Məhkəmə qərarları › İş №2(019)-8/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-8/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-8/2023 06.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı mənəvi və maddi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Balakən DM-TRV X1 Şirkətinin prezidenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən DM-RTN-nin prezidenti Cavabdeh ilə aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi və ona vurduğu 2500 (iki min beş yüz) manat maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan məlumatları yaydığı üçün mənəvi zərərə görə 5000 manat və ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirdiyindən maddi zərərə görə 10000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən DMTR Müstəqil Teleradio şirkətinin keçmiş prezidenti Cavabdeh ilə aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi, həmçinin Balakən şəhəri Ə. Ansuxski küçəsində yerləşən mülkiyyətində olan 0,0286 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 girişli, 144,7 kv m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının təmiri üçün xərclədiyi 3500 (üç min beş yüz) manat pulun, həmin təmir işlərinin aparılması üçün ustalara verdiyi 1600 (min altı yüz) manat pulun, 5 il müddət ərzində həmin icarəyə götürdüyü qeyriyaşayış binasından istifadə hüququndan məhrum etməklə 5 il-60 ay müddətində hər ay 1000 manat qazanc əldə edəcəyini nəzərə alsa ona vurduğu 60000 (altmış min) manat maddi ziyanın əldən çıxmış faydanın, həmin iş üzrə məhkəmə çəkişmələri ilə bağlı hər ay Bakıdan-Balakənə gəlməsi ilə bağlı 7x60man=420 manat və bir gecə oteldə qalması ilə bağlı xərclədiyi 60 manatdan 60x7=420 manat cəmi 60840 manat maddi ziyanın əldən çıxmış faydanın, cəmi 65.940 (altmış beş min doqquz yüz qırx) manat maddi ziyanın əldən çıxmış faydanın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı bir illik hər ayı icarə haqqı 180 manat olmaqla 2160 manat, maddi zərərə ğörə 10.000 manat, mənəvi zərərə ğörə 5.000 manat, mülkiyyətində olan qeyri yaşayış binasını real təhlükə altına saldığı üçün obyektin dəyəri olan 200.000 manat, ümumilikdə 217.160 manatın alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında qəbz əlavə edilməmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizəyə də dövlət rüsumunun ödənilməsi haqqında qəbz əlavə edilməmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd edildiyi kimi, qanuna görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi dövlət rüsumu ödənilməlidir. Deməli, qanun normasının tələbinə görə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizənin verilməsi üçün 257,82 manat dövlət rüsumu, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizənin verilməsi üçün 477,16 manat dövlət rüsumu ödəməlidir. Lakin ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanın aradan qaldırılması üçün məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, lakin ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsan aradan qaldırılmamış, İddiaçı tərəfindən 257,82 manat, Cavabdeh tərəfindən 477,16 manat dövlət rüsumunun ödənilməsi haqqında sənəd məhkəməyə təqdim edilməmişdir. Bu da iddia tələbinin həcminin artırılması barədə ərizələrin baxılmamış saxlanması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh Balakən DMTR Müstəqil Teleradio şirkətinin keçmiş prezidenti Cavabdeh ilə aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi, həmçinin Balakən şəhəri Ə. Ansuxski küçəsində yerləşən mülkiyyətində olan 0,0286 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 girişli, 144,7 kv m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının təmiri üçün xərclədiyi 3500 (üç min beş yüz) manat pulun, həmin təmir işlərinin aparılması üçün ustalara verdiyi 1600 (min altı yüz) manat pulun, 5 il müddət ərzində həmin icarəyə götürdüyü qeyriyaşayış binasından istifadə hüququndan məhrum etməklə 5 il-60 ay müddətində hər ay 1000 manat qazanc əldə edəcəyini nəzərə alsa ona vurduğu 60000 (altmış min) manat maddi ziyanın əldən çıxmış faydanın, həmin iş üzrə məhkəmə çəkişmələri ilə bağlı hər ay Bakıdan-Balakənə gəlməsi ilə bağlı 7x60man=420 manat və bir gecə oteldə qalması ilə bağlı xərclədiyi 60 manatdan 60x7=420 manat cəmi 60840 manat maddi ziyanın əldən çıxmış faydanın, cəmi 65.940 (altmış beş min doqquz yüz qırx) manat maddi ziyanın əldən çıxmış faydanın Cavabdeh alınaraq ona ödənilməsina dair ilk iddia tələbinin həcminin artırılması barədə ərizəsi və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir illik hər ayı icarə haqqı 180 manat olmaqla 2160 manat, maddi zərərə ğörə 10.000 manat, mənəvi zərərə ğörə 5.000 manat, mülkiyyətində olan qeyri yaşayış binasını real təhlükə altına saldığı üçün obyektin dəyəri olan 200.000 manat, ümumilikdə 217.160 manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin ilk iddia tələbinin həcminin artırılması barədə ərizənin və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh Balakən DMTR Müstəqil Teleradio şirkətinin keçmiş prezidenti Cavabdeh ilə aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi, həmçinin Balakən şəhəri Ə. Ansuxski küçəsində yerləşən mülkiyyətində olan 0,0286 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 girişli, 144,7 kv m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının təmiri üçün xərclədiyi 3500 (üç min beş yüz) manat pulun, həmin təmir işlərinin aparılması üçün ustalara verdiyi 1600 (min altı yüz) manat pulun, 5 il müddət ərzində həmin icarəyə götürdüyü qeyriyaşayış binasından istifadə hüququndan məhrum etməklə 5 il-60 ay müddətində hər ay 1000 manat qazanc əldə edəcəyini nəzərə alsa ona vurduğu 60000 (altmış min) manat maddi ziyanın əldən çıxmış faydanın, həmin iş üzrə məhkəmə çəkişmələri ilə bağlı hər ay Bakıdan-Balakənə gəlməsi ilə bağlı 7x60man=420 manat və bir gecə oteldə qalması ilə bağlı xərclədiyi 60 manatdan 60x7=420 manat cəmi 60840 manat maddi ziyanın əldən çıxmış faydanın, cəmi 65.940 (altmış beş min doqquz yüz qırx) manat maddi ziyanın əldən çıxmış faydanın Cavabdeh alınaraq ona ödənilməsina dair ilk iddia tələbinin həcminin artırılması barədə ərizəsi baxılmamış saxlansın. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir illik hər ayı icarə haqqı 180 manat olmaqla 2160 manat, maddi zərərə ğörə 10.000 manat, mənəvi zərərə ğörə 5.000 manat, mülkiyyətində olan qeyri yaşayış binasını real təhlükə altına saldığı üçün obyektin dəyəri olan 200.000 manat, ümumilikdə 217.160 manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizəsi baxılmamış saxlansın. İlk iddia tələbinin həcminin artırılması barədə ərizənin və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar