500 ABŞ dollara almış, hal-hazırda belə bir torpaq sahəsini 5000 manata almaq olar. Torpaq sahəsində 12 ədəd fındıq ağacı əkmiş, hal-hazırda bu ağacların dəyəri 1200 manatdır. Eyni zamanda qeyd olunan torpaq sahəsinin yaxşılaşdırılması üçün 2000 manata qədər xərc çəkilib.Bundan başqa 2 ildən artıq müddətdə bu torpaq sahəsinə dair məhkəmə proseslərində iştirakları ilə bağlı 2500 manatdan artıq xərc çəkmişdir. Torpaq sahəsinin geri qaytarılması ilə bağlı əldən çıxmış fayda olaraq isə cavabdehdən 5000 manat pul tələb edir. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia isə əsassızdır. Onlar Nailəyə heç bir maddi və mənəvi ziyan vurmamışlar. Əksinə bu problemi həm özü, həm də onlar üçün Nailə Xurtunova özü yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək izahatında göstərdi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona və ailə üzvlərinə qarşı 15700 (on beş min yeddi yüz) manat dəymiş ziyanın tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ona məxsus JN-10xx xxx 40108018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən onun və qızlarının mülkiyyətinə verilmiş 0,20 ha pay torpaq sahəsinin geri qaytarılması ilə bağlı iddiaçıya dəymiş ziyan kimi hesabladığı 5.000 manatın, torpaq sahəsinin yaxşılaşdırılması və əkilmiş fındıq ağaclarına görə texniki qulluq göstərilməsi üçün guya çəkdiyi xərc olan 3200 manatın, torpaq sahəsinin geri qaytarılması ilə bağlı əldən çıxmış fayda olan 5000 manat, məhkəmə proseslərində iştirakı ilə bağlı çəkdiyi xərc olaraq 2500 manatın, cəmi 15700 manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddiasında göstərmişdir ki, guya xx xxxxxxxx 1999-cu ildə o, həmkəndlisi, onun mərhum əri X2 0,20 ha pay torpaq sahəsini 500 ABŞ dollarına almışdır. Bu barədə həmin tarixdə ərinin adından və öz adından imza etdiyi sadə yazılı formada alqı-satqı aktı vardır. Daha sonra iddiaçı İbrahim Xurtunov həmin torpaq sahəsini satan vaxtlarda müəyyən səbəblərdən Balakən rayonuna gələ bilməməsinin göstərmişdir. Sonradan gələndə isə guya dəfələrlə alqı-satqı üçün notariusa getməyi İbrahimə təklif etməsinə baxmayaraq, sonuncu müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Nəticədə 21 il ərzində torpaq sahəsinin notarial qaydada alqı-satqısını edə bilməmişdir. Eyni zamanda, 21 il ərzində torpaq sahəsinə vergini o ödədiyini göstərmişdir. Məhkəməyə məlumat üçün bildirirəm ki, ilk dəfə o, məhkəməyə müraciət edib, torpaq sahəsinin İddiaçı tərəfindən boşaldılmasını tələb edib məhkəməni udmuş və İddiaçı Ali Məhkəməyədək şikayət edib, hər dəfə uduzmasından sonra İddiaçı eyni iddia ilə məhkəməyə artıq ikinci dəfə müraciət etmiş və yenə də Ali Məhkəməyədək bütün instansiyaları keçərək hamısını uduzmuşdur. Bu barədə məhkəmə qərarları artıq Balakən Rayon Məhkəməsinin arxivində vardır. O, məhkəməyə bu qərarları təqdim edir. İddiaçı iddiasında ona məxsus 0.20 ha pay torpaq sahəsinin artıq 21 ildir ki, onun istifadəsində olduğunu, hər il bu torpağın vergisini ödədiyini, torpağın keyfiyyətini yaxşılaşdırmaq üçün ona aqrotexniki qulluq göstərdiyini, torpaq sahəsini yaxşılaşdırmaq üçün 2000 manat xərc çəkdiyini göstərmişdir. İddiaçı ona məxsus torpaq sahəsini öz mülkiyyəti kimi istifadə edərək, təbii ki, məhsulunu da dərmişdir. Onun pay torpaq sahəsində 25 iri fındıq toması vardır. Hər toma ildə 20 kiloqram məhsul verir. Bunun da cəmi 500 kiloqramdır ki, bu məhsulu elə həyətdə 2000 manata topdansatış qaydada rahat satmaq olur. Deməli 21 ildə iddiaçı onun bağından 42000 (qırx iki min) manat gəlir əldə edibdir. Göründüyü kimi, onun çəkdiyi xərclər əldə etdiyi mənfəətindən dəfələrlə aşağıdır. Buradan görünür ki, bu bağa qulluğu iddiaçı ona və ya digər şəxsə görə yox, bağdan hər il əldə etdiyi mənfəətə görə etmişdir. Belə olan halda, iddiaçının ondan bu illərə dair pul tələbi absurddur. Bundan başqa iddiasında torpaq sahəsinin geri qaytarılması ilə bağlı əldən çıxmış fayda olaraq 5000 manat pul, habelə məhkəmə proseslərində iştirakına görə xərclədiyi 2500 manatı da tələb edir. Lakin iddiaçı unudur ki, məhkəmə proseslərini o uduzmaqla, bu hüququ ona vermişdir. Yəni o, əsassız yerə uzun illər məhkəmə çəkişmələrində əziyyətə salmış, mənəvi iztirablar vermiş, bu proseslərdə iştirak etmək üçün, yol pulu hər yuxarı instansiya məhkəmələri üçün müdafiəçi xərcləri, yemək və mehmanxana pulları ilə birlikdə ona 3000 manat ziyan vurub. Daha sonra son iki il yarımda uduzduğunu bilə-bilə onu məhkəmələrdə qəsdən başını qataraq bağ sahəsindən əldə çıxmış fayda kimi 4000 manat ziyana salmışdır. Odur ki, hər iki məbləğin, eləcə də mənəvi zərər olan 3000 manatın, cəmi 10.000 manat pulun ona ödənilməsini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tələb edir. Nəhayət, mübahisəli bağ sahəsində guya sonradan əkilmiş 12 ədəd fındıq kollarına gəldikdə, ona məxsus həmin bağ sahəsində son 20 ildə əkilmiş fındıq kolu yoxdur. Hamısı 30 illik və daha yuxarı yaşlı kollardır. Məhkəmə bunu mütəxəssis dəvət etməklə yoxlaya bilər. Bundan başqa torpaq sahəsinə görə 500 ABŞ dolları deyil, 300 ABŞ dolları verilmişdir. İddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-668/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X7, Cavabdeh2 və Cavabdeh3 qarşı 0,20 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2721/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-668/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1718/2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia qismən təmin edilməli,qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən rayon X14 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə cavabdeh X7, onun əri X3, qızı-Cavabdeh2 və qızı- Cavabdeh3 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.37 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İddiaçıxx xxxxxxxx 1999-cu il tarixdə özünün həyətyanı torpaq sahəsinin yanında olan 0.20 ha pay torpaq sahəsini X2 almışdır. Bu barədə həmin tarixdə, yəni xx xxxxxxxx 1999-ci il tarixdə akt tərtib edilmişdir, akt Balakən Rayon Mahamalar kənd icra nümayəndəsinin möhürü ilə təsdiq edilmişdir. Akta tərəflərin torpaq sahəsini 500 ABŞ dollarına razılaşdıqları ,300 ABŞ dollarının nəqd olaraq verildiyi qeyd edilmişdir. Lakin tərəflər arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamışdır.Nailə Xurtunova sözügedən torpaq sahəsini məhkəmə qətnaməsi əsasında geri almışdır. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 15700 manat ziyan tələb etmişdir. Cavabdeh X1 Xaliddin Süleyman oğluna qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək vurulmuş zərərə görə İddiaçı 10000 manat pul tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən xx xxx 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya» nın müddəaları və X19 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Mübahisəli torpaq sahəsinə görə İddiaçı cavabdeh Nailə Xurtunovaya 300 ABŞ dolları verməsi məhkəmə iclasında öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidr. Belə ki, iddiaçı cavabdehlərə 500 ABŞ dolları verdiyini göstərsə də, qalan 200 ABŞ dolları verməsinə dair, həmçinin 12 ədəd fındıq ağacı əkdiyini göstərsə də, bunları təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «X8rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Onun torpaq sahəsinin vergisini ödəməsi, bağ sahəsinə qulluq etməsi ilə bağlı məhkəmə hesab edir ki, İddiaçı keçən müddət ərzində mübahisəli torpaq sahəsindəki fındıq ağaclarının məhsulunu yığdığından onun cavabdehlərə göstərilən tələblə məhkəməyə müraciət etməsi əsaslı hesab edilə bilməz. 2 ildən artıq müddətdə bu torpaq sahəsinə dair məhkəmə proseslərində iştirakları ilə bağlı 2500 manatdan artıq xərc çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə çəkişmələrində qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə iddiaçının tələbləri əsassız, cavabdehlərin tələbi isə əsaslı olduğundan İddiaçı bu iddia tələbi də əsaslı deyildir və təmin edilməməlidir.Mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində olduğundan həmin torpaq sahəsinin geri qaytarılması ilə bağlı əldən çıxmış fayda olaraq 5000 manat pulun tələb edilməsini də məhkəmə əsaslı hesab etmir. Həmçinin cavabdeh Nailə Xurtunova qarşlıqlı iddia ərizəsində ona maddi və mənəvi ziyan dəyməsinə dair heç bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilk iddiaqismən təmin edilməli, cavabdeh X4 torpaq sahəsinə görə verilmiş 300 ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin cavabdeh X5 qarşılıqlı iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh X4 torpaq sahəsinə görə verilmiş 300 ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X5 qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar