Məhkəmə qərarları › İş №2(019)-736/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-736/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-736/2020 30.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızının iştirakı ilə İddiaçı «xxxxxxx» Kommersiya Bankı X1 cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızına qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxx» Kommersiya Bankı X3 cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1925 ABŞ dolları əsas, 152,67 ABŞ dolları faiz və 4,60 ABŞ dolları cərimə olmaqla, cəmi 2082,27 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin alınıb iddiaçı «xxxxxxx» Kommersiya Bankı X1 xeyrinə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə xx xxxxxx 2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxx» KB X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxxxxx» Kommersiya Bankı X3 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 32 % ödəmək şərti ilə 1925 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin krediti alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı «xxxxxxx» KB X1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızı məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, o, «xxxxxxx» Kommersiya Bankı X3 ilə xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlamış və ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 32% ödəmək şərti ilə 1925 ABŞ dolları məbləğində kredit verilmişdir, lakin ona pul dollar ilə deyil, manatla verilmişdir. O, maddi imkanı olmadığına görə pulu ödəyə bilməmişdir, hazırda da ödəməsi mümkün deyildir. Hesab edir ki, onun maddi vəziyyəti nəzərə alınmalıdır. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan, xx.xx.2015-ci il tarixli 4353nkŞEHK/15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxxxxx» Kommersiya Bankı X3ndən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 32% ödəmək şərti 1925 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2015-ci il tarixli UB- BANK/PİKMD/378404 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh «xxxxxxx» Kommersiya Bankı X3nə 1925 ABŞ dolları əsas, 152,67 ABŞ dolları faiz və 4,60 ABŞ dolları cərimə olmaqla, cəmi 2082,27 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, «xxxxxxx» Kommersiya Bankı X3 ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 32% ödəmək şərti ilə 1925 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə onun 1925 ABŞ dolları əsas, 152,67 ABŞ dolları faiz borcu yaranmış, ona 4,60 ABŞ dolları cərimə hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə kreditor «xxxxxxx» Kommersiya Bankı X3 tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızından 1925 ABŞ dolları əsas, 152,67 ABŞ dolları faiz borcu, 4,60 ABŞ dolları cərimə borcu olmaqla cəmi-2082,27 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait alınıb iddiaçı «xxxxxxx» Kommersiya Bankı X1 xeyrinə ödənməlidir. Cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızından dövlət rüsumunun ödənilməmiş qalan 10 manatı alınıb dövlət büdcəsinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızından 1925 ABŞ dolları əsas, 152,67 ABŞ dolları faiz borcu, 4,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi-2082,27 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait alınıb iddiaçı «xxxxxxx» Kommersiya Bankı X1 xeyrinə ödənilsin. Cavabdeh Mahmudova (Mamedova) Minayə Rəcəbəli qızından dövlət rüsumunun ödənilməmiş qalan 10 manatı alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar