Məhkəmə qərarları › İş №2(019)-895/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-895/2021

06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-895/2021 06.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Hüseynağa qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Hüseynağa qızı Cavabdeh Camal oğluna qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Camal oğlundan 15.08. 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş 110 (bir yüz on) manat aliment məbləğini artıraraq hər ay cavabdehdən 175 manat aliment tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı Cavabdeh Camal oğlundan 15.08. 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş 110 (bir yüz on) manat aliment məbləğinin artırılaraq hər ay cavabdehdən 175 manat aliment tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq, tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə işin hallarını, iddia tələbinin ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq, tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmələrini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı İsmayılova Hüsniyyə Hüseynağa qızına izah olunmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, qərara aldım: İddiaçı Cavabdeh Camal oğluna qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar