Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-706/2020 23.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Göylərov Elgün İsa oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Göylərov Elgün İsa oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Göylərov Elgün İsa oğlundan 16613 (on altı min altı yüz on üç) manat məbləğində əsas borc, 7475 (yeddi min dörd yüz yetmiş beş ) manat 85 (səksən beş) qəpik dəbbə pulu olmaqla, cəmi 24088 (iyirmi dörd min səksən səkkiz) manat 85 (səksən beş) qəpik, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Göylərov Elgün İsa oğlu arasında xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Göylərov Elgün İsa oğlu İddiaçı MMC-yə 16613 manat borclu olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixdən, hər ay 2768,85 manat ödəməklə tam olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Göylərov Elgün İsa oğlu tərəfindən həmin borcdan hazırkı tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Cavabdeh Göylərov Elgün İsa oğlu ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 2.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İşə əlavə edilmiş MAPS arayışından görünür ki, Göylərov X1 şəhəri, S.Gözəlov küçəsi , ev 10, mənzil 11 ünvanında qeydiyyatdadır. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdeh Göylərov Elgün İsa oğlunun qeydiyyatda olduğu ünvana borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Göylərov Elgün İsa oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMCi ilə Göylərov Elgün İsa oğlu arasında bağlanmaqla, borclu iddiaçıya 16613 AZN borcu yarandığını tam etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixdən hər ay 2768.84 ödməklə tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən borclu tərəfindən ödəniş hər ayın başlandığı gündə edilməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən olunmuş son tarixə kimi tam ödənilmədikdə borclu borc məbləğindən əlavə ödəmə tarixindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5 faizi miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, cavabdeh Göylərov Elgün İsa oğlu ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”si bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Göylərov Elgün İsa oğlu İddiaçı MMC-yə 16613 (on altı min altı yüz on üç) manat borclu olduğunu etiraf etmiş və cavabdeh həmin məbləği xx.xx.2019-cu il tarixdən, hər ay 2768.84 manat ödəməklə tam olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Göylərov Elgün İsa oğlu borcdan hazırkı tarixədək heç bir ödəniş etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 370 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Göylərov Elgün İsa oğlundan 16613 (on altı min altı yüz on üç) manat məbləğində əsas borc, 370 (üç yüz yetmiş) manat dəbbə pulu, cəmi 16983 (on altı min doqquz yüz səksən üç) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu xərcinin 21,30 manatı alınıb İddiaçı MMC-ə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Göylərov Elgün İsa oğlundan 16613 (on altı min altı yüz on üç) manat məbləğində əsas borc, 370 (üç yüz yetmiş) manat dəbbə pulu, cəmi 16983 (on altı min doqquz yüz səksən üç) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu xərcinin 21,30 manatı alınıb İddiaçı MMC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-706/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-706/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver