Məhkəmə qərarları › İş №2(019)-701/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-701/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-701/2020 05.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zeynal oğluna və Cavabdeh4 Rüfət qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 11742.22 ABŞ dolları məbləğində kredit borcu, 9261.9 ABŞ dolları məbləğində faiz borcu və 7512.76 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28516 (iyirmi səkkiz min beş yüz on altı) ABŞ Dolları 88 (səksən səkkiz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 Balakən rayonu, Hənifə kəndində xüsusi mülkiyyətində olan 0.043 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 470.9 kv/m, yaşayış 115.4 kv/m, yardımçı 355.5 kv/m, Liter 2 Darvazadan ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 28516 (iyirmi səkkiz min beş yüz on altı) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 Balakən rayonu, Hənifə kəndində xüsusi mülkiyyətində olan 0.043 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 470.9 m2, yaşayış sahəsi115.4 m2 , yardımçı sahəsi 355.5 m2, Liter 2 Darvazadan ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 həmin torpaq sahəsinə və evə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı QSC məhkəməyə teleqrama göndərərək kredit borcunun ödənildiyini göstərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəcməddin oğlu, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə teleqram verdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə mülki iş baxılmamış saxlanmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zeynal oğluna və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar