Məhkəmə qərarları › İş №2(019)-861/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-861/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-861/2020 05.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Yüzbaşıyev Arif Soltanməcid oğlunun və İddiaçı2 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Yüzbaşıyev Arif Soltanməcid oğlu və İddiaçı2 QarayevTural Aydın oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalan ümumi məbləğ olan 2900 (iki min doqquz) manat pulun tutulub, iddiaçılar Yüzbaşıyev Arif Soltanməcid oğluna və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-cimaddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki ərizədə iddiaçılar kimi qeyd olunan Yüzbaşıyev Arif Soltanməcid oğlu və İddiaçı2 hər birinin cavabdeh kimi qeyd olunan Cavabdeh qarşı irəli sürdüyü tələb göstərilməmiş,həmçinin Yüzbaşıyev Arif Soltanməcid oğlu və İddiaçı2 hər biri tərəfindən öz iddia tələbləri üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Qeyd olunanlar da hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, Yüzbaşıyev Arif Soltanməcid oğlunun və İddiaçı2 QarayevTural Aydın oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Yüzbaşıyev Arif Soltanməcid oğluna və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Yüzbaşıyev Arif Soltanməcid oğlunun və İddiaçı2 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; Yüzbaşıyev Arif Soltanməcid oğluna və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar