Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-733/2020 30.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə 2660 manat əsas. 337.39 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli Alqı-satqı müqaviləsinə əsasən sonuncuya ümumi qiyməti-3070 manat dəyərində olan kombi və radiator satılmışdır. Alqı-satqı Müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, məbləği 18 aya bölərək hər ay üçün 170.56 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 3070 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək, əsas borcdan bu günədək 410 manat ödəniş etmiş, qalan 2662 manat əsas borcu hazıradək ödənməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə ona edilən şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qızından «xxxx» MMC-nin xeyrinə 2662 manat məbləğində əsas borcun, 337.39 manat cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, MMC-in direktoru Məmmədrzayev Rövşən Məmmədəli oğlu məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli ******* №-li Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən Cavabdeh qızına cəmi 3070 manat dəyərində «Verger-24KV markalı kombi və «Lonbordi» markalı radiator 18 ay müddətinə kreditlə-nisyə satılmışdır. Alqı-satqı müqaviləsininin 8.1-ci bəndinə əsasən Alıcı satılan əşyanın qiymətinin müqabilində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1(bir) gün üçün 1% cərimə ödəməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* №-li Alqı-satqı müqaviləsi üzrə 3070 manat əsas borcundan bu günədək 410 manat ödəniş etmiş, 2660 manat əsas, 337.39 manat cərimə borcu qalmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 10706862 №-li alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-dən dəyəri 3070 manatməbləğində kombi və radiatoru 18 aymüddətinə kreditlə-nisyə almışdır. Cavabdeh müqavilə üzrə borcdan cəmi 410 manat ödəniş etmiş, 2660 manat borcu qalmışdır. Ona 337.39 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-600.2-ci maddələrinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda,işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, cərimə yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 30 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2660 manat məbləğində əsas borc,30 manat məbləğində cərimə, ümumilikdə 2690 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq “xxxx” MMCnə ödənilməlidir. iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2660 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə, ümumilikdə 2690 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu,cəmi 2720 manat alınaraq “xxxx” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-733/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-733/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver