Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-79/2021 19.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçıın nümayəndəsi Nümayəndə1 Nurəddin oğlunun iştirakı ilə İddiaçıın Cavabdeh qarşı 10.06.2009-cu il tarixli **********09 nömrəli kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.06.2009-cu il tarixli **********09 nömrəli Kredit xətti müqaviləsi üzrə İddiaçıı qarşısında yaranmış 21 249,11 (iyirmi bir min iki yüz qırx doqquz ABŞ dolları 11 sent) ABŞ dolları vaxtı keçmiş əsas borc, 10.06.2011-ci il tarixədək əsas borc məbləğinə illik 23% dərəcəsi ilə hesablanmış 14 756,12 (on dörd min yeddi yüz əlli altı ABŞ dolları 12 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 45 472,34 (qırx beş min dörd yüz yetmiş iki ABŞ dolları 34 sent) ABŞ dolları məbləğində penya və 10.06.2011-ci il tarixdən 16.09.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 14 502,05 (on dörd min beş yüz iki ABŞ dolları 05 sent) ABŞ dolları zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 95 979,62 (doxsan beş min doqquz yüz yetmiş doqquz ABŞ dolları 62 sent) ABŞ dolları və 16.09.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5(beş) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh İddiaçıının xeyrinə tutulması ,iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun və sənədlərin surətlərinin notariat qaydasında təsdiq edilməsinə görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsində dəyişiklik edilməsi barədə məhkəməyə ərizə verərək iddia ərizəsinin birinci abzasındakı “35000 manat” sözlərinin “35000 ABŞ dolları “sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçıın nümayəndəsi Nümayəndə1 Nurəddin oğlu məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, iddiaçı (kreditor) İddiaçıı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 10.06.2009-cu il tarixli **********09 nömrəli Kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 23 % (iyirmi üç faiz) ödənilməsi şərtilə, 35 000 (otuz beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçıı ilə ipoteka qoyanlar X12 arasında ona məxsus, Zaqatala rayonunun Aşağı Tala kəndində 0,01105 ha torpaq sahəsində yerləşən 3 girişli, 79,7 kv/m ümumi, 38,5 kv/m əsas, 41,2 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin (1-ci İpoteka predmeti) ipotekaya qoyulması barədə 10 iyun 2009cu il tarixli 012002/0168/09/10 nömrəli (1-ci İpoteka müqaviləsi), X5 ilə ona məxsus olan, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,21 ha həyətyanı torpaq sahəsinin (2-ci İpoteka predmeti) ipotekaya qoyulması barədə 10 iyun 2009-cu il tarixli 012002/0169/09/10 nömrəli (2-ci İpoteka müqaviləsi) və X7 ilə ona məxsus olan Zaqatala şəhəri, Şimali qərb massivində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,04 ha həyatyanı torpaq sahəsinin (3-cü İpoteka predmeti) ipotekaya qoyulması barədə 10 iyun 2009-cu il tarixli 012002/0170/09/10 nömrəli (3-cü İpoteka müqaviləsi) İpoteka müqavilələri (bundan sonra 1-ci, 2-ci, 3-cli İpoteka predmetləri və 1-ci, 2-ci, 3-cü İpoteka müqavilələri birlikdə müvafiq olaraq - «İpoteka predmetləri» və «İpoteka müqavilələri» adlandırılacaq) bağlanmışdır.Cavabdeh tərəfindən Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçıı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 02.12.2010-cu il tarixli 2(033)-491/2010 №-li qətnaməsi ilə 35 000 (otuz beş min) ABŞ dolları əsas borc məbləği, 9501,26 (doqquz min beş yüz bir ABŞ dolları 26 sent) ABŞ dolları məbləğində kredit xəttinin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlər üzrə faiz borc məbləği və 14 oktyabr 2010-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 38% hesabı ilə hesablanan cərimə faizləri ipoteka predmetlərinin dəyərindən ASC "xxxx ” Bankının xeyrinə tutulması qət edilmişdir.Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxx” MMC (bundan sonra «Hərrac təşkilatçısı» adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda İpoteka predmetləri satılmadığından onlar, əldə edilməsi üçün İddiaçıına təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. 1-ci İpoteka predmetinin alqı-satqısı Hərrac təşkilatçısı və İddiaçıı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə Y-242/3 nömrəli protokolu və 18.11.2019-cu il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləsi, 2-ci İpoteka predmetinin alqı-satqısı Hərrac təşkilatçısı və İddiaçıı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə Y-242/4 nömrəli protokolu və 18.11.2019-cu il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi, 3-cü İpoteka predmetinin alqı-satqısı Hərrac təşkilatçısı, Zaqatala rayon İcra qrupu və İddiaçıı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə Y-1119 nömrəli protokolu və 31.10.2012-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsilə rəsmiləşdirilmişdir. Əmlakın alqısatqısı barədə müqavilələrə müvafiq olaraq 1-ci İpoteka predmeti olan mənzilin son satış qiyməti 10 200 (on min iki yüz) manat, 2-ci İpoteka predmetinin son satış qiyməti 7650 (yeddi min altı yüz əlli) manat, 3-cü İpoteka predmetinin son satış qiyməti isə 2550 (iki min büş yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 21 249,11 (iyirmi bir min iki yüz qırx doqquz ABŞ dolları 11 sent) ABŞ dolları vaxtı keçmiş əsas borc, kreditin qaytarılması müddətinin bitdiyi 10.06.2011-ci il tarixə kredit xəttinin faktiki istifadə edilmiş məbləğinə illik 23% dərəcəsi ilə hesablanmış 14 756,12 (on dörd min yeddi yüz əlli altı ABŞ dolları 12 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 01.04.2020-ci il tarixə bu məbləğ 45 472,34 (qırx beş min dörd yüz yetmiş iki ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Bankın daxili qərarına əsasən 01.04.2020-ci il tarixində Kredit xətti müqaviləsi üzrə gecikdirilmiş məbləğə penyanın hesablanması Borc alanın xeyrinə dayandırılmışdır. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır.Kredit xətti müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə 07.05.2020-ci il tarixli 96 nömrəli xəbərdarlıq məktubu ünvanlanmasına və qeyd edilən məktubun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, sonuncu tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinlərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır.Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir). Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, “icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur”. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi 10.06.2011-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 16.09.2020-ci il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında 5 (beş) faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 14 502,05 (on dörd min beş yüz iki ABŞ dolları 05 sent) ABŞ dolları təşkil edir.Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, 16.09.2020-ci il tarixdən etibarən İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Borc alandan iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri qanuni və əsaslıdır, buna görə də həmin tələblərin təmin olunması barədə məsələ məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Buna görə də iddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıın nümayəndəsi Nümayəndə1 Nurəddin oğlu məhkəmə iclasında iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçıı ilə aralarında bağlanmış 10.06.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 24 ay müddətinə illik 23 faiz ödənilməsi şərti ilə 35 000 manat məbləğində kredit xətti açılmışdır. Onun adına krediti baldızı götürmüşdür. Onun krediti ödəməyə maddi imkanı yoxdur. Buna görə də iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 10.06.2009-cu il tarixli **********09 nömrəli kredit xətti müqaviləsindən görünür ki, İddiaçık ASC tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik 23 % (iyirmi üç faiz) olmaqla, 35 000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.4-cü maddəsinə əsasən kredit xəttindən istifadəyə görə faizlər borc alanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlayaraq hər təqdim günü üçün borcun tam ödənildiyi tarixə kimi hesablanır. Müqavilənin 2.1-ci maddəsinə əsasən kredit xəttinin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlər hər ayın 30-dan gec olmayaraq borc alan tərəfindən ödənməılidir.Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda Borcalan banka vaxtı keçmiş borc məbləğinə gecikmənin hər günü üçün illik 38 faiz dərəcəsi ilə hesablanan faizləri ödəyir.Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və Tərəflərin öz üzərinlərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Hərracın nəticələri haqqında 18.11.2019-cu il tarixli Y-242/3 nömrəli protokoldan görünür ki, X10 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.1105 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (yeməkxana) 10 200 (on min iki yüz) manata ASC İddiaçık tərəfindən alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Hərracın nəticələri haqqında 18.11.2019-cu il tarixli Y-242/4 nömrəli protokoldan görünür ki, X3 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi 7650 (yeddi min altı yüz əlli) manata «İddiaçık» ASC tərəfindən alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Hərracın nəticələri haqqında 31.10.2012-ci il tarixli Y-1119 nömrəli protokoldan görünür ki, X6 məxsus Zaqatala şəhəri, Şimal Qərb massivində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,04 ha həyətyanı torpaq sahəsi 2550 (iki min beş yüz əlli) manata «İddiaçık» ASC tərəfindən alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18.11.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqısı barədə müqavilədən görünür ki, X10 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.1105 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (yeməkxana) 10200 (on min iki yüz) manata «İddiaçık» ASC-nə satılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18.11.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqısı barədə müqavilədən görünür ki, X3 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi 7650 (yeddi min altı yüz əlli) manata «İddiaçık» ASC-nə satılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31.10.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X6 məxsus Zaqatala şəhəri, Şimal Qərb massivində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,04 ha həyətyanı torpaq sahəsi 2550 (iki min beş yüz əlli) manata “İddiaçık” ASC-nə satılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.02.2020-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.21 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə “İddiaçık” ASC-nin adına daşınmaz əmlakın dövlət reyerstrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13.02.2020-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki , Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.011050 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə “İddiaçık” ASC-nin adına daşınmaz əmlakın dövlət reyerstrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27.12.2014-cü il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Zaqatala şəhəri, Şimal-Qərb yaşayış massivində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə “İddiaçık” ASC-nin adına daşınmaz əmlakın dövlət reyerstrində qeydə alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2010-cu il tarixli 2(033)- 491/2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki,həmin qətnaməyə əsasən iddiaçı ASC “xxxx’’ Bankının iddiası təmin edilmiş,10 iyun 2009-cu il tarixli 012002/0168/09/10 nömrəli 012002/0169/09/11 nömrəli və 012002/0170/09/11 nömrəli ipoteka müqavilələri üzrə ipoteka predmetləri olan və müvafiq olaraq cavabdehlər X10 məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində 0.01105 ha torpaq sahəsində yerləşən 3 girişli, 79,7 kvm, ümumi 38,5 kvm əsas, 41,2 kvm köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə, X3 məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,21 ha həyətyanı torpaq sahəsinə və X6 məxsus olan Zaqatala şəhəri, Şimal-qərb massivində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,04 ha həyətyanı torpaq sahəşinə tutmanın yönəldilməsi, üçüncü şəxs Cavabdeh 10 iyun 2009-cu il tarixli **********09 №li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx’’ Bankı qarşısındakı 35 000 (otuz beş min) ABŞ dolları məbləğində əsas borc məbləği, 14 oktyabr 2010-cu il tarixinə 9501, 26 (doqquz min beş yüz bir ABŞ dolları iyirmi altı sent) ABŞ dolları məbləğində kredit xəttinin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlər üzrə borc məbləği və 14 oktyabr 2010-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 38% faiz hesabı ilə hesablanan cərimə faizlərinin ipoteka predmetlərinin dəyərindən İddiaçıın xeyrinə tutulması, cavabdehlər X8, X1 və X4 müştərək qaydada 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun ASC “xxxx”Bankın xeyrinə tutulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzininin 30 mart 2021-ci il tarixli 9/5646 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi , Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10.06.2009-cu il tarixli **********09 nömrəli Kredit xətti müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 16.09.2020-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o, cümlədən; 16.09.2020-ci il tarixə: əsas borc üzrə _______________21.249, USD faiz borcu üzrə _______________29,258,17 USD cərimə borcu üzrə ____________45.274.34 USD Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçıı ilə Cavabdeh arasında bağlanmış 10.06.2009-cu il tarixli **********09 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 23 % (iyirmi üç faiz) ödənilməsi şərtilə, 35 000 (otuz beş min) manat məbləğində kredit xətti açılmışdır.Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçıı ilə ipoteka qoyanlar X12 arasında sonuncuya məxsus, Zaqatala rayonunun Aşağı Tala kəndində 0,01105 ha torpaq sahəsində yerləşən 3 girişli, 79,7 kv.m ümumi, 38,5 kv.m əsas, 41,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması barədə 10 iyun 2009-cu il tarixli 012002/0168/09/10 nömrəli ipoteka müqaviləsi, X5 ilə ona məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,21 ha həyətyanı torpaq sahəsinin ipotekaya qoyulması barədə 10 iyun 2009-cu il tarixli 012002/0169/09/10 nömrəli ipoteka müqaviləsi və X7 ilə ona məxsus olan Zaqatala şəhəri, Şimali qərb massivində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,04 ha həyatyanı torpaq sahəsinin ipotekaya qoyulması barədə 10 iyun 2009-cu il tarixli 012002/0170/09/10 nömrəli ipoteka müqaviləsi bağlanmışdır.Cavabdeh tərəfindən Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçıı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 02.12.2010-cu il tarixli 2(033)-491/2010 nömrəli qətnaməsi ilə 35 000 (otuz beş min) ABŞ dolları əsas borc məbləği, 9501,26 (doqquz min beş yüz bir ABŞ dolları 26 sent) ABŞ dolları məbləğində kredit xəttinin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlər üzrə faiz borcu məbləği və 14 oktyabr 2010-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 38% hesabı ilə hesablanan cərimə faizləri ipoteka predmetlərinin dəyərindən ASC "xxxx ” Bankının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxx” MMC tərəfindən keçirilmiş hərraclarda ipoteka predmetləri satılmadığından onlar, əldə edilməsi üçün İddiaçıına təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Əmlakın alqı-satqısı barədə müqavilələrə müvafiq olaraq ipoteka predmeti olan qeyri yaşayış binası(yeməkxana ) son satış qiyməti 10 200 (on min iki yüz) manat, 0,21 ha həyətyanı torpaq sahəsinin son satış qiyməti 7650 (yeddi min altı yüz əlli) manat, 0,04 ha həyətyanı torpaq sahəsinin son satış qiyməti isə 2550 (iki min beş yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 21 249,11 (iyirmi bir min iki yüz qırx doqquz ABŞ dolan 11 sent) ABŞ dolları vaxtı keçmiş əsas borc, kreditin qaytarılması müddətinin bitdiyi 10.06.2011-ci il tarixə kredit xəttinin faktiki istifadə edilmiş məbləğinə illik 23% dərəcəsi ilə hesablanmış 14 756,12 (on dörd min yeddi yüz əlli altı ABŞ dolları 12 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdehə kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq illik 15% (on beş faiz) dərəcəsi ilə 01.04.2020-ci il tarixə 45 472,34 (qırx beş min dörd yüz yetmiş iki ABŞ dolları 34 sent) ABŞ dolları penya və və 10.06.2011-ci il tarixdən 16.09.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 14 502,05 (on dörd min beş yüz iki ABŞ dolları 05 sent) ABŞ dolları zərər (əldən çıxmış fayda) hesablanmışdır. İddiaçı ASC “xxxx”Bank Cavabdeh borcun ödənməsini tələb etmiş, lakin cavabdeh kredit borcunu ödəməmişdir.Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1, 217.2-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi 21 249.11 ABŞ dolları əsas borc, 14.756.12 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcuna aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, əsas borcun miqdarı 21 249.11 ABŞ dolları, kreditdən istifadəyə görə faiz borcu 14.756.12 ABŞ dolları olduğu halda, 45 472,34 ABŞ dolları məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə həm kreditorun əmlak mənafeyini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimə azaldılaraq 200 ABŞ dolları həcmində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdehə 35000 ABŞ dolları kredit vermiş, bunun qarşılığında X10 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.1105 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını (yeməkxana), X3 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsini və X6 məxsus Zaqatala şəhəri,Şimal Qərb massivində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,04 ha həyətyanı torpaq sahəsini öz mülkiyyətinə keçirtmiş, hazırkı iddia tələbində 21 249.11 ABŞ dolları əsas borc və 14.756.12 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcundan əlavə 45 472,34 (qırx beş min dörd yüz yetmiş iki ABŞ dolları 34 sent) ABŞ dolları məbləğində penya və 10.06.2011ci il tarixdən 16.09.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 14 502,05 (on dörd min beş yüz iki ABŞ dolları 05 sent) ABŞ dolları zərərin (əldən çıxmış faydanın) əvəzini və 16.09.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5(beş) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Eyni zamanda Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, MM-in 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə işin hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 10.06.2011-ci il tarixdən 16.09.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 14 502,05 (on dörd min beş yüz iki ABŞ dolları 05 sent) ABŞ dolları zərərin (əldən çıxmış faydanın) əvəzi və 16.09.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5(beş) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi tələbinə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin edilən hissəsində cavabdehə,qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 10.06.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə 21 249.11 ABŞ dolları əsas borc, 14.756.12 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və 200 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 36205,23 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu xərcinin 11,40 manatı, sənədlərin surətlərinin notariat qaydasında təsdiq edilməsinə görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərclərin 17,10 manatı alınıb İddiaçı-ın xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. 100 manat ekspertiza xərcinin 38 manatı Cavabdeh, 62 manatı İddiaçı-dan tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10.06.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə 21 249.11 ABŞ dolları əsas borc, 14.756.12 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və 200 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 36205,23 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu xərcinin 11,40 manatı, sənədlərin surətlərinin notariat qaydasında təsdiq edilməsinə görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərclərin 17,10 manatı alınıb İddiaçı-ın xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərcinin 38 manatı Cavabdeh, 62 manatı İddiaçı-dan tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-79/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-79/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver