Məhkəmə qərarları › İş №2(019)-869/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-869/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-869/2021 30.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, iddiaçı "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyən etdim : "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 1110.90 AZN, faiz borcu üzrə 31.45 AZN, cərimə borcu üzrə 0.00 AZN, cəmi 1142.35 (min bir yüz qırx iki manat otuz beş qəpik) AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qadada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialar dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 1110.90 AZN əsas borc və 31.45 AZN faiz borcu olmaqla cəmi 1142.35 AZN borc tələbini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlər əsasında Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatına göstərilən məbləğdə borcu olması barədə dəqiq nəticəyə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən hesab edirəm ki, "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilməli və "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatına ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266, 284-1, 284-2, 284-3 və 284-4-cü maddələrini rəhbər tutub, qərara aldım: "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; iddiaçı "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatına ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar