Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-801/2021 01.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 120024-CNS-2015/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 16.06.2021-ci il tarixə Banka borclu olduğu 6.792,40 (altı min yeddi yüz doxsan iki, 40) manat məbləğində əsas borc, 11,82 (on bir, 82) manat məbləğində faiz borcu, ümumilikdə isə 6.804,22 (altı min səkkiz yüz dörd, 22) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 120024-CNS-2015 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış “06.12.2013-cü il tarixli 120024- CNS-2015 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 20 avqust 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh Banka 20.08.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 7.196 (yeddi min bir yüz doxsan altı) manat məbləğində borcu illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 120024-CNS-2015/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 6.996 (altı min doqquz yüz doxsan altı) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 12.02.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 6.792,40 (altı min yeddi yüz doxsan iki, 40) manat məbləğində əsas borc, 11,82 (on bir, 82) manat məbləğində faiz borcu, ümumilikdə isə 6.804,22 (altı min səkkiz yüz dörd, 22) manat məbləğində borcu qalmışdır. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxaraq iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 120024-CNS-2015 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı bank ilə Cavabdeh arasında bağlanmış “06.12.2013cü il tarixli 120024-CNS-2015 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 20 avqust 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh Banka 20.08.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 7.196 (yeddi min bir yüz doxsan altı) manat məbləğində borcu illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 120024-CNS- 2015/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 6.996 (altı min doqquz yüz doxsan altı) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 12.12.2019-cu il tarixli “Nağd pul krediti müqaviləsi üzrə 16.06.2021-ci il tarixə iddiaçı təşkilata borcu 6792.40 manat məbləğində əsas kredit borcu, 11.82 manat məbləğində faiz borcu və 0.00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6804.22 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 9/6575 saylı rəyindən görünür ki, Cavabdeh “Bank VTB (Azərbaycan)» ASC-yə olan əsas borcu 6.796,84 manat və faiz borcu 7,36 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29.09.2021-ci il tarixli, 9/6575 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarında olan 24.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı “KapitalBank» ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı “Bank VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh banka olan borcun ödənilməsi təklif olunmuş və əks təqdirdə qanunvericiliyə uyğun qaydada tədbirlərin görüləcəyi, o cümlədən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 12 dekabr 2019-cu il tarixli 120024-CNS-2015/2 saylı kredit müqaviləsini, ödəniş sənədlərini, cavabdehin əsas kredit borcu hissəsində 16.06.2021-ci il tarixli maliyyə arayışını, cavabdehin faiz borcu hissəsində məhkəmə-mühasibatlıq ekspertizasının 29.09.2021-ci il tarixli, 9/6575 saylı rəyini işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə, Cavabdeh əsas kredit borcu və faiz borcu barədə 16.06.2021-ci il tarixli maliyyə arayışı ilə iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının 29.09.2021-ci il tarixli, 9/6575 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusda cavabdehin əsas kredit borcu barədə 16.06.2021-ci il tarixli maliyyə arayışı, faiz borcu barədə isə məhkəmə-mühasibatlıq ekspertizasının 29.09.2021-ci il tarixli, 9/6575 saylı rəyi işdəki mötəbər sübutlara, o cümlədən ödəniş cədvəlinə əsaslandığından və obyektiv həqiqəti əks etdirdiyindən mötəbər sübutlar sayılmalı və cavabdehin əsas borcu həmin maliyyə arayışında göstərilən 6792,40 manat, faiz borcu isə məhkəmə-mühasibatlıq ekspertizasının 29.09.2021-ci il tarixli, 9/6575 №-li rəyində göstərilən 7,36 manat məbləğində qəbul edilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 120024-CNS-2015 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış “06.12.2013-cü il tarixli 120024-CNS-2015 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 20 avqust 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh iddiaçı Banka 20.08.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 7.196 (yeddi min bir yüz doxsan altı) manat məbləğində borcu illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 120024-CNS-2015/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 6.996 (altı min doqquz yüz doxsan altı) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 12.02.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin iddiaçı Banka 6.792,40 manat məbləğində əsas borc və 7,36 manat məbləğində faiz borcu qalmışdır. Həmçinin hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rusumu ödəmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdeh tərəf həqiqətən də sözügedən kredit müqavilələri üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 12 dekabr 2019-cu il tarixli 120024-CNS-2015/2 saylı nağd pul kredit müqaviləsinə əsasən 6792,40 manat əsas borc tələbi əsaslı olduğundan təmin olunmalı, 11,82 manat faiz borcu tələbi isə 7,36 manat hissədə təmin olunmalıdır, bu 7,36 manat məbləğdən artıq faiz borcu tələbi hissəsində isə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 120024-CNS-2015/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 16.06.2021-ci il tarixə Banka borclu olduğu 6.792,40 (altı min yeddi yüz doxsan iki, 40) manat məbləğində əsas borc, 7,36 (yeddi,36) manat məbləğində faiz borcu, ümumilikdə isə 6799,76 (altı min yeddi doxsan doqquz, 76) manat məbləğində pul və ödənilmiş 29,98 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərcinin 99,93 manatı Cavabdeh və 0,07 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 120024-CNS-2015/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 16.06.2021-ci il tarixə Banka borclu olduğu 6.792,40 (altı min yeddi yüz doxsan iki, 40) manat məbləğində əsas borc, 7,36 (yeddi,36) manat məbləğində faiz borcu, ümumilikdə isə 6799,76 (altı min yeddi doxsan doqquz, 76) manat məbləğində pul və ödənilmiş 29,98 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 100 manat ekspertiza xərcinin 99,93 manatı Cavabdeh və 0,07 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-801/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-801/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver