Məhkəmə qərarları › İş №2(019)-856/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-856/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-856/2020 18.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,birgə nikahlarından xx xxxxx 2012-ci ildə anadan olmuş X1 18 yaşı tamam olan günədək saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə təyin olunmuş 70 manat alimentin miqdarının artırılmasına, Cavabdeh hər ay üzrə uşağa 170 (bir yüz yetmiş ) manat miqdarında alimentin onun xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqram göndərərək, Cavabdeh qarşı iddia ərizəsinə görə məhkəmənin öz yaşayış yerində, yəni Qəbələ Rayon Məhkəməsində keçirilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Qəbələ rayon X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1126 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsinə dair mülki iş aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Bu xüsusda qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsində nəzərdə tutulmuş aidiyyət iddiaçının seçməsinə görə aidiyyət adlanır ki, belə bir aidiyyət də dispozitiv xarakterlidir və iddiaçıya seçim imkanı verir. İddiaçı isə belə seçimi öz mülahizəsinə əsasən edə bilər. Şübhəsizdir ki, iddiaçının seçməsinə görə aidiyyətin (alternativ məhkəmə aidiyyətinin) müəyyən edilməsi pozulmuş və ya mübahisəli hüquqlarının məhkəmə müdafiəsinə ehtiyacı olan iddiaçıya məhkəməni seçmək üçün əlavə əlverişli hüquqi təminatlar yaradılması ilə bağlıdır. İddiaçının seçməsinə görə aidiyyətin dəyişdirilə bilməsi eyni məhkəmə orqanları sistemi çərçivəsində mümkündür. Məhkəmə hesab edir ki, alimentin alınması ilə bağlı iddiaçı iddianın özünün yaşadığı yerə görə verilə bilməsində seçim hüququnun verilməsi birmənalı şəkildə yetkinlik yaşına çatmayanların mühüm hüquqlarının və qanuni maraqlarının müdafiəsini asanlaşdıran prosessual güzəştdir. Bununla bağlı məhkəmə bildirir ki, iş materiallarına əsasən İddiaçı himayəsində xx xxxxx 2012-ci il tarixdə doğulmuş X2 adında bir yetkinlik yaşına çatmayan uşaq vardır. Belə vəziyyətdə xx xxxxx 2012-ci il tarixdə doğulmuş X1 əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün ona ödənilən alimentin artırılmasında ifadə olunan mühüm hüquqları və qanuni maraqları hazırki işə iddiaçının seçim hüququ üzrə İddiaçı yaşadığı Qəbələ Rayon Məhkəməsində baxılmasını tələb edir. Məhkəmə də bu halı nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair 2(019)-856/2020 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 36. 44, 45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair 2(019)- 856/2020 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar