Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-672/2021 30.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05.07.2018-cü il tarixli kredit müqaviləsi üzrə 2753.27 manat əsas borc, 151.19 manat faiz borcu və 6.6 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2911.06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 05.07.2018-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 24 faizlə 48 ay müddətinə 5000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.17.05.2021-dək Cavabdeh banka 05.07.2018cü il tarixli kredit müqaviləsi üzrə 2753.27 manat əsas borc, 151.19 manat faiz borcu və 6.6 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2911.06 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənli Vüsal Mirəli oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sabir oğlu iddianı qismən qəbul və etiraf edərək, göstərmişdir ki, iddia qaldırılmazdan əvvəl 04.05.2021-ci il tarixdə borcundan iddiaçı banka 500 manat ödəniş etmiş və həmin ödəniş iddia qaldırılırakən nəzərə alınmışdır. İddia qaldırıldıqdan sonra 30.06.2021-ci il tarixdə kredit borcundan iddiaçı banka 400 manat ödəniş etmiş, lakin iddiada bu nəzərə alınmamışdır. Həmin 400 manat banka ödəniş etdiyi nəzərə alınmaqla, iddianın qismən təmin olunmasına etiraz etmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 05.07. 2018-ci il tarixli 6-Y-2-0-2385-18 saylı kredit müqaviləsindən, həmin müqaviləyə 1 saylı əlavədən və həmin tarixli ödəmə tapşırığından görünür ki, Cavabdeh “xxxx” İKB ASC tərəfindən 48 ay müddətinə illik 24 faizlə 5000 manat kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 17.05.2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh «xxxx» İKB ASC-yə borcu 2753.27 manat əsas borc, 151.19 manat faiz borcu və 6.6 manat cərimə borcu olmaqla, cəmi 2911.06 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC tərəfindən Cavabdeh edilən 16.05.2021-ci il tarixli, KBD-8171 №-li xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 05.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 19.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 30.06.2021-ci il tarixdi ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə kredit borcundan 400 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, “xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 05.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx» İKB ASC tərəfindən Cavabdeh illik 24 faizlə 48 ay müddətinə 5000 manat kredit verilmişdir. “xxxx» İKB ASC-nin tələb hüququ İddiaçı ASC-yə məxsusdur. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17.05.2021-ci il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı ASC-yə borcunun 2753.27 manat əsas borc, 151.19 manat faiz borcu və 6.6 manat cərimə borcu olmaqla, cəmi 2911.06 manat təşkil etdiyi göstərilmişdir. 30.06.2021-ci il tarixdə cavabdeh Cavabdeh tərəfindən İddiaçı ASCyə kredit borcundan 400 manat ödəniş edilmiş, lakin bu ödəniş hazırki iddia tələbində nəzərə alınmamışdır. Cavabdeh ona qarşı hazırki iddianın ödədiyi 400 manat nəzərə alınmaqla təmin edilməsinə etiraz etmir. Həmçinin iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, Cavabdeh həqiqətən də 05.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyini lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələb ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə məhkəmə qaydasında ləğv edildikdə, müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razalışması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2753.27 manat sas borc, 151.19 manat faiz borcu və 6.6 manat cərimə borcu tələb edilir və bununla bağlı iddiaçı tərəfindən müvafiq maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Lakin iş materiallarından həmçinin görünür ki, Cavabdeh tərəfindən 30.06.2021-ci il tarixdə 05.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə sözügedən kredit borcundan 400 manat ödəniş edilmiş və bu 400 manat ödəniş məbləği hazırki iddia ərizəsindəki iddia tələbində və ona əlavə edilmiş sənədlərdə nəzərə alınmamışdır. Qanun normasının tələbinə görə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsi) cavabdeh tərəfindən ödənilmiş həmin 400 manat əvvəlcə cavabdehdən tələb edilən 6.6 manat cərimə borcunun, sonra 151.19 manat faiz borcunun, daha sonra isə 2753.27 manat əsas borcun ödənilməsinə yönəldilməlidir. Sözügedən 400 manatdan tələb olunan 6.6 manat cərimə və 151.19 manat faiz məbləği ödəniş üzrə çıxılmaqla yerdə qalan 242.21 manat məbləğ tələb olunan 2753.27 manat əsas borcun ödənilməsinə yönədilməklə həmin əsas borcdan çıxılmalı, qalan 2511,06 manat əsas borc məbləği əsaslı sayılaraq təmin edilməlidir. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, iddia qismən- 2753.27 manat əsas borc tələbinin 2511.06 manatı hissəsində təmin edilməli, 2511.06 əsas borc tələbindən artıq tələb hissəsində isə təmin edilməməli, iddia 151.19 manat faiz borcu və 6.6 manat cərimə borcu tələbi hissəsində isə təmin edilməməlidir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddia «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-in xeyrinə 05.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2511.06 manat əsas borc və 25.88 manat ödənilmiş dövlət rüsumu tutulmalı, «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh İddiaçı ASC-in xeyrinə 05.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2511.06 manat əsas borc və 25.88 manat ödənilmiş dövlət rüsumu tutulsun; «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-672/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-672/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver