Məhkəmə qərarları › İş №2(019)-697/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-697/2020

16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-697/2020 16.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Məmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Məmməd oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onların birgə nikahlarından xx xxxxxx 2014-cü ildə anadan olmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı ildə anadan olmuş Baradova Səbinə Söbrab qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Məmməd oğlundan alınıb ona verilməli olan alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh Məmməd oğlundan hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Məmməd oğlu ilə 2012-ci ilin iyul ayının 27-də qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx xxxxxx 2013cü il tarixdə Balakən rayon Talalar kənd X1 06 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2014-cü ildə Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il təvəllüdlü Baradova Səbinə Söhrab qızı adlı uşaqları anadan olmuşlar. Onlar bir müddət birgə mehribançılıqla yaşamışlar. Sonradan cavabdehin özünü ailədə normal apara bilməməsi, evə tez-tez içkili gəlməsi, onu söyərək təhqir etməsi, ona əl qadlırması, artıq dözülməz bir hala çevrilmişdir. Onun valideynləri tərəfindən bu haqsızlıqlara son qoyulması cavabdehdən xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(019)-1835/2016 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və birgə nikahlarından olan xx xxxxxx 2014-cü il təvəllüdlü Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı il təvəllüdlü Baradova Səbinə Söhrab qızının onun himayəsində qalaraq onların hər ikisinin yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh Məmməd oğlundan hər ay hər uşağa görə 117 (bir yüz on yeddi manat) sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Bundan bir ay sonra cavabdeh ona və valideynlərinə yaxınlaşaraq düz fikirdə olmadığını və etdikləri əməllərdən peşman olduğunu bildirərək onunla barışaraq birgə yaşamaq istədiyini bildirdikdən sonra valideynləri də onun yalançı vədlərinə inanmış və ailə dağılmasın deyə barışığa razılıq vermişlər.Onlar barışdıqdan sonra cavabdeh ona icra işinin məhkəməyə göndərilməməsi üçün ərizə yazmaq lazım olduğunu bildirmişdir. O, ərizəni yazarkən heç bir notarial qaydada məhkəmə tərəfindən tətbiq edilən alimentdən imtina etməmişdir. Bir müddətdən sonra cavabdeh əvvəl etdiyi əməlləri təkrarlamağa başlamışdır və onlar təkrar ayrılmalı olmuşlar. Bundan sonra cavabdeh nə uşaqlara, nə də ailəsinə baxmış, evdən çıxıb öz anası evində qalmağa başlamışdır. Bundan sonra ailənin yükü onun və valideynlərinin üzərinə düşmüşdür. Cavabdeh hazıra kimi heç bir manatda olsa aliment ödəməmiş və heç kim ona aliment ödətdirə bilməz deyir. Hazırda uşaqlar böyüdükcə onların sosial problemləri də artmaqdadır. Cavabdeh həm uşaq baxçasında gözətçi işləyir, həm də qəssablıqla məşğul olur. Onun aliment ödəməyə imkanı var. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh BaradovSöhrab Məmməd oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxx 2012-ci ildə qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmiş, nikahlarını isə xx xxxxxx 2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2014-cü ildə Samir, xx xxxxxx 2016-cı ildə isə Səbinə adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar İddiaçı ilə ayrılmış və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə aralarında olan nikah pozulmuş, boşanmadan sonra birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının anaları İddiaçı yanında qalmaları, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər bir uşaq üçün 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. O, hazırda Talalar kənd uşaq baxçasında gözətçi işləməklə 237 manat əmək haqqı alır. Əlavə olaraq gündüz vaxtlarında ət satışı ilə məşğul olan şəxslərdən hər həftə ərzində 50 kq ət götürüb satmaqla məşğul olur. Ay ərzində 150-160 manat əldə edir. Əmək haqqını uşaqlara aliment ödəyir, digər əldə etdiyi gəlirlə isə özünü dolandırır. İddiaçı Balakən rayon mərkəzi xəstəxanasında işləməklə 262 manat gəlir əldə edir. Göründüyü kimi iddiaçının gəliri ondan çoxdur. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş 785 saylı arayışdan görünür ki, Baradova Səbinə Söhrab qızı xx xxxxxx 2016-cı ildə doğulmuşdur. Atası Cavabdeh Məmməd oğlu, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş 784 saylı arayışdan görünür ki, Baradova Samir Söhrab oğlu xx xxxxxx 2014-cü ildə doğulmuşdur. Atası Cavabdeh Məmməd oğlu, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(019)- 1835/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh Məmməd oğlunun iddiası təmin edilmiş, iddiaçı Cavabdeh Məmməd oğlu ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixdə Balakən rayonu Talalar kənd X1 06 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra iddiaçı Cavabdeh Məmməd oğlunun və cavabdeh İddiaçı uşaqları- xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızı anası İddiaçı yanında qalmaları,xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh Məmməd oğlundan hər ay hər bir uşaq üçün 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 2014-cü ildə qeyri-rəsmi nikahla Cavabdeh Məmməd oğlu ilə evlənmiş, nikahlarını xx xxxxxx 2013-cü il tarixdə Balakən rayon Talalar kənd X1 06 nömrə ilə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx xxxxxx 2014-cü ildə Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı ildə Baradova Səbinə Söhrab qızı adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1835/2016 nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh Məmməd oğlu ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixdə Balakən rayonu Talalar kənd X1 06 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra iddiaçı Cavabdeh Məmməd oğlunun və cavabdeh İddiaçı uşaqları- xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının anası İddiaçı yanında qalmaları, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçı Cavabdeh Məmməd oğlundan hər ay hər bir uşaq üçün 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “Yaşayış minimumu haqqında” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqlaın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(019)-1835/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2014-cü ildə anadan olmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı ildə anadan olmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh Məmməd oğlundan hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidlir. Cavabdeh Məmməd oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(019)-1835/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2014-cü ildə anadan olmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı ildə anadan olmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh Məmməd oğlundan hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh Məmməd oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar