Məhkəmə qərarları › İş №2(019)-819/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-819/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-819/2020 05.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2003-cü il təvəllüdlü X1 yaşayış yerinin anasının yanında müəyyən edilməsi və Balakən Rayon Məhkəməsinin 2(019)-516/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(019)-516/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan xx xxxxx 2003-cü ildə anadan olmuş oğlu- X1 və xx xxx 2007-ci ildə anadan olmuş qızı- X3in yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay 150 (bir yüz əlli) manat-cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2003-cü ildə doğulmuş X1 anasının yanında saxlanması, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)- 516/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2003-cü ildə anadan olmuş X1 və xx.xx.2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2002-ci ildə qeyrirəsmi nikahla evlənmiş, nikahlarını xx.xx.2008-ci ildə Balakən rayonunun Qeydiyyat Şöbəsində 87 sayla rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2003-cü ildə Mübariz, xx.xx.2007-ci ildə Aysun adında iki uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh ilə ayrılmış, Balakən Rayon Məhkəməsinin 2(019)-138/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. O, 2011-ci ildə iki uşağın saxlanması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-138/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa 50 manat miqdarında, cəmi 100 manat məbləğində aliment müəyyən edilmişdir. 2013-ci ildə X4 atası ilə yaşamağa başlamış, buna görə Cavabdeh alimentin miqdarının azaldılması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-516/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən yalnız bir uşağa münasibətdə alimentin miqdarı 50 manata endirilmişdir. 2016-cı ildən hazıradək oğlu Mübariz geri onun yanına qayıtmış və onunla birlikdə yaşamağa başlamışdır. Hazırda o, başqa şəxslə evlidir, himayəsində cəmi 4 uşağı var və 5-ci uşağa hamilədir. Uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh cəmi 50 manat aliment ödəməklə kifayətlənir, hətta həmin məbləği də doğru düzgün ödəmir, bundan başqa heç bir tələbatla maraqlanmır. Cavabdehin ödədiyi 50 manat alimentlə hazırki dövrdə uşağı saxlamaq və onun tələbatlarını ödəmək çox çətindir. Cavabdeh isə könüllü olaraq bu məbləği artırmır. Oğlunun 8 aydan sonra 18 yaşı tamam olacaq və hərbi xidmətə yollanacaqdir. Uşaqlarının artıq təhsili və digər tələbatları üçün çəkdiyi xərclər daha da artmışdır. Cavabdehin isə kifayət qədər qazancı vardır. Cavabdeh uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat aliment ödəmək iqtidarındadır. Buna görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2002ci ildə İddiaçı ilə evlənmiş, nikahlarını isə 2008-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2003-cü ildə Mübariz, xx.xx.2007-ci ildə isə Aysun adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçı ilə ayrılmışdır. Uşaqların hər ikisi hazırda iddiaçının himayəsindədirlər. O,şəkər xəstəsidir, işləmir. O, digər nikahından olan uşağa da aliment ödəyir. Hələ aliment borcları da vardır. Ona görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə onun maddi imkanı yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İHB-sı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 qəyyumluq və himayə komissiyasının rəyini müdafiə edərək göstərdi ki, komissiya X1 fikrini nəzərə alaraq onun anası İddiaçı himayəsində qalmasını məqsədəuyğun hesab edir. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən xx xxxxx 2003-cü ildə anadan olmuş X4 göstərdi ki, o, 10 ildir ki, anası İddiaçı yanında yaşayır, müəyyən vaxtlarda ata nənəsinin yanına gedib gəlmişdir. Bundan sonra da anası ilə yaşamaq istəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 091837 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 2007-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 091838 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxx 2003-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(019)- 516/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(019)-361/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı xx xxxx 2013-cü il tarixdən azaldılmış, İddiaçı öhdəsində olan xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli 2(019)-138/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2008-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 87 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(019)-361/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh xx xxxxx 2003-cü ildə anadan olmuş X1 və xx xxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx xxxxxx 2011-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 (əlli) manatcəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB-sı yanında Qəyyumluq və Himayə Komissiyasının xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, komissiya X1 fikrini nəzərə alaraq onun anası İddiaçı himayəsində qalmasını məqsədəuyğun hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-ci ildə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını xx.xx.2008-ci ildə 87 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2003cü ildə X4, 23.05. 2007-ci ildə X5 adında iki uşağı olmuşdur. Uşaqlar hazırda İddiaçı himayəsindədirlər. Tərəflərin arasında olan Balakən Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli 2(019)-138/2011 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(019)-361/2011 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh xx xxxxx 2003-cü ildə anadan olmuş X1 və xx xxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx xxxxxx 2011-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 (əlli) manat-cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(019)-361/2011saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı xx xxxx 2013-cü il tarixdən azaldılmış, İddiaçı öhdəsində olan xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, validenlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il N 8- 2/2016 saylı qərarının 7-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətləri; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, xx.xx.2003-cü ildə doğulmuş X1 İddiaçı yanında yaşamasını, 17 yaşı olmasını, bundan sonra da anasının yanında yaşamaq istəməsini, qəyyumluq və himayə komissiyasının rəyini, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, cavabdehin başqa nikahdan olan bir uşağı üçün də aliment ödəməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-516/2013 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2003-cü ildə doğulmuş X4 İddiaçı himayəsində saxlanmalı, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-516/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2003-cü ildə anadan olmuş X1 və xx.xx.2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2003-cü ildə doğulmuş X4 İddiaçı himayəsində saxlansın. Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(019)-516/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2003-cü ildə anadan olmuş X1 və xx.xx.2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar