Məhkəmə qərarları › İş №2(019)-741/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-741/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-741/2020 02.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək iddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00249-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə ödənilməmiş 929.87 manat əsas, 3.84 manat faiz borcu olmaqla cəmi-933.71 məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının alınıb iddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə cavabdeh Cavabdeh arasında xx.xx.2019-cu il tarixli RPF-00249-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən BANK “BTB” Açıq Səhmdar Cəmiyyəti 1032 (bir min otuz iki) manat 07 (yeddi) qəpik məbləğində krediti illik 1(bir) faizlə 60 (altmış) ay müddətinə cavabdeh Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış FM-00150-17/13A saylı xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixədək faiz ilə birlikdə BANK “BTB” Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya ediliməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00249- 16/19A saylı xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 929.87 manat əsas borc, 3.84 manat faiz borcu vardır. Beləliklə cavabdehin 14.08. 2020-ci il tarixinə ümumi borcu 933.17 manat təşkil edir. İddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə teleqrama göndərərək xx.xx.2020-ci il tarixə saat 09:30-a təyin olunmuş məhkəmə baxışını onların iştirakı olmadan keçirib, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan, xx.xx.2019-cu il tarixli RPF-00249-16/19A saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh BANK «BTB» Açıq Səhmdar Cəmiyyətindən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1032.07 manat kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü gündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli RİED 2020/4864 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh BANK “BTB” Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixə borcu 929.87 manat əsas, 3.84 manat dəbbə pulu olmaqla, cəmi 933.71 manat təşkil edir, Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, BANK “BTB” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcluya 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1032.07 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdehmüqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Cavabdeh Göylərov Sahib Şahruddin oğlu kredit müqaviləsinin müddəti ərzində öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür. Borcluya dəfələrlə şifahi telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq o, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına əməl etməmişdir. Nəticədə onun 929.87 manat əsas, 3.84 manat cərimə borcu yaranmışdır. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 929.87 manat əsas, 3.84 manat faiz borcu, olmaqla cəmi-933.71 məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqı alınıb iddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh 929.87 manat əsas, 3.84 manat faiz borcu, olmaqla cəmi-933.71 məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının alınıb iddiaçı BANK «BTB» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar