Məhkəmə qərarları › İş №2(019)-780/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-780/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-780/2020 18.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı BOKT «İddiaçı Azərbaycan» MMC-nin Cavabdeh1 Nürəddin qızına qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “İddiaçı Azərbaycan” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə sadələşdirilmiş icraat qaydasında baxmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 738.18 manat əsas, 230 manat faiz olmaqla-cəmi 968.18 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında məhkəməyə ərizə verərək göstərmişdir ki, 2(019)-780/2020 saylı mülki iş üzrə kredit və faiz borcunun tutulmasına dair iddia üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh2 vəfat etdiyi müəyyən edilmişdir. Həmin iş üzrə cavabdeh qismində yalnız Cavabdeh1 cavabdeh kimi tanınmasını təmin etməyi və Cavabdeh1 738.18 manat əsas, 230 manat faiz olmaqla cəmi 968.18 manat borcun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat məbləğində pulun alınaraq “xxxx” MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı Azərbaycan” MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı “İddiaçı Azərbaycan” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə məqsədli istifadə üçün 18 ay müddətinə illik 21% ödəmək şərti ilə, 1400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, kreditor ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə «İddiaçı Azərbaycan» MMC-ə 738.18 manat əsas kredit borcu, 230 manat faiz borcu olmaqla, cəmi 968.18 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Zamin Cavabdeh2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ona görə də borcun əsas borcludan tutulmasını tələb edirlər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı-dən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 18 ay müddətinə illik 21% ödəmək şərti ilə, 1400 manat məbləğində kredit almışdır. O, əvvəllər kredit borcunu ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Faizin silinməsini istəyir. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli 328/5 saylı Kredit Müqaviləsindən görünür ki, BOKT «İddiaçı Azərbaycan» MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 21% ödəmək şərti ilə, 1400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. İşdə olan BA/331 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə 738.18 əsas kredit borcu, 230 manat faiz borcu, 968.18 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 842862 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı BOKT “İddiaçı Azərbaycan” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 18 ay müddətinə illik 21% ödəmək şərti ilə, 1400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə əsasən bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Nəticədə onun kredit müqaviləsi üzrə «İddiaçı Azərbaycan» MMC-ə 738.18 əsas kredit borcu, 230 manat faiz borcu olmaqla, cəmi 968.18 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı “İddiaçı Azərbaycan” MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh1 738.18 manat əsas kredit borcu, 230 manat faiz borcu olmaqla, cəmi 968.18 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu xərci alınıb iddiaçı BOKT “İddiaçı Azərbaycan” MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh1 738.18 manat əsas kredit borcu, 230 manat faiz borcu olmaqla, cəmi 968.18 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu xərci alınıb iddiaçı BOKT “İddiaçı Azərbaycan” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar