Məhkəmə qərarları › İş №2(019)-787/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-787/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-787/2021 28.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Şöbəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonunun Tülü kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh mobil nəzarət qurğusunun qalan dəyəri olan 1286 manat 3 qəpik vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilinəsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şöbəsi iddiasını onunla əsaslandırmışdır ki, Osmanov X2 Rayon Məhkəməsinin 05.08.2020-ci tarixli, 1(019)-25/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək, 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edillmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00- dan 06:00-dək yaşayış yerini tərk etməmək, Balakən-Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm İddiaçı Şöbəsinin icraatına 27.08.2020-ci il tarixdə daxil olmuşdur. Məhkum Cavabdeh 03.09.2020-cu il tarixdə şöbənin qeydiyyatına götürülmüş və ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmənin hökmünün icrası ilə əlaqədar məhkuma 08.01.2020-ci il tarixdə 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq və 03 ədəd ev siqnal ötürücüləri olmaqla elektron nəzarət vasitələri tətbiq edilmiş və nəticəsi barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh 07.04.2021-ci il tarixdə İddiaçı Şöbəsinə gələrək, 07.04.2021-ci il tarixdə, təxminən saat 15 radələrində Balakən rayonu Tülü kəndində yaşayan xalasıgildə olduğunu, onlarda işlədiyini, onların həyətindəki navesində lambir vurarkən ayağaltıdan yıxılaraq üzərində olan mobil nəzarət qurğusunun ekranını istəmədən qırdığını, ekranın görüntüsünün yararsız vəziyyətə düşdüyünü bildirmişdir. O, qeyd etmişdir ki, həmin vaxt mobil qurğunun ekranı qırılaraq sınmış və görüntüsü, ekranı tam olaraq yararsız vəziyyətə düşmüşdür. O, bunu qəsdən etmədiyini bildirmişdir. Məhkumdan təhvil alınmış elektron nəzarət vasitələrinə tərəflərindən baxış keçirilən zaman həqiqətən məhkuma yararlı vəziyyətdə təhvil verilmiş elektron nəzarət qurğularından mobil qurğunun ekranının sındığı müəyyən edilmişdir. Cavabdeh, həmçinin izahatında İddiaçı Şöbəsində qeydiyyata alındığı gün, ona 05.10.2020-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edildiyi gün məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları və şərtləri izah edilən zaman Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələbləri, yəni tətbiq edilmiş elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı barədə xəbərdar edildiyini, lakin maddi imkanı olmadığına görə mobil nəzarət qurğusunun dəyərini birdəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Hesab edirlər ki, hazırki iş üzrə Cavabdeh yetəri qədər məsuliyyətli olmadığına görə ona təhkim edilmiş elektron nəzarət qurğularından mobil nəzarət qurğusu yararsız hala düşmüş və nəticədə dövlətə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri 1346 manat 03 qəpik təşkil edir. Məhkum, Cavabdeh vurduğu ziyandan cəmi 60 manatını müvafiq bank hesabına ödəmişdir. Məhkum həmin elektron nəzarət vasitəsinin dəyərini ödəyə bilməyəcəyini bildirdiyinə və belə olan halda mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı Şöbəsinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, həqiqətən də onun təqsiri üzündən üstündə olan mobil nəzarət qurğusunun ekranının zədələndiyini, nəticədə dövlətə 1346 manat 03 qəpik ziyan vurduğunu, bu ziyanın 60 manatını bank vasitəsilə ödədiyini, onun hazırda 1286 manat 3 qəpik borcunun olduğunu, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli, 1(019)-25/2020 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 04 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixə kimi tutulub saxlandığı və ev dustaqlığında olduğu 7 (yeddi) ay 1 (bir) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi və məhkumun xəbərdarlıq olunması barədə 05 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, “İdrak” şirkətinin istehsalı olan (nömrəsi 000.000.00- 1746PC2) 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü və 1 ədəd adaptr (usb-si ilə) ilə məhkum Cavabdeh təhvil verilərək, elektron qolbaq onun ayağına taxılmışdır. İş materiallarında olan Cavabdeh 07.04.2021-ci il tarixli izahatında göstərilir ki, o, Balakən Rayon Məhkəməsinin 05.08.2020-ci tarixli, 1(019)-25/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin qoyulduğu qanunla ona izah edilmişdir. O, bildirir ki, 07.04.2021-ci il tarixdə, saat 15 radələrində Balakən rayonu Tülü kəndində yaşayan xalasıgildə olmuş, onlarda işləmişdir. Onların həyətindəki navesində lambir vurarkən, yəni ona kömək edərkən ayağaltıdan yıxılaraq üzərində olan mobil nəzarət qurğusunun ekranını istəmədən qırmış, ekranın görüntüsü yararsız vəziyyətə düşmüşdür. Bildirmək istəyir ki, həmin vaxt mobil qurğunun ekranı qırılaraq sınmış və görüntüsü, ekranı tam olaraq yararsız vəziyyətə düşmüşdür. O, bunu qəsdən etməmişdir. Bu hal istəməyərəkdən olmuşdur. Mobil qurğunun dəyərini və ya dəymiş zərəri hissə-hissə ödəyəcəyinə söz verir. Mobil qurğu və digər elektron nəzarət qurğuları Probasiya Xidməti tərəfindən ona təhkim ediləndə tam yararlı və yeni idi. O, hər zaman məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrə riayət etmişdir. Mobil nəzarət qurğusu hal-hazırdada onun üstündədir. Baş vermiş hadisə ondan asılı olmayıb, qəsdən etməmişdir. Məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrə hörmətlə yanaşır, bu onun borcudur. Ona azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi qaydalarını pozacağı və üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli və mütəmadi olaraq boyun qaçıraçağı halda cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunması üçün qanunvericiliyə uyğun olaraq tədbir görüləcəyi qanunla izah edildi. O, məsuliyyətini dərk edir. Ona bütün hüquq və vəzifələri izah edildi. İş materiallarında olan 07.04.2021-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi, qurğuların yoxlanılması və qurğularda texniki problemlərin, qurğunun hər hansı formada (ehtiyatsızlıqdan və ya qəsdən) zədələnməsinin aşkar edilməsi barədə protokoldan görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi ona taxıldıqdan sonra onu daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi. Məhkum Z. Osmanov məsuliyyətini dərk etdiyini bildirdi. Məhkum Cavabdeh 07.04.2021-ci il tarixdə İddiaçı Şöbəsinə çağırıldı. O, 07.04.2021-ci il tarixdə, saat 15 radələrində Balakən rayonu Tülü kəndində yaşayan xalasıgildə olduğunu, onlarda işlədiyini, onlara məxsus Balakən rayonu Tülü kəndində yerləşən həyətindəki navesində lambir vurarkən, yəni ona kömək edərkən ayağaltıdan yıxılaraq üzərində olan mobil nəzarət qurğusunun ekranının istəmədən qırılaraq və sınaraq mobil qurğunun ekranının tam olaraq yararsız vəziyyətə düşdüyünü bildirdi. Həmçinin Cavabdeh izahat verərək bildirdi ki, mobil qurğu və elektron nəzarət qurğuları ona təhvil verilərkən tam yararlı, işlək və yeni vəziyyətdə idi. O, bildirdi ki, bunu qəsdən etməyib, etməzdə. Z. Osmanov bildirdi ki, ona heç bir problem lazım deyil. Cavabdeh mobil qurğunun dəyərini və ya dəymiş zərəri hissə-hissə ödəyəcəyinə söz verdi. Mobil qurğuya baxış keçirilən zaman qurğunun ekranının sındığı və ekranın yararsız vəziyyətə düşdüyü aşkar edildi. Bu səbəbdən mobil qurğu müvəqqəti olaraq məhkəmə hökmü ilə qaydalara əməl edilməsi məqsədilə məhkum Cavabdeh geri qaytarıldı. İş materiallarında olan 24.06.2021-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında Texniki Rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim edilmiş mobil qurğunun ekranı sındırılmışdır. Nasazlığın aradan qaldırılması zamanı təmiri mümkün olmadığı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin rəisinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanladığı 02.11.2018-ci il tarixli, 21/-3-1717 №-li məktub-arayışında göstərilir ki, 1 ədəd mobil nəzarət qurğusunun proqam təminatı ilə qiyməti 1346,03 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən mobil qurğunun dəyərinin ödənilməsi üçün cəmi 60 manat ödəniş edilmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Şöbəsinin ona qarşı 1286 manat 3 qəpik vəsaitin alınması tələbinə dair iddiasını qəbul və etiraf etdiyini, bu barədə qətnamə çıxarılmasına etirazının olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli, 1(019)-25/2020 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 04 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixə kimi tutulub saxlandığı və ev dustaqlığında olduğu 7 (yeddi) ay 1 (bir) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm İddiaçı Şöbəsinin icraatına 27.08.2020-ci il tarixdə daxil olmuşdur. Məhkum Cavabdeh 03.09.2020-cu il tarixdə şöbənin qeydiyyatına götürülmüş və ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmənin hökmünün icrası ilə əlaqədar məhkum Cavabdeh 08.01.2020-ci il tarixdə 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq və 03 ədəd ev siqnal ötürücüləri olmaqla elektron nəzarət vasitələri tətbiq edilmiş və nəticəsi barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh 07.04.2021-ci il tarixdə İddiaçı Şöbəsinə gələrək, 07.04.2021-ci il tarixdə, təxminən saat 15 radələrində Balakən rayonu Tülü kəndində yaşayan xalasıgildə olduğunu, onlarda işlədiyini, onların həyətindəki navesində lambir vurarkən ayağaltıdan yıxılaraq üzərində olan mobil nəzarət qurğusunun ekranını istəmədən qırdığını, ekranın görüntüsünün yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Məhkum Cavabdeh həmin vaxt mobil qurğunun ekranının qırılaraq sındığını və görüntüsünün, ekranının tam olaraq yararsız vəziyyətə düşdüyünü və bunu qəsdən etmədiyini bildirmişdir. İddiaçı Şöbəsi tərəfindən məhkumdan təhvil alınmış elektron nəzarət vasitələrinə baxış keçirilən zaman həqiqətən məhkum Cavabdeh yararlı vəziyyətdə təhvil verilmiş elektron nəzarət qurğularından mobil qurğunun ekranının sındığı müəyyən edilmişdir. Cavabdeh, həmçinin izahatında İddiaçı Şöbəsində qeydiyyata alındığı gün, ona 05.10.2020-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edildiyi gün məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları və şərtləri izah edilən zaman Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələbləri, yəni tətbiq edilmiş elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı-barədə xəbərdar edildiyini, lakin maddi imkanı olmadığına görə mobil nəzarət qurğusunun dəyərini birdəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Hazırki iş üzrə Cavabdeh kobud ehtiyatsızlıqdan təqsiri üzündən ona təhkim edilmiş elektron nəzarət qurğularından mobil nəzarət qurğusu yararsız hala düşmüş və nəticədə dövlətə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri 1346 manat 03 qəpik təşkil edir. Məhkum Cavabdeh vurduğu ziyandan cəmi 60 manatını müvafiq bank hesabına ödəmişdir. Hazırda məhkum Cavabdeh vurduğu maddi ziyan üzrə borcu 1286 manat 03 qəpik təşkil edir. İddiaçı Şöbəsi dövlət təşkilatı olduğuna görə hazırki iddianın qaldırılması üçün dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın məbləği 500 manatdan yuxarı olan iddiaların qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, İddiaçı Şöbəsi büdcə təşkilatı olmaqla hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün hazırki iddianın təmin olunmuş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Şöbəsinin Cavabdeh qarşı maddi ziyanın əvəzi olaraq 1286 manat 3 qəpik pul tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdeh Balakən rayonunun Tülü kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh vurduğu maddi ziyanın əvəzi olaraq mobil nəzarət qurğusunun qalan dəyəri olan 1286 manat 3 qəpik vəsait alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməli, həmçinin 30 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun; cavabdeh Balakən rayonunun Tülü kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh vurduğu maddi ziyanın əvəzi olaraq mobil nəzarət qurğusunun qalan dəyəri olan 1286 manat 3 qəpik vəsait alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilsin; Cavabdeh 30 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar