Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-680/2020 07.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxx» Azərbaycan MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxx” Azərbaycan MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 1168.02 ABŞ dolları əsas, 267 ABŞ dolları faiz, 234 ABŞ dolları cərimə – cəmi 1669.02 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması , tələbin girov predmeti olan 19 qram çəkidə 583 əyarlı qızıl sep ( kardinal) olmaqla qızıl-zinət əşyasına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin təşkilata olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə xx xxx 2016-cı il tarixdə ölmüş Cavabdeh1 hüquq varisləri olaraq X2 və X3 tanınmışlar. Məhkəmə iclasında iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxx» Azərbaycan MMC-nin nümayəndəsi Nümayəndə iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək borclu Cavabdeh1 və Cavabdeh2 660.62 ABŞ dolları əsas borc, 86.98 ABŞ dolları faiz borcu olmaqla cəmi 747.60 ABŞ dolları kredit borcunun alınaraq BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxx” Azərbaycan MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə illik 33.6 % ödəmək şərti ilə, 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq Cavabdeh2 aralarında zaminlik müqaviləsi bağlanmış,xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış girov müqaviləsinə əsasən ona məxsus olan 19 qram çəkidə 583 əyarlı qızıl sep (kardinal) olmaqla qızıl-zinət əşyası BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə girov qoymuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin təşkilata xx.xx.2018-ci il tarixinə 1168.02 ABŞ dolları əsas, 267 ABŞ dolları faiz, 234 ABŞ dolları cərimə-cəmi 1669.02 ABŞ dolları borcu yaranmışdır. Buna görə də kreditor BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 hüquq varisləri X2 və X3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli 3060/3 saylı Kredit Müqaviləsindən görünür ki, BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 33.6 % ödəmək şərti ilə, 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli 3060/3 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh2 Fərman qızı arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan, xx xxxxxx 2015-ci il tarixli 3060/3 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh1 ona məxsus olan 19 qram çəkidə 583 əyarlı qızıl kardinal sepi BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə girov qoymuşdur. İşdə olan BA/340 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə 660.62 ABŞ dolları əsas kredit borcu, 86,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 747.60 ABŞ dolları təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə illik 33.6 % ödəmək şərti ilə,1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, həmçinin Cavabdeh1 qızı ona məxsus olan 19 qram çəkidə 583 əyarlı bir ədəd kardinal sep olmaqla qızıl-zinət əşyalarını «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə girov qoymuşdur. Cavabdeh1öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş və bunun nəticəsində «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-ə xx.xx.2020-ci il tarixinə 660.62 ABŞ dolları əsas, 86,98 ABŞ dolları faiz borcu yaranmışdır. Cavabdehlərə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də kreditor «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 306.1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi borca aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda Mülki Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə görə Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci maddəsinə görə girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi tutmanın girov predmetinə yönəldilməsi hissəsində də əsaslıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 hüquq varisləri- X2 və X1 (mirasdan aldıqları pay həcmində) və Cavabdeh2 birgə qaydada 660.62 ABŞ dolları əsas, 86.987 ABŞ dolları faiz borcu-cəmi 747.60 ABŞ dolları borc qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 30 manat alınıb iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməli, tələb girov predmeti olan Cavabdeh1 məxsus olan 19 qram çəkidə 583 əyarlı 1 ədəd sep (kardinal) olmaqla qızıl-zinət əşyasına yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehlərin təşkilata olan borcu ödənməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 hüquq varisləri- X2 və X1 (mirasdan aldıqları pay həcmində) və Cavabdeh2 qızından birgə qaydada 660.62 ABŞ dolları əsas, 86.98 ABŞ dolları faiz borcu-cəmi 747.60 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 30 manat alınıb iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Tələb girov predmeti olan Cavabdeh1 məxsus olan 19 qram çəkidə 583 əyarlı 1 ədəd sep (kardinal) olmaqla qızılzinət əşyasına yönəldilsin, həmin əmlak hərracda satılsın və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehlərin təşkilata olan borcları ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-680/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-680/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver