Məhkəmə qərarları › İş №2(019)-758/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-758/2021

16.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-758/2021 16.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 2.100 (iki min yüz) manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 2.131 manat məbləğində pulun Cavabdeh tutularaq ona, yəni İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 2.100 (iki min yüz) manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 200 (iki yüz) manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat, cəmi 2331 manat məbləğində pulun Cavabdeh tutularaq ona yəni İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 2.100 (iki min yüz) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat, hüquqi xidmətə çəkdiyim xərcin əvəzi olaraq 200 (iki yüz) manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat, cəmi 7331 (yeddi min üç yüz otuz bir) manat məbləğində pulun Cavabdeh tutularaq ona, yəni İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizələr Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, hazırki iş üzrə Cavabdeh ilə iş yoldaşı olmuşdur. Əvvəllər onunla Bakı şəhərində yerləşən '‘X6 Group” şirkətinə aid restoranda birlikdə mühafizəçi işləmişlər. İş yoldaşı olduğundan onunla yaxın münasibəti yaranmışdır. 2020-ci ilin noyabr ayında özünə təzə “İphone 11 Black 64 gb” markalı mobil telefon almışdır. 23 noyabr 2020-ci il tarixində bir dəfə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 May" metrosu yaxınlığında olan “Kardeşler” çay evində Nadirlə görüşdükdə o, onda olan həmin “İphone 11 Black 64 gb”markalı telefonu görüb xoşuna gəlmişdir. Ona bildirmişdir ki, bu telefon 2600 (iki min altı yüz) manat dəyərindədir. Həmin vaxtı Nadir demişdir ki, bacısı da özünə bu cür təzə telefon almaq istəyir. Özü ondan xahiş etmişdir ki, həmin mobil telefonunu ona versin ki, aparıb onu bacısına göstərsin. O, buna etiraz etməmişdir. Həmin çay evində öz mobil telefonunu ona vermiş, götürüb aparmışdır. İş elə gətirmişdir ki, bir neçə gün Nadiri görə bilməmişdir. Nəhayət sonra onunla qarşılaşanda mobil telefonunu soruşduqda bildirmişdir ki, telefonu bacısına göstərmiş, telefon da onda qalmışdır. Sonra bacısı da, həmin telefonu özü ilə Balakən rayonuna aparmışdır. Nadir ona söz vermişdir ki, bacısı ilə danışacaqdır və telefonu geri göndərəcəklər. Lakin xeyli vaxt keçmiş və Nadir verdiyi sözünə əməl etməmişdir. Bir gün eşitmişdir ki, belə əməllərinə görə və işdə də digər iş yoldaşlarından pul almış və onları da aldatdığına görə işdən çıxarmışlar. O, onunla dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlasa da, hər dəfəsində bir bəhanə uydurub, rayonda olduğunu və tezliklə telefonunu və ya onun dəyərini təşkil edən 2600 manatı göndərəcəyini demişdir. Hətta bir dəfə təklif etmişdir ki, “qoy telefon bacısında qalsın. Mənə təzə telefon alıb göndərəcəkdir’. Lakin o, onun bu təklifi ilə razılaşmamışdır. İsrar etmişdir ki, telefonunu qaytarsın. Sonrakı aylarda Bakı şəhərində xüsusi karantin tejimi tətbiq olunduğundan o, şəhərdən rayona gedib çıxa bilməmişdir. Nadir də karantini bəhanə gətirib, onu hər dəfəsində yola verməklə məşğul olmuşdur. Nəhayət 15 aprel 2020-ci il tarixdə evdə televizora baxdıqda görmüşdür ki, Nadiri Balakən rayonunda oğurluq etmək üstündə tutmuşlar. Onda qəti anlamışdır ki, Nadir onu aldadır və telefonunu qaytarmayacaqdır. Onda onun atası Nurəddinlə telefonda danışmış və ona bildirmişdir ki, əgər oğlu telefonunu və ya onun dəyərini təşkil edən 2600 (iki min altı yüz) manat pulunu ona ödəməsə, o da şikayətçi olacaqdır. Nürəddin xahiş etmişdir ki, şikayət verməsin, oğlu Nadir telefonu başqasına satıb və onu inandırmışdır ki, özü hissə-hissə də olsa, pulunu ödəyəcəkdir. O, hətta inandırıcı olması üçün 2020-ci ilin aprel ayında sübut olaraq 500 (beş yüz) manat adına pul göndərmişdir. Nürəddin ona söz vermişdir ki, yerdə qalan aylarda ona hissə-hissə pul göndərəcəkdir və uzağı 03 ay ərzində pulu tam ödəyib qurtaracaq. Lakin həmin vaxt da keçdikdən sonra ona bir manatda ödənməmişdir. Vəziyyəti belə gördükdən sonra o, Balakən Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Lakin araşdırmadan sonar aralarında olan münasibətlərin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. Göstərilən tarixdən bu günədək də Cavabdeh tərəfindən ona dəymiş 2100 manat maddi ziyan ödənilmədiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, 23 noyabr 2019-cu ildə İddiaçı 2600 manat dəyərində “İphone 11 Black 64 gb” markalı mobil telefonu 6 aya ödəmək şərtilə almışdır. Həmin telefonun dəyəri olan 2600 manatdan müxtəlif vaxtlarda İddiaçın iki dəfə hər dəfə 200 manat, cəmi 400 manat, 280 manat dəyərində 1 ədəd telefon və 500 manat olmaqla, ümumilikdə 1180 manat ödəmişdir. Halhazırda iddiaçıya 1420 manat borcu qalmışdır. İddiaçı ona qarşı 2100 manat pul tələbini qismən-1420 manat hissədə qəbul edir. İddianın qismən-1420 manat hissədə təmin olunmasına etiraz etmir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən İddiaçı Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, o, hazırda Bakı şəhərində yerləşən “Qesko” mühafizə şirkətində mühafizəçi olaraq işləyir. Haqqında soruşulan Balakən rayonu Katex kənd sakir X1 iş yoldaşı olmuşdur. Əvvəllər onunla Bakı şəhərində yerləşən “X7 Group” şirkətinə aid restoranda birlikdə mühafizəçi işləmiş, iş yoldaşı olduğundan onunla yaxın münasibəti yaranmışdır. 2020-cı ilin noyabr ayında özünə təzə 'İpone 11” markalı mobil telefon almışdır. 23 noyabr 2020-cı ıl tarixdə bır dəfə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 may metrosu” yaxınlığında olan "Kardesler” çay evində Nadirlə görüşdükdə o, onda olan həmin “ipone 11 markalı telefonu görüb xoşuna gəlmişdir. Ona bildirmişdir ki, bu telefon 2600 (iki min altı yüz) manat dəyərindədir Həmin vaxtı o, demişdir ki, bacısı da özünə bu cür təzə telefon almaq istəyir. Özü ondan xahiş etmişdir ki, həmin mobil telefonunu ona versin ki, aparıb onu bacısına göstərsin. O, buna etiraz etməmişdir. Həmin çay evində öz mobil telefonumu ona vermiş, götürüb aparmışdır. İş elə gətirmişdir ki, bir neçə gün Nadiri görə bilməmişdir. Nəhayət sonra onunla qarşılaşanda mobil telefonunu soruşduqda bildirmişdir ki, telefonu bacısına göstərmiş, telefon da onda qalmışdır. Sonra bacısı da həmin telefonu özü ilə Balakən rayonuna aparmışdır. O, ona söz vermişdir ki, bacısı ilə danışacaqdır və telefonu geri göndərəcəklər. Lakin xeyli vaxt keçmiş və Nadir verdiyi sözünə əməl etməmişdir. Bir gün eşitmişdir ki, belə əməllərinə görə və işdə də digər iş yoldaşlarından pul almış və onları da aldatdığına görə işdən çıxarmışlar. O, onunla dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlasa da, hər dəfəsində bir bəhanə uydurub rayonda olduğunu və tezliklə telefonunu və ya onun dəyərini təşkil edən 2600 manatı göndərəcəyini demişdir. Hətta bir dəfə təklif etmişdir ki, “qoy telefon bacısında qalsın. Mənə təzə telefon alıb göndərəcəkdir’. Lakin o, onun bu təklifi ilə razılaşmamışdır. İsrar etmişdir ki, telefonunu qaytarsın. Sonrakı aylarda Bakı şəhərində xüsusi karantin tejimi tətbiq olunduğundan o, şəhərdən rayona gedib çıxa bilməmişdir. Nadirdə karantini bəhanə gətirib onu hər dəfəsində yola verməklə məşğul olmuşdur. Nəhayət 15 aprel 2020-ci il tarixdə evdə televizora baxdıqda görmüşdür ki, Nadiri Balakən rayonunda oğurluq etmək üstündə tutmuşlar. Onda qəti anlamışdır ki, o, onu aldadır və telefonunu qaytarmayacaqdır. Onda onun atası Nurəddinlə telefonda danışmış və ona bildirmişdir ki, əgər oğlu telefonunu və ya onun dəyərini təşkil edən 2600 (iki min altı yüz) manat pulunu ona ödəməsə, o da şikayətçi olacaqdır. Nürəddin xahiş etmişdir ki, şikayət verməsin, oğlu Nadir telefonu başqasına satıb və onu inandırmışdır ki, özü hissə-hissə də olsa pulunu ödəyəcəkdir. O, hətta inandırıcı olması üçün 2020-ci ilin aprel ayında sübut olaraq 500 (beş yüz) manat adına pul göndərmişdir. Nürəddin ona söz vermişdir ki, yerdə qalan aylarda ona hissə-hissə pul göndərəcəkdir və uzağı 03 ay ərzində pulu tam ödəyib qurtaracaq. Lakin həmin vaxt da keçdikdən sonar ona bir manat da ödənməmişdir. Vəziyyəti belə gördükdən sonra o, Balakən Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Cavabdeh onu aldadaraq 2600 (ikı min altı yüz) manat pulunu dələduzluq yoiu iiə mənimsəmişdir. Ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini, eləcə də ona dəymiş 2600 (iki min altı yüz) manat məbləğində ziyanı ödəməsini tələb edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən İddiaçı Bakı Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Zaur Əliyevə veridiyi izahatında göstərir ki, 23.11.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Kardeşlər kafesində əvvəllər onunla Bakı şəhərində yerləşən '‘X6 Group” şirkətinə aid restoranda birlikdə mühafizəçi işlədiyi iş yoldaşı Nadirlə görüşüb əyləşmişlər. İş yoldaşı Cavabdeh olğu oturduqları Kardeşlər kafesində ona məxsus olan “İphone 11 Black 64 gb” markalı mobil telefonu stolun üstündə görüb bacısının İPHONE 11 mobil markalı telefon almaq istədiyini demişdir. O da İphone 11 markalı mobil telefonu bacısına göstərmək üçün ona vermişdir. Bir neçə gündən sonra Nadirlə görüşəndə ona məxsus olan telefonun bacısında olduğunu, bacısının da rayona getdiyi səbəbindən telefonu qaytara bilməyəcəyini demişdir. Hər dəfəsində iş yoldaşı Nadirlə telefon əlaqəsi yaratdıqda ona məxsus olan telefonu gətirib söyləsə də, hər dəfəsində bəhanə gətirmişdir. Ona məxsus olan İPHONE 11 markalı mobil telefonun ona qaytarılmasına köməklik edilməsini xahiş edir. İş materiallarında olan 15.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 31 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, hazırki işlə bağlı hüquqi yardıma görə İddiaçı vəkilə 200 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 23 noyabr 2020-ci il tarixdə İddiaçı məxsus “İphone 11 Black 64 gb” markalı mobil telefonu 2600 manata pulunu 6 aya hissə-hisə ödəmək şərtilə almış, həmin pulun 500 manatı ödənilmiş, 2100 manatı isə indiyə qədər ödənilməmişdir. Bununla da Nürəddinov X2 Fərid İlqar oğluna 2100 manat maddi ziyan vurmaqla, İddiaçı hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin 2100 manat pul Cavabdeh alınıb, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məxcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasənborclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh qarşı vurduğu ziyanını əvəzi olaraq 2100 manat pul tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia iddiaçı İddiaçı Cavabdeh qarşı 5000 manat mənəvi ziyan tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmaıl və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Hazırki işdə İddiaçı Cavabdeh tərəfindən ona mənəvi zərər vurulması və həmin mənəvi zərərin məhz 5000 manat olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı Cavabdeh ona 5000 manat məbləğində mənəvi zərər vurması, həmin məbləğdə mənəvi zərərin məhv Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulması, bu məbləğdə zərərlə Cavabdeh hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və Cavabdeh həmin məbləğdə mənəvi zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da mənəvi zərərlə bağlı iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanunun tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 5000 manat mənəvi ziyan tələbi heç bir faktoloji və hüquqi əsasa malik deyildir və ona görə də təmin olunmamalıdır. Məhkəmə iddiaçının hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 200 manat tələbinə hüquqi qiymət verərək, hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanun normasının məzmunundan göründüyü kimi, qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatan məbləğdə müəyyən edilərək xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini, xeyrinə qətnamə çıxarılan tərəfin təqdim etdiyi hesabın və konkret halların, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. halların nəzərə alınması ilə şərtləndirmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə hüquqi yardıma görə İddiaçı tərəfindən nümayəndəsi-vəkili Vəkil 200 manat ödənilmişdir (22.07.2021-ci il tarixli qəbz). Hazırki iddia ərizəsini vəkil-nümayəndə Vəkil tərtib etmiş və o, işin məhkəmə proseslərində 2 dəfə Bakə şəhərindən Balakən şəhərinə gəlməklə iştirak etmişdir. Məhkəmə iş materiallarına əsasən o qənaətə gəlir ki, hazırki mülki iş iddianın predmetinə, tələbin həcminə, iddiaçı və cavabdehin sayına, iş üzrə şahidlərin dindirilməməsinə və keçirilən məhkəmə proseslərinin sayına görə mürəkkəb iş sayıla bilməsə də, nümayəndə-vəkil 2 dəfə iş üzrə məhkəmə proseslərində iştirak etmiş, hər dəfə Bakı şəhərindən Balakən şəhərinə gəlib-getmişdir. Ümumməlum faktdır ki, Bakı şəhərindən Balakən şəhərinə məsafə 500 km-ə yaxın bir məsafədir. Ona görə də hüquqi yardıma görə xərclənən həmin 200 manat məbləğ ağlataban məbləğdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə iddiaçıya göstərilmiş hüquqi yardıma görə xərcin 200 manat məbləğində müəyyən edilməsi işin halları ilə müqayisədə ağlabatan məbləğ hesab olunmalı və həmin məbləğ cavabdehlərdən alınaraq, iddiaçıya ödənilməlidir. İş üzrə Cavabdeh iddia tələbinə etiraz olaraq telefonun dəyəri olan 2600 manatdan iddiaçının etiraf etdiyi 500 manatdan əlavə müxtəlif vaxtlarda İddiaçı iki dəfə hər dəfə 200 manat, cəmi 400 manat, 280 manat dəyərində 1 ədəd telefon ödəməsini göstərsə də, həmin qeyd etdiyi 400 manatı və və 280 manat dəyərində bir telefonu-ümumilikdə 680 manatı iddiaçıya ödəməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmiş, iddia tələbinə bu etirazanı əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə iddia tələbininə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, iddianı qismən-1420 manat hissədə etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh dəymiş maddi ziyana görə 2100 (iki min yüz) manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 200 (iki yüz) manat və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 9,8 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun; Cavabdeh dəymiş maddi ziyana görə 2100 (iki min yüz) manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 200 (iki yüz) manat və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 9,8 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar