Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-884/2020 25.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh ona ödədiyi 2000 (iki min) AZN məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, onun “UAZ” markalı nəqliyyat vasitəsi olmuşdur. Təxminən bir il əvvəl həmin maşını satmaq qərarına gəlmiş, həmkəndlisi Vəzir ilə birlikdə maşını Zaqatala rayonu Əliabad qəsəbəsinə maşın bazarına satmağa aparmışdır. Burada maşın alverçisi olan Cavabdeh ona yaxınlaşaraq özündə olan “Mercedes-190” markalı avtomobillə barter etməyi təklif etmişdir. Razılaşmaya əsasən o, öz maşınının üstündə 900 manat pul verərək Təbrizin satdığı “Mercedes-190” markalı avtomobili götürməli idi. O, razılaşmalarına əsasən Təbrizə 900 manat pul verib “Mercedes-190” markalı avtomobili ondan götürmüşdür. Lakin maşın onun adına olmadığı üçün Təbriz etibarnaməni bir ay sonra verə biləcəyini bildirmişdir. O, razılaşmış və özünə məxsus UAZ markalı maşını Təbrizə vermişdir. Təbrizdən götürdüyü avtomobillə bazardan çıxıb evə gedərkən Zaqatala rayonunun çıxışında maşının mühərriki dağılmışdır. Dərhal barter etdiyi şəxsi dəvət etmiş, o, gəlib maşına baxmış və mühərriki yığdırıb maşını ona verəcəyini demişdir. Qarşılığında xərcin müəyyən hissəsini ona ödəməyi təklif etmişdir. Təbrizin bildirdiyinə görə 1200 manat xərc tələb olunurdu. Onun 500 manatını o, geri qalanını isə özü qoyacağını bildirmişdir. O, yenidən Təbrizə 500 manat pul vermişdir. Mühərriki dağılmış maşın da, onun maşını da Təbrizdə qalmışdır. Təbriz təxminən bir ay ərzində maşının mühərrikini düzəldərək ona verməli idi. Bir ay sonra cavabdeh yenə zəng edərək pul çatmadığını və pul göndərməsini bildirmişdir. O, poçt vasitəsilə Təbrizə 140 manat pul göndərmişdir. Yenə təkrar olaraq bir həftə sonra cavabdeh maşının rənğlənməsinə 300 manat pul lazım olduğunu demişdir. O, Balakənə onun yanına gedərək ona 300 manat pul vermişdir. Rənglənmədən sonra cavabdeh təkrar olaraq zəng etmişdir ki, maşının mühərrikinin üz qapağına pul lazımdır. O, təkrar olaraq Təbrizə yenə 200 manat pul vermişdir. Bundan sonra da cavabdeh ondan müxtəlif bəhanələrlə pul almışdır. Beləliklə o, Cavabdeh barter pulu ilə birlikdə 2500 manat pul vermişdir. Ondan maşının sənədlərini istədikdə maşının sahibinin Türkiyədə olduğunu və bir aya gələcəyini, o, zaman da sənədləri verəcəyini demişdir. Həmin gündən sonra cavabdeh nə maşını, nədə pulu qaytarmamışdır. Müxtəlif orqanlara müraciət etdikdən sonra Təbriz cəmi 500 manat pul qaytarmışdır. Hal-hazırda cavabdehin ona 2000 manat borcu vardır. Ödəmədiyi üçün və yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdiki, həqiqətən də 2019-cu ildə Zaqatala rayonun Əliabad qəsəbəsindəki maşın bazarında İddiaçı ilə tanış olmuş, özünə məxsus “Mersedes-190” markalı avtomaşınla Sayıq Məhərromava məxsus “UAZ” markalı avtomaşını ilə dəyişmişlər. Razılıqlarına uyğun olaraq İddiaçı “UAZ”markalı maşından əlavə ona 900 manat pul vermişdir. Bir neçə saatdan sonra İddiaçı ona zəng edərək maşının mühərrikinin dağıldığını bildirmişdir. O,həmin yerə getmiş və həqiqətən də mühərrikin xarab olduğunu görmüşdür. Razılıq əsasında mühərriki birgə düzəldirməyə razılaşmışlar. Bu məqsədlə İddiaçı ona 500 manat pul vermişdir. Bundan sonra İddiaçı maşının mühərrikinin üz hissəsinin dəyişdirilməsinə, rənglənməsinə görə də ona pul vermişdir. İddiaçı ümumilikdə ona 2500 manat pul vermişdir. Sonradan İddiaçı verdiyi avtomaşının sənədlərini ona verə bilmədiyi üçün İddiaçı maşını geri qaytarmışdır. O,aldığı 2500 manat puldan bir dəfə 800 manat, ikinci dəfə isə 600 manat pulu, cəmi 1400 manat pulu İddiaçı qaytarmışdır. Qalan pulu da hissə- hissə qaytarmağa söz vermişdir. Gələcəkdə də borclu qaldığı pulu geri qaytaracaqdır. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, təxminən bir il əvvəl həmkəndlisi İddiaçı oğlu ilə birlikdə sonuncuya məxsus “UAZ” markalı avtomaşını satmaq üçün Zaqatala rayonu Əliabad qəsəbəsindəki maşın bazarına getmişlər. Orada Cavabdehlə tanış olmuşlar və Təbriz təklif etmişdir ki, özünə məxsus “Mersedes-190” markalı maşınla “UAZ”-ı dəyişsinlər. Onlar da razı olmuşlar. İddiaçıla Cavabdeh maşınları dəyişmişlər, İddiaçı əlavə olaraq Cavabdeh 900 manat pul vermişdir. Onlar “Mersedes- 190” markalı avtomaşınla Şəkiyə tərəf yola düşmüşlər. Yolda maşının mühərriki xarab olmuşdur. İddiaçı telefon vasitəsi ilə bu barədə Cavabdeh məlumat vermişdir. Cavabdeh ora gəlmiş, maşının mühərrikinin düzəldilməsi üçün İddiaçı 500 manat da pul almışdır. Sonradan da Cavabdeh İddiaçı əlavə pullar almışdır. Lakin həmin pullar onun yanında verilməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 2019-cu ildə İddiaçı oğlu özünə məxsus “UAZ”markalı maşınla Cavabdeh olan “Mersedes-190” markalı avtomaşını dəyişmiş, əlavə olaraq Cavabdeh 900 manat pul vermişdir. Bundan sonra Cavabdeh maşının mühərrikinin təmiri, mühərrikin üz qapağının təmiri, rənglənməsi üçün İddiaçı əlavə olaraq 1600 manat, ümumilikdə 2500 manat pul almışdır. Sonradan Cavabdeh Mersedes-190” markalı maşının sənədlərini İddiaçı verə bilmədiyi üçün maşını geri götürmüşdür. O, İddiaçı ona verdiyi pulun 500 manatını qaytarmış, qalan 2000 manatını isə qaytarmamışdır. Buna görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Mülki Məcəllənin 1091.1-1092.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçıya 500 manat deyil, 1400 manat qaytarması barədə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2000 manat və ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 2030 manat alınıb İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu xərci-cəmi 2030 (iki min otuz) manat alınıb İddiaçı Xanlar oğlunun xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-884/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-884/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver