Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-830/2021 04.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsivəkili Vəkil2 iştirakı ilə ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Rəhı̇ mov X9 Naira Novruz qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların saxlanmaları üçün təyin edilmiş alimentin miqdarının azaldılaraq 12 sentyabr 2010-cıı il tarixdə doğulmuş X5 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması hər av hər uşaq üçün 70 (yetmiş) manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ilin dekabr ayının 06-da qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını isə 19 yanvar 2010-cu ildə Balakən rayonu İtitala kənd İƏD-də 01 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 12 sentyabr 2010-cu il tarixdə X16 və 28 noyabr 2013-cü il tarixdə X17 adında iki uşaqları doğulmuşdur. 2015-ci ildə Cavabdeh ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-2018/2016 saylı 04 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona ödənilməsi qət edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 2(019)-1252/2017 saylı 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 28 noyabr 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda 2016-cı və 2017-ci ildə müəyyən edilmiş alimentin məbləği ilə uşaqlarına baxmaq onun üçün çox çətindir. Cavabdeh fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 manat alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 manat, Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 28 noyabr 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 100 manat aliınentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 02 sentyabr 2016-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan onların 08 sentyabr 2018-ci il tarixdə Aişə, 15 oktyabr 2019-cu il tarixdə Mədinə, 22 oktyabr 2020-ci il tarixdə isə Ramazan adında övladları dünyaya gəlmişlər. X3 körpə olduğundan X7 onun qulluğu ilə məşğuldur və faktiki olaraq onun işləməsi mümkün deyildir. Ailəni dolandıran yeganə şəxs Cavabdehdur. Hazırda Cavabdeh. Ramazan oğlu tərəfindən X10 hər ay 117 manat və X11 hər ay 100 manat alimentin ödənilməsi onun öhdəliyində olan digər 3 övladının (Aişə, Mədinə, Ramazan) saxlanılmasında ciddi problemlər yaradır və onun tərəfindən uşaqlarının maddi tələbatının qarşılanmasını mümkünsüz edir. «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəlki tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hazırki işə tətbiq edilməli qanun normalarının tələbləri qaydasında baxılmasını qanuni və əsaslı sayır. Məhkəmə iclasında ilk iddia iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddianın məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş və ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(019)-1252/2017 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, 07 iyun 2017-ci ildən başlayaraq Cavabdeh 28 noyabr 2013cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (yüz) sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş DSİA Laqodexi Mülki Reyestr Xidməti tərəfindən 28 fevral 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X18 28 noyabr 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İş materiallarından həmçinin görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 02 sentyabr 2016-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 107436 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 02 sentyabr 2016-ci il tarixdə 169 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Rəhimova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 1 saylı Bakı şəhəri “ASAN Xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30AZ-İV 205493, AZ-İV 369909 və AZ-İV 520051 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh ilə X8 birgə nikahından 08.09.2018-ci ildə X22, 15.10.2019-cu ildə X15 və 22.10.2020-ci ildə X14 anadan olmuşlar. Məhkəmə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkilini və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Murtuz qızı Cavabdeh ilə 06 dekabr 2009-cu qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 19 yanvar 2010-cu ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından 12 sentyabr 2010-cu ildə X16 və 28 noyabr 2013-cü ildə X18 adında iki uşaqları olmuşdur. Uşaqlar hazırda İddiaçı Murtuz qızının himayəsində və yanında yaşayırlar. Balakən Rayon Məhkəməsinin 2(019)-2018/2016 saylı 04 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı Murtuz qızına ödənilməsi qət edilmişdir. X27 Məhkəməsinin 2(019)-1252/2017 saylı 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 28 noyabr 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulub İddiaçı Murtuz qızına ödənilməsi qət edilmişdir. İddiaçı Murtuz qızı Balakən Rayon Məhkəməsinin 2(019)-2018/2016 saylı 04 oktyabr 2016-cı il tarixli və 2(019)-1252/2017 saylı 07 iyul 2017-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarının az olmasını göstərməklə, onun artırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh alimentin miqdarının artırılmasına etiraz edir və qarşılıqlı iddia üzrə məhkəməyə müraciət edərək, alimetin miqdarının azaldılmasını tələb edir. Cavabdeh ilə yeni ailə qurduğu X8 birgə nikahından 08.09.2018-ci ildə X22, 15.10.2019-cu ildə X15 və 22.10.2020-ci ildə X14 anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2016-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2017-ci ildə uşaqlar üçün yaşayış minimumu 117 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2017-ci ildə uşaqlar üçün yaşayış minimumu 136.60 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanun normasının mənasına görə tərəflərinin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Aliment ödəyən şəxsin vəziyyətinin dəyişməsinə o hallar da daxildir ki, onunla müqayisədə birinci növbədə aliment ödəməli olan şəxslər meydana çıxmış olur. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanun normasının mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment öbdəyən şəxs gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində məhkəməyə həmçinin tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməsi və ya alimenti ödəyən şəxsi onun ödəməkdən azad etməsi səlahiyyətləri verilmişdir. Tərəflərin başqa diqqətəlayiq maraqlarına aliment alan şəxsin aliment verən şəxsə qarşı cinayət törətməsi və yaxud ailədə nalayiq hərəkətlərə yol verməsi; ailə üzvləri ilə amansız davranması, spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə etmsəsi və bu səpkidə sair hallar aid edilə bilər. İlk iddia və qarşılıqlı iddia verilən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə ilk iddia ilə bağlı qeyd edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 04 oktyabr 2016 cı il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 117 manat olduğu, 07 iyul 2017-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 136.60 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti ilk iddia tələbi üzrə alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X2 üçün Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli 2(019)-20187/2016 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 117 manat, 28 noyabr 2013-cü il tarixdə doğulmuş X1 üçün isə Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(019)-1252/2017 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Belə ki, uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İlk iddia üzrə iddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, ilk iddia üzrə cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən ilk iddia üzrə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X16 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X18 böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Eyni zamanda ilk iddia üzrə iddiaçı işləmir və uşaqları saxlamaq üçün müvafiq qazanca (gəlirə) malik deyildir. Ancaq məhkəmə onu da nəzərə çatdırır ki, ilk iddiada tələb edilən hər uşaq üçün 175 manat alimentin təyin edilməsi, himayəsində daha üç uşağın olması xüsusunda ilk iddia üzrə cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq və tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozacaqdır. Bu zaman aylıq aliment üçün elə bir məbləğ müəyyən olunmalıdır ki, onu ödəyən şəxs üçün ağır maddi məhrumiyyətlər yaratmasın, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin maksimal dərəcədə saxlanmasını təmin etsin. Eyni zamanda uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin, yəni ilk iddia üzrə İddiaçı üzərinə düşməsi, onun heç yerdə işləməməsi, aylıq qazanca və uşaqları saxlamaq üçün yetərli vəsaitə malik olmaması və ilk iddia üzrə cavabdehin himayəsində daha üç azyaşlı uşağın olması halları nəzərə alınmalıdır. Bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, qarşılıqlı iddia üzrə təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 175 manat müəyyən olunması tələbinin qismən-hər ay hər bir uşaq üçün 130 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 130 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı alimentin miqdarının aylıq hər bir uşaq üçün 175 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən müvafiq sübutu məhkəməyə təqdim etməmiş, məhz 175 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki qanuna görə ( MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də məhkəmə ilk iddia üzrə təyin olunmuş alimentin miqdarının ayda hər bir uşaq üçün 130 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə ilk iddianın rədd olunması nəticəsinə gəlir. Məhkəmə, ilk iddia üzrə cavabdehin himayəsində daha üç uşağın olması ilə bağlı ilk iddia tələbinə etirazını əsaslandırdığı hala qiymət verərək, hesab edir ki, həmin hal ilk iddia üzrə alimentin yuxarıda göstərilən məbləğdə artırılmasını aradan qaldıra bilməz. Belə ki, qanunda birmənalı olaraq uşaqlar üçün yaşayış minimumunun təmin edilməsi valideynlərin birbaşa vəzifəsi kimi göstərilmişdir. Digər tərəfdən uşaqların əvvəlki təminat səviyyəsinin maksimal dərəcədə saxlanması da valideynlərin vəzifəsi və qanunun tələbidir. İş materiallarından görünür ki, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin, yəni ilk iddia üzrə İddiaçı üzərinə düşür, o, heç yerdə işləmir və aylıq qazanca (gəlirə) malik deyildir. Belə olan halda qanun uşaqlara yaşayış minimumuna yaxın dolanacaq xərclərinin digər valideyndən tutulmalı olmasını əsas kimi göstərir. Belə ki, «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Himayəsində digər uşaqların olması ilk iddia üzrə cavabdehi ilk iddia üzrə aliment tələb olunan uşaqlarının yaşayış minimumuna yaxın məbləğdə dolanacq xərclərini ödəmək və onların əvvəlki təminat səviyyəsinin maksimal saxlamaq vəzifəsindən azad edə bilməz. Həmçinin məhkəmə bu halı da nəzərə alaraq, ilk iddia üzrə cavabdehdən hər uşaq üçün tələb olunan aylıq 175 manat deyil, hər uşaq üçün 130 manat aliment təyin olunması qənaətinə gəlmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ilk iddia üzrə təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-ci il tarixli 2(019)-2018/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə ödənilməli, Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(019)-1252/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 28 noyabr 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərin konteksində məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, həmçinin hesab edir ki, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-ci il tarixli 2(019)- 2018/2016 nömrəli və 07 iyul 2017-ci il tarixli 2(019)-1252/2017 nömrəli qətnamələri ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iş üzrə Cavabdeh maddi vəziyyətində hər hansı dəyişikliyin olması, həmçinin onun diqqətəlayiq hər hansı maraqlarının meydana çıxması barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim olunmamış, bu konteksdə qarşılıqlı iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Məhkəmə tərəfindən ilk iddiaya qiymət verilərkən Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-ci il tarixli 2(019)-2018/2016 nömrəli və 07 iyul 2017-ci il tarixli 2(019)- 1252/2017 nömrəli qətnamələri ilə alimentin miqdarı müəyyən olunarkən tərəflərin, o cümlədən Cavabdeh ailə vəziyyəti, onun başqa nikahdan 08.09.2018-ci ildə doğulmuş X22, 15.10.20189-cu ildə doğulmuş X15 və 22.10.2020-ci ildə doğulmuş X14 adlı uşaqlarının olması, 2016, 2017 və 2021-ci illər üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləği, valideynlərin uşaqlarına qanunda müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olmayan maddi təminat yaratmaq vəzifəsi və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. İş materialları ilə aliment təyin olunduqdan sonra isə Cavabdeh tutulan alimentin miqdarının hər bir uşaq üçün 70 manat müəyyən olunmasına səbəb ola biləcək hər hansı əsaslı halın baş verməsi müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, hazırki işdə alimentin miqdarının dəyişilməsinə (azaldılmasına) əsas ola biləcək hallar müəyyən olunmadığı və aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumunun 2021-ci il üçün daha da artması şəraitində bu alimentin miqdarının hər uşaq üçün hər ay 70 manat müəyyən olunması şübhəsiz ki, Cavabdehla İddiaçı birgə nikahından doğulmuş uşaqların maddi vəziyyətinə və əvvəlki təminat səviyyəsinə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir. Məhkəmə qeyd edir ki, alimentin azaldılması barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qarşılıqlı iddia üzrə iddiaçı Rəhimov X12 Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli 2(019)-2018/2016 saylı və 07 iyul 2017-ci il tarixli 2(019)-1252/2017 saylı qətnamələrilə alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətinin əsaslı pisləşməsi və nəticədə ilk iddia üzrə iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün təyin olunmuş alimentin azaldılmaqla hər uşaq üçün aylıq 70 manat məbləğində müəyyən olunmasına faktoloji və hüquqi əsas yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, qarşılıqlı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlər də qarşılıqlı iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia qismən təmin olunduğu və ilk iddia üzrə iddiaçı hazırki ilk iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, ilk iddianın təmin olunmuş hissəsinə münasib olaraq ilk iddia üzrə Cavabdeh 22.29 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Belə ki, “X28” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddiası qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-ci il tarixli 2(019)-2018/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(019)-1252/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 28 noyabr 2013-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin olunmamalı, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia üzrə Cavabdeh 22.29 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddiası qismən təmin olunsun. Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-ci il tarixli 2(019)-2018/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(019)-1252/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); 28 noyabr 2013cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlk iddia qalan hissədə təmin olunmasın. Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. İlk iddia üzrə Cavabdeh 22.29 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-830/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-830/2021
04.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver