Məhkəmə qərarları › İş №2(019)-890/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-890/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-890/2020 04.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək himayəsində olan 25 iyul 2006-cı ildə doğulmuş X3 və xx.xx.2008-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2005-ci il tarixdə qeyri-rəsmi nikahla Balakən rayonu Talalar kənd sakini Cavabdeh ilə evlənmişdir. Nikahlarını xx.xx.2005-ci il tarixdə Balakən rayonu Talalar kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx xxxx 2006-cı ildə X8, xx.xx.2008-ci ildə isə X9 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığına görə və birgə yaşamaları mümkün olmadığından Cavabdeh ilə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan uşaqların onun yanında qalmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 60 manat alimentin cavabdehdən tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh əkinçilik-fermer təsərrüfatı ilə məşğul olur, kifayət qədər qazancı vardır. Buna baxmayaraq hər uşağa 60 manat alimenti yubandıraraq ödəyir və bununla kifayətlənmir, bundan başqa heç bir tələbatla maraqlanmır. Cavabdehin ödədiyi 60+60=120 manat alimentlə hazırkı dövrdə uşaqları saxlamaq və onların tələbatlarını ödəmək çox çətindir. Cavabdeh isə könüllü olaraq bu məbləği artırmır. Uşaqları artıq yuxarı sinif təhsili alır, onların hazırlıqları və digər tələbatları üçün çəkdiyi xərclər daha da artmışdır. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 181219 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 810065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2006-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxxx 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 181431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxxx 2008-ci ildə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cu il tarixli 2(019)-201/2014 nömrəli qətnaməsindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında xx xxxxxx 2005-ci il tarixdə Balakən rayonu Qazma kənd icra nümayəndəliyində 30 sayla qeyd alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları xx xxxx 2006-cı ildə anadan olmuş X3 və xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X4 anası X1 yanında qalmaları və iddiaçı Cavabdeh 03 mart 2014-cü il tarixdən başlayaraq xx xxxx 2006-cı ildə anadan olmuş X3 və xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X2 verilməsi qət edilmişdir, İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2017-ci il tarıxdə verilmiş AZ-İİİ seriyalı 947732 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X7 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarıxdə verilmiş AZ-İV seriyalı 407299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası X7 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqi edilmiş Balakən rayonu İHB-nın Qazma kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1541 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda işləmir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmişdir. Nikahlarını xx.xx.2005-ci ildə Balakən rayonu Talalar kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər.Tərəflərin birgə nikahlarından xx xxxx 2006-cı ildə X8 və 19 sentyabr 2008-ci ildə X9 adında iki uşaqları olmuşdur. Uşaqlar hazırda İddiaçı himayəsindədirlər. Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında xx xxxxxx 2005-ci il tarixdə Balakən rayonu Qazma kənd icra nümayəndəliyində 30 sayla qeyd alınmış nikahın pozulması, boşanmadan sonra uşaqları- xx xxxx 2006-cı ildə anadan olmuş X3 və xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X4 anası X1 yananda qalmaları və iddiaçı Cavabdeh İslam oğlundan xx xxxx 2014cü il tarixdən başlayaraq xx xxxx 2006-cı ildə anadan olmuş X3 və 19 sentyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X2 verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda cavabdehin digər qadından da iki uşağının olmasını, onun qazancı barədə iddiaçının heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2006-cı ildə anadan olmuş X3 və xx xxxxxxxx 2008-ci ildə anadan olmuş Rəsulova Fidan Orxan qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(019)-201/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2006-cı ildə anadan olmuş X3 və xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar