Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-681/2020 10.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin birgə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” X3 xeyrinə əsas borc üzrə 349.60 manat, faiz borcu üzrə 397.60 manat, 83.62 manat 5%-lik cərimə pulu olmaqla, cəmi 830.82 manat məbləğində borcun və 30 məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalan krediti və ona hesablanacaq faiz məbləğinin təminatı məqsədi ilə xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsini banka təqdim etmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli, TB ZAQ 17/12 saylı zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öbdəliklərinin yerinə yetiirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, krediti, Kredit üzrə hesablanmış faizləri və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1%-i miqdarına «Banka» dəbbə pulu ödəməlidir. Eyni zamanda Kredit müqaviləsinin 4-cü maddəsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borcverən öhdəliklərin icrasının təminat üsuluna yönəltmək hüququna malikdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 349.60 manat əsas, 397.60 manat faiz, 83,62 manat cərimə olmaqla, cəmi 830.82 manat məbləğində borcu qalmaqdadır. Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2mülki qanunvericiliyinin tələblərinə əsasən kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Lakin yenə də borc ödənməmişdir. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxıb iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, “xxxxxxxxxxx” ASC ilə bağladığı xx.xx.2012-ci tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. O, maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Gələcəkdə çalışıb az-az borcunu ödəyəcəkdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-ci il tarixli TB ZAQ 17/12 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-ci il tarixli TB ZAQ17/12 saylı zaminlik müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin bank qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxx 2018-ci il tarixli **********178 nömrəli arayışda göstərilmişdir ki, ləğv prosesində olan «xxxxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 266MNOD130010226 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixinə-müqavilə üzrə əsas borc-349.6 manat, hesablanmış və tələb olunan faiz 397.60 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 5%-83.62 manat-müqavilənin tələbləri əsasında yaranmış ümumi borc- 830.82 manat təşkil edir. Məhkəmə, məhkəmə iclasına gəlmiş cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 sözügedən kreditdən qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməmişdir. Dəfələrlə kredit və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh1 müraciətlər edilmiş, lakin Cavabdeh1 verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış TB ZAQ 17/12 saylı xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC tərəfindən cavabdehlərə mülki qanunvericiliyinin tələblərinə əsasən kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Lakin yenə də borc ödənməmişdir. İddiaçı cavabdehlərdən 349.60 manat əsas, 397.60 manat faiz, 83.62 manat cərimə olmaqla, cəmi 830.82 manat məbləğində borc tələb edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca və faiz borcuna görə aid hissədə əsaslıdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, əsas borcun miqdarı 349.60 manat, faiz borcu 397.60 manat olduğu halda, 83.62 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini,həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 8 (səkkiz) manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 349.60 manat əsas, 397.60 manat faiz, 8 manat cərimə olmaqla, cəmi 755,20 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı alınıb iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 349.60 manat əsas, 397.60 manat faiz, 8 manat cərimə olmaqla, cəmi-755,20 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı alınıb iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-681/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-681/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver