Məhkəmə qərarları › İş №2(019)-74/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-74/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-74/2021 02.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil1, Cavabdeh2, cavabdehin vəkili və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3nə qarşı Balakən rayonu Tülü kəndində yerləşən 0.24 ha torpaq sahəsi və bu torpağın üzərindəki 3 otaqlı həyət evinin X10 adına özəlləşdirilməsinin etibarsız sayılaraq, onun adına verilmiş çıxarışın ləğv edilməsi, X16 ilə Cavabdeh2 arasında Balakən rayon dövlət notariusunda 14 avqust 2015-ci il tarixli reyestrdə 4Ə-364 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması və sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən 0.24 ha torpaq sahəsi və bu torpağın üzərindəki 3 otaqlı həyət evinin X10 adına özəlləşdirilməsinin etibarsız sayılaraq, onun adına verilmiş çıxarışın ləğv edilməsi, X16 ilə Cavabdeh2 arasında Balakən rayon dövlət notariusunda 14 avqust 2015-ci il tarixli reyestrdə 4Ə-364 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması və sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianı onunla əsaslandırmışdır ki, iddiaçının atası Nümayəndə Vəli oğlu XX.XX.1872-Cİ ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, 21.12.1951-ci ildə vəfat etmişdir. İddiaçının atasının 6 oğlu, 2 qızı, cəmi 8 övladı olmuşdur. İddiaçının atasının övladlarından yeganə sağ qalan İddiaçıdur. Əsədin qardaşı X16 21.04.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının qardaşı X16 ölən gününədək ata yurdu olan Balakən rayonu, Tulu kəndində yaşamışdır. Tülü kəndində iddiaçının atası Nümayəndə Vəli oğluna məxsus 0,24 ha torpaq sahəsi və kürsülü 3 otaqlı həyət evi olmuşdur. Göstərilən ev 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmış, bu evin yerində 2013-cü ildə Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi tərəfindən 3 otaqlı ev tikilmişdir. İddiaçı, mərhum atası Nümayəndə Vəli oğlunun Tülü kəndində olan 0.24 ha torpaq sahəsinə və kürsülü 3 otaqlı həyət evinə Reyestr Xidmədində müvafiq sənədləşdirmə işlərini aparmaq üçün müraciərt edərkən məlum olmuşdur ki, atasından qalan miras əmlakı X16 öz adına özəlləşdirmiş, çıxarış almış, daha sonra Balakən rayon dövlət notariusunda 14 avqust 2015-ci il tarixli Reyestrdə 4Ə-364 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi ilə qonşusu Cavabdeh2 satmışdır. Cavabdeh2 iddaçının mərhum qardaşı - 10.02.1931-ci il təvəllüdlü X10 qocalığından, onun qonşusu olmasından sui-istifadə edərək iddiaçının babasına məxsus əmlakları ələ keçirmişdir. İddiaçı mərhum qardaşı X10 dəfn mərasimi keçirmiş, yas xərclərini çəkmiş və qəbrinin üstü iddiaçı tərəfindən götürülmüşdür. İddiaçının mərhum qardaşı X16 tərəfindən bu əmlakların özəlləşdirlməsi və eləcə də qonşusu Cavabdeh2 satması 4 il iddiaçıdan gizli saxlanılmış və ölümündən sonra bundan xəbəri olmuşdur. Azərbaycan Respublikası Əmlak Komitəsinin Yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi həmin əmlakları özəlləşdirərkən bunların kimə məxsus olmasını araşdırmamış və iddiaçının mərhum atasına məxsus olan əmlakları X10 adına özəlləşdirmişdir. Göstərilənlər əsasən hesab edir ki, iddiaçının mərhum atası Nümayəndə Vəli oğluna məxsus əmlaklar Tülü kəndində yerləşən 0.24 ha torpaq sahəsi və bu torpağın üzərindəki 3 otaqlı həyət evi X10 birbaşa öz adına özəlləşdırlməsi qanunsuz olduğundan ilkin özəlləşmə etibarsız sayılaraq, onun adına verilmiş çıxarış ləğv edilməlidir. Eyni zamanda X16 ilə Cavabdeh2 arasında Balakən rayon dövlət notariusunda 14 avqust 2015-ci il tarixli Reyestrdə 4Ə-364 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi etibarsız sayılmalı və sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Kənd camatı və eləcə şahidlər təsdiq edirlər ki, Tülü kəndində yerləşən 0.24 ha torpaq sahəsi və bu torpağın üzərindəki 3 otaqlı həyət evi Nümayəndə Vəli oğluna məxsus olmuşdır, onun vəfatından sonra, bu evdə onun ailə üzvləri yaşamış, X16 tərəfindən burada heç işlər görülməmiş, göstərilən ev 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmış, bu evin yerində 2013-cü ildə Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi tərəfindən 3 otaqlı ev tikilmişdir, iddiaçının mərhum qardaşı X10 dəfn mərasimini, yas xərclərini və qəbrinin üstünun götürülməsini iddiaçı həyata keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, X16 qonşusu olmuşdur. 2014-2015-ci illərdə X10 mülkiyyətində olan Balakən rayonu, Tülü kəndində yerləşən 0,2391 ha həyətyanı və 2013-ci ildə inşa edilmiş fərdi yaşayış evini satmaq istədiyini eşitmişdir. Həmin daşınmaz əmlakın əlverişli qiymətə satılması və evinə yaxın olması səbəbindən X16 ilə görüşmüş və sonuncu ilə evin alqı-satqısı barədə razılşamışdır. 14 avqust 2015-ci il tarixdə özü və X16 alqı-satqı müqaviləsini rəsmiləşdirmək məqsədi ilə Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmişlər. Qeyd olunan daşınmaz əmlakı X9 15000 (on beş min) manata almış və aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. İddiaçının qeyd etdiikləri əsassızdır. O, X11 aldatmamışdır. Belə ki, notarisu tərəfindən müqavilə bağlanan zaman hər iki tərəfə hüquq və vəzifələri, o cümlədən, müqavilənin bağlanmasının hüquqi nəticələri izah edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-Vəkil2 da Cavabdeh2 izahatına uyğun izahat verərək, iddianın əsassız olması və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 -ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən 07 may 2019-cu il tarixdə verilmiş 653 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X16 1931 -ci ildə anadan olmuş, atası Nümayəndə Veli oğlu, anası isə X6 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən 07 may 2019-cu il tarixdə verilmiş 652 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, İddiaçı 05 iyul 1933-cü ildə anadan olmuş, atası Nümayəndə Vəli oğlu, anası isə X7 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 29 aprel 2019-cu il tarixdə verilmiş ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 21.04.2019-cu il tarixdə ölmuşdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş 14.08.2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 rayonu Tülü kəndində yerləşən 0.2391 ha torpaq sahəsini və ümumi sahəsi 60.60 kvm olan fərdi yaşayış evini 15000 manata Cavabdeh2 satmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş mədaxil orderindən görünür ki, Cavabdeh2 yaşayış evinin alqı-satqıısı üçün 15000 (on beş min) manat ödəniş etmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədiq edilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 60.6 kv.metr fərdi yaşayış evi və 0.2391 ha həyətyanı torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüquqları 21.08.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli, 4/467 nömrəli rəyindən məlum olur ki, 14.08.2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsində satıcı hissəsində “X16” qrafasındakı imzalar X16 tərəfindən icra edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2, cavadehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunan səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1 -ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331 -ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarının tələbindən görünür ki, hazırki işdə iddiaçı Balakən rayonu, Tülü kəndində yerləşən 0,2391 ha həyətyanı və 2013-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində X10 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınmasının əsassız olması, o cümlədən, Cavabdeh2 X11 aldadaraq 14 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsini bağlatdırması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki qanunun tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Əksinə iddiaçının iddia ərizəsinə əlavə etdiyi iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin 21 noyabr 2019-cu il tarixli, **********72 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən məlum olur ki, 0,2391 ha həyətyanı və 2013-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində X10 mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq qeydə alınmışdır. Qeyd olunanlar iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Hazırki işlə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda əqd etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İş üzrə iddiaçı14 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onların üzərinə düşür. Məhkəmə 14 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq, həmçinin qeyd edir ki, həmin müqavilədə bütün rekvizitlər; müqavilə tərəflərinin adları (soyadları, adları və atalarının adları) və müqavilənin predmeti göstərilmiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin nəticələri barədə onlara xəbərdarlıq edilmiş, tərəflər müqaviləyə şəxsən imza etmiş, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, tərəflərin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətinin yoxlanması, müqavilənin təsdiqi üzrə dövlət rüsumunun tutulması və müqavilənin müvafiq nömrə ilə informasiya sisteminə daxil edilməsi qeyd edilmiş, müqavilə notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Həmin müqavilədə olan imzanın X12 məxsus olması iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli, 4/467 nömrəli rəyi ilə də təsdiq olunur. Eyni zamanda həmin müqavilənin tamlığını və düzgünlüyünü pozan hər hansı pozuntu və qanunsuzluqlar müəyyən edilməmişdir. İş materialları ilə mübahisələndirilən 14 avqust 2015-ci il tarixli alqı-atqı müqaviləsinin bağlanması üçün tərəflərin iradəsinə hər hansı formada təsir edilməsi; hakimiyyətdən suiistifadə, aldatma, hədə təsiri altında, bir tərəfin o biri tərəflə pis niyyətlə razılığa gəlməsi və ya iddiaçının ağır vəziyyətə düşməsi nəticəsində, həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdin bağlanması halları müəyyən edilməmişdir. 14 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması tərəflərin iradə ifadəsinin nəticəsi olmuş, hüquq və vəztifələri izah edilməklə onlar notariat hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edilmiş və həmin şəxslar buna imza etmişlər. İş üzrə iddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddianın iddia predmetini təşkil edən ev və torpaq sahəsinin X10 adına özəlləşdirilməsinin etibarsız sayılaraq onun adına verilmiş çıxarışın ləğv edilməsi, həmçinin Cavabdeh2 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələblərinə hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, həmin tələblər hissəsində də iddia təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, sözügedən ev və torpaq sahəsi Şaban Qarayev tərəfindən özəlləşdirilməmişdir. İddiaçı həmin ev və torpaq sahəsinin onun atasına məxsus olması və Şaban Qarayev tərəfindən qanunu pozmaq yolu ilə öz adına sənədləşdirilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı bu halı sübut edə bilməmişdir. Əksinə iş materiallarından görünür ki, iddia predmetini təşkil edən ev X16 tərəfindən özünə məxsus torpaq sahəsində inşa edilmiş və onun həmin evə və torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona qanunamüvafiq qaydada çıxarış verilmişdir. X12 münasibətdə həmin hüquqla bağlı reyestrin düzlüyü və tamlığı prinsipi qüvvədə olmuşdur. Bu qeydiyyatla bağlı reyestr qeydiyyatının tamlığı və düzlüyü prezumpsiyasının pozulması isə iş materialları ilə müəyyən olunmur və iddiaçı da bunu sübut edə bilməmişdir. X16 qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqlarını həyata keçirərək, onun xüsusi mülkiyyətində olan evə və torpaq sahəsinə dair sərəncam verərək, həmine evi və torpaq sahəsini 14 avqust 2015-ci il tarixdə X1 və Cavabdeh2 da həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 münasibətdə də reyestrin tamlığı və düzgünlüyü prezumpsiyası qüvvədədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. X3, istərsə də Cavabdeh2 sözügedən daşınmz əmlaka dair hüquqları qanun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onlara müvafiq çıxarışlar verilmişdlir. Həmin çıxarışların ləğv edilməsi üçün isə heç bir faktoloji və hüquqi əsaslar yoxdur və iş üzrə iddiaçı tərəfindən də belə əsasların olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda işdəki sübutlara istinad edən məhkəmə onu da qeyd edir ki, İddiaçı X10 adına verilmiş çıxarışın, 14 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğvi barədə iddia qaldırmaq üçün subyektiv hüquq belə olmamışdır. Belə ki, iddiaçı Əsəd X2 mülkiyyət hüquqları olan evin və torpaq sahəsinin ona hər hansı formada aid olmasını, onun atasına məxsus olmasını, atasının miras predmetini təşkl etməsini və ona da bu mirasdan pay düşməli olmasını sübut edə bilməmişdir. Digər tərəfdən İddiaçı sözügedən 14 avqust 2015-ci il tarixli alqısatqı müqaviləsinin tərəfi olmamış və həmin müqavilənin onun hansı hüquqlarına toxunmasını sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa ləğvini tələb etdiyi Cavabdeh2 qeydiyyat vəsiqəsinin (çıxarışın) onun həmin əmlakla bağlı hansı hüquqlarını pozmasını sübüt edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən də hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda istinad olunan Konstitusiyasın 60-cı maddəsindən və Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırki halda iddiaçının hazırki iddia tələbi ilə bağlı sübyektiv hüququ mövcud deyildir. Göstərilənlər hazırki iddianın tamamilə əsassız olmasını göstərir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hətta iddiaçının bu tələblərlə bağlı sübyektiv hüququ mövcud olsaydı belə, o, 14 avqust 2015-ci il tarixli əqdin etibarsız sayılması və sözügedən çıxarışların ləğv edilməsi üçün qanunda kəsici müddət kimi nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bu da iddianın rədd olunması üçün qanunda göstərilmiş bir əsasdır. Belə ki, iş materiallarından görünür ki, 14 avqust 2015-ci il tarixli müqavilə üzrə evə və torpaq sahəsinə sahiblik və istifadə hüququ titul sahibliyi əsasında X18 Süleymanova keçmişdir. Ona görə də həmin vaxtdan iddiaçı bu əqd üzrə ehtimal edilən hüquqlarının pozulduğunu bilməli idi. Lakin bu müddətdən 5 ilə yaxın vaxt keçdikdən sonra iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmiş və kəsici iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2, cavabdehin vəkilinümayəndəsi Vəkil2 izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3nə qarşı Balakən rayonu Tülü kəndində yerləşən 0.24 ha torpaq sahəsi və bu torpağın üzərindəki 3 otaqlı həyət evinin X10 adına özəlləşdirilməsinin etibarsız sayılaraq, onun adına verilmiş çıxarışın ləğv edilməsi, X16 ilə Cavabdeh2 arasında Balakən rayon dövlət notariusunda 14 avqust 2015-ci il tarixli reyestrdə 4Ə-364 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması və sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, İddiaçı 14 iyun 2021-ci il tarixli, 4/467 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı 14 iyun 2021-ci il tarixli, 4/467 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar